Qısa cavab:
Ətraflı cavab:
Hər bir iş üçün xüsusilə də Quran kimi əzəmətli bir kitabdan faydalanmaq üçün ona dair metod və qaydalara riayət etmək şərtdir. Bu əsasla Quranın özündə də ayələrdən faydalanmaq və tilavət etmək üçün müəyyən qayda və şərtlər nəzərdə tutulmuşdur:
1. İlk öncə deyilir:
لایَمَسُّهُ إِلاَّ الْمُطَهَّرُونَ
Bu Quranın xətlərinə paklardan başqa heç kəs toxunmaz. (1)
Bu ifadə də "paklıq" dedikdə zahiri paklığın nəzərdə tutulması ehtimalı mümkündür. Yəni, Quran xətlərinə mütləq təharət və dəstəmazla toxunulmalıdır. Eyni zamanda məqsədin mənəvi pakizəlik olduğunu da ehtimal etmək olar. Bu mənada ki, Quran ayələrinin mənasını yalnız əxlaqi qüsurlardan pak olanlar dərk edə bilər. Yəni, insanlarla həqiqət arasında pərdə salan nöqsanlı sifətlər onları haqqın camalını görməkdən məhrum etməsin.
2. Quran tilavətini başlayarkən Allah dərgahından qovulan şeytandan Allaha pənah aparmaq lazımdır. Aşağıdakı ayə bu məsələyə işarə edir:
فَإِذا قَرَأْتَ الْقُرْآنَ فَاسْتَعِذْ بِاللّهِ مِنَ الشَّیْطانِ الرَّجِیمِ
Quran oxuyan zaman, qovulmuş şeytandan Allaha pənah apar.
İmam Sadiqdən (əleyhis-salam) nəql olunan bir hədisdə "bu göstərişə necə əməl edək?" və "nə deyək?" suallarına həzrət belə cavab verdi:
أَسْتَعِیذُ بِالسَّمِیعِ الْعَلِیمِ مِنَ الشَّیْطانِ الرَّجِیْمِ
De: Eşidən və bilənə (Allaha) qovulmuş şeytandan pənah aparıram.
Digər bir hədisdə görürük ki, İmam Sadiq (əleyhis-salam) "Həmd" surətini oxuyarkən dedi:
أَعُوذُ بِاللَّهِ السَّمِیعِ الْعَلِیمِ مِنَ الشَّیْطانِ الرَّجِیمِ وَ أَعُوذُ بِاللَّهِ أَنْ یَحْضُرُونِ
Eşidən və bilən Allaha qovulmuş şeytandan pənah aparıram. Allaha pənah aparıram onun yanıma gəlməsindən.
Yuxarıda qeyd etdiymiz kimi "pənah aparmaq" yalnız sözdə olmamalı, insanın can və ruhunun dərinliklərinə işləməlidir. Bu mənada ki, Quran tilavəti zamanı şeytani xüsusiyyətlərdən uzaqlaşmalı, ilahi sifətlərə isə yaxın olmalıdır. Bu yolla insanın fikir atmosferindən haqq kəlamın dərkində duran maneələr qalxar və o, həqiqətin valehedici camalını düzgün müşahidə edər. Deməli, Şeytan şərindən Allaha sığınmaq həm Quran tilavətinə başlayarkən, həm də (hərçənd dillə olmasa belə) bütün tilavət zamanı zəruridir.
3. Quranı tərtillə tilavət etmək, yəni aram-aram, aydın və düşünərək oxumaq lazımdır:
وَ رَتِّلِ الْقُرْآنَ تَرْتِیْلاً
Quranı tərtil ilə oxu!
Hədisdə İmam Sadiqin (əleyhis-salam) sözü gedən ayəni belə təfsir etməsini görürük:
إِنَّ الْقُرْآنَ لایُقْرَأُ هَذْرَمَةً، وَ لَکِنْ یُرَتَّلُ تَرْتِیلاً، إِذَا مَرَرْتَ بِآیَة فِیها ذِکْرُ النّارِ وَقَفْتَ عِنْدَهَا، وَ تَعَوَّذْتَ بِاللَّهِ مِنَ النَّارِ
"Quranı tez-tez, qol-qanadı sınmış şəkildə oxumaq olmaz. Quran oxuyarkən onu aramla tilavət etmək lazımdır. Cəhənnəm atəşində söz açan ayəyə çatanda durmaq (düşünmək) və Allaha cəhənnəm odundan pənah aparmaq lazımdır."
4. Tərtildən əlavə Quran ayələrində təfəkkür və götür – qoy etməyə göstəriş verilmişdir. Ayədə deyilir:
أَفَلا یَتَدَبَّرُونَ الْقُرْآنَ
Məgər onlar bu Quranda düşünmürlər?! (3)
Hədisdə oxuyuruq:
Peyğəmbər (səlləllahu əleyhi və alih) səhabələri Quranı ondan on ayə, on ayə (səlləllahu əleyhi və alih) öyrənirdilər. Onlar ilk onluğu elm və əməl baxımından bilməmiş ikinci onluğu mənimsəmirdilər. Digər hədisdə peyğəmbərin (səlləllahu əleyhi və alih) dilindən belə nəql olunur:
أَعْرِبُوا الْقُرْآنَ وَ الْتَمِسُوا غَرائِبَهُ
"Quranı fəsahətlə və aydın oxuyun. Onun valehedici incəliklərindən faydalananın."
Həmçinin digər bir hədisdə İmam Sadiqdən (əleyhis-salam) nəql olunur:
لَقَدْ تَجَلَّى اللّهُ لِخَلْقِهِ فِى کَلامِهِ وَ لکِنَّهُمْ لایُبْصَرُونَ
Allah-Təala özünü kəlamında insanlara göstərmişdir. Lakin kor olanlar onu görmürlər. (Yalnız xəbərdar insanlar və imanlı düşüncə sahibləri onun camalını sözlərində müşahidə edirlər).
5. Quran ayələrini eşidənlərin də vəzifələri var. Onların vəzifəsi sükut etməkdir. Təfəkkür və düşüncə ilə yanaşı olan sükut:
وَ إِذا قُرِئَ الْقُرْآنُ فَاسْتَمِعُوا لَهُ وَ أَنْصِتُوا لَعَلَّکُمْ تُرْحَمُونَ
Quran oxunan zaman ona qulaq asın və susun ki, bəlkə rəhm olundunuz. (4) (5)

Şərh qeydə alınmayıb