Qısa cavab:
Ətraflı cavab:
Müqəddəs kitabın müqəddəs ruhla bağlı bəyan etdiyi xüsusiyyətlərdən əldə olunan təsvirlə İslam mənbələrində qeyd olunan Cəbrayıl təsviri arasında böyük bənzərlik mövcuddur. Xristian dini mətnlərində müqəddəs ruha nisbət verilən xarakterlər, o cümlədən peyğəmbərlərin müqəddəs ruh vasitəsilə hidayət olmaları, müqəddəs ruhun təlimi, gələcək barədə proqnozu, İslam mənbələrində Cəbrayıla aid edilir. Qurani - kərim Allahın ən yüksək rütbəli mələyi, Cəbrayılı Ruhül-əmin (1), ruhumuz (2) (Allahın ruhu) və ruhul-qudus (3) kimi tanıtdırır. Belə ki, müqəddəs kitab müqəddəs ruhu Allahın ruhu adlandırır:
İsa vəftiz olunan kimi sudan çıxdı. O vaxt göylər yarıldı və Allahın Ruhunun göyərçin (4) kimi endiyini və Öz üzərinə qonduğunu gördü. (5)
Antik xristianlıqda müqəddəs ruhun tanrı olmasına etiqad bəsləməyən ariuslular, makdoniusun ardıcılları və bəzi digər qollar onu, rütbəcə yüksək Allah mələklərindən biri hesab edirdilər. Xristian təkallahlılarından biri Con Bidell də müqəddəs ruhu belə təsvir edir: "Müqəddəs ruh ilahi məqama bağlı bir mələkdir. O, Allahla rabitədədir, onun mesajlarını bəşərə çatdırmaq üçün seçilmişdir. (6)
Müqəddimədən anlaşılır ki, Qurani - kərim mələklərin tanrılığını rədd edərkən müqəddəs ruhu istisna etməmişdir:
«لَنْ یَسْتَنْکِفَ الْمَسیحُ أَنْ یَکُونَ عَبْداً لِلّهِ وَ لاَ الْمَلائِکَةُ الْمُقَرَّبُونَ»
Məsih Allahın qulu olmaqdan əsla imtina etmir və yaxın olan bütün mələklər də (imtina etmirlər). (7)
«ما کانَ لِبَشَر أَنْ یُؤْتِیَهُ اللّهُ الْکِتابَ وَ الْحُکْمَ وَ النُّبُوَّةَ ثُمَّ یَقُولَ لِلنّاسِ کُونُوا عِباداً لّی مِنْ دُونِ اللّهِ ... وَ لا یَأْمُرَکُمْ أَنْ تَتَّخِذُوا الْمَلائِکَةَ وَ النَّبِیِّینَ أَرْباباً أَ یَأْمُرُکُمْ بِالْکُفْرِبَعْدَ إِذْ أَنْتُمْ مُسْلِمُونَ»
Heç bir bəşərə yaraşmaz ki, Allah ona (səmavi) kitab və hikmət, yaxud mütləq hökm etmək səlahiyyəti və peyğəmbərlik versin, sonra o, insanlara «Allahın yerinə mənə pərəstiş edin!» desin. Həmçinin sizə əmr etməz ki, mələkləri və peyğəmbərləri özünüzə Rəbb götürün. Məgər siz haqqa təslim olduqdan sonra sizə kafir olmağı əmr edər?! (9)

Şərh qeydə alınmayıb