Qısa cavab:
Ətraflı cavab:
Allah-taala "Maidə" surəsinin 5-ci ayəsində buyurur:
الْیَوْمَ أُحِلَّ لَکُمُ الطَّیِّباتُ وَ طَعامُ الَّذینَ أُوتُوا الْکِتابَ حِلٌّ لَکُمْ وَ طَعامُکُمْ حِلٌّ لَهُمْ
«Bu gün, pak olan şeylər sizə halal oldu. Əhli-kitabın yeməyi sizə, sizin də yeməyiniz onlara halaldır.»
Bir qrup təfsirçiyə görə "Əl-yovm" (bu gün) dedikdə "Ərəfə günü" nəzərdə tutulur. Digər təfsirçilərə görə isə Xeybər döyüşündən sonrakı gün nəzərə tutulur. Bu ehtimal da var ki, "Qədir-xum" günü, yəni İslamın küfrə tam qələbə çaldığı gün nəzərdə tutulsun.
Burada pak olan şeylərin halal olması məsələsi diqqət çəkir. Çünki o şeylər bu hadisədən öncə də halal idi. Burada məqsəd, əhli-kitabın yeməyi haqqında hökmü bildirmək üçün bir müqəddimə hazırlamaqdır. Ayədə halal elan edilən "əhli-kitabın yeməyi" nədir?
Əhli-sünnənin təfsirçilərindən çoxunun nəzəri budur ki, hər növ qidaya şamil olur. Burada, onların əli ilə kəsilən həm heyvan əti, həm də başqa növ qida da ola bilər. Lakin şiə təfsirçilərinin və fəqihlərinin böyük əksəriyyətinə görə burada onların əli ilə kəsilən heyvan ətidir. Təkcə onlardan az bir qismi birinci nəzəriyyənin tərəfdarıdır. Əhli-beytdən (əleyhimus-salam) nəql olunan müxtəlif hədislər təsdiq edir ki, bu ayədə "yemək" dedikdə əhli-kitabın kəsdikləri heyvanlardan başqa qidalar nəzərdə tutulur. Əli ibn İbrahimin təfsir kitabında yuxarldakı ayə barəsində İmam Sadiqdən (əleyhis-salam) bir hədis nəql olunur:
عَنى بِطَعامِهِمْ هاهُنَا الْحُبُوبَ وَ الْفاکِهَةَ غَیْرَ الذَّبائِحِ الَّتِى یَذْبَحُونَ فَاِنَّهُمْ لایَذْکُروُنَ اسْمَ اللّهِ عَلَیْها
"Əhli-kitabın təamı dedikdə məqsəd onların kəsdikləri heyvan deyil, meyvə və dənli bitkiləridir. Çünki onlar heyvanın başını kəsərkən Allahın adını çəkmirlər. "Vəsailuş-şiə" kitabının cild 16, "Əbvabu ətimə və əşribə" hissəsinin 51-ci bab, səhifə 371-də yazılmış müxtəlif hədislərə və yuxarıdakı ayələrə diqqət etsək, ikinci təfsir (kəsilmiş heyvandan başqa yeməkləri) həqiqətə daha yaxındır. Yuxarıdakı hədisdə yazıldığı kimi, əhli-kitab , İslam dinində heyvanın başını kəsmək üçün vacib sayılan qaydaların çoxuna əməl etmirlər. Onlar, heyvanı kəsərkən Allahın adını demir, heyvanı qibləyə tərəf çevirmir və bundan başqa şərtlərə də əhəmiyyət vermirlər. Necə ola bilər ki, keçmiş ayələrdə aydın formada haram elan edilən heyvan əti, bu ayədə halal sayılsın? (1)

Şərh qeydə alınmayıb