Qısa cavab:
Ətraflı cavab:
Allah-taala Quranda Peyğəmbəri (s) ümmi bir şəxs kimi tanıtdırmışdır.
“Ümmi” sözü barəsində üç məşhur ehtimal vardır:
Birincisi, “dərs oxumamış” mənasındadır.
İkincisi, Məkkədə doğulmuş və orada meydana gəlmiş şəxs mənasındadır.
Üçüncüsü, xalq və ümmət arasından qalxmış şəxs mənasındadır.
Lakin yuxarıda sadalanan mənaların hamısından daha məşhuru birinci mənadır və o, bu sözün istifadə edilmə halları ilə daha münasib və uyğundur. Onu da qeyd etməliyik ki, söylənilən hər üç mənanın da nəzərdə tutulması mümkündür.
Peyğəmbərin (s) məktəbə getməməsi, yazı yazmaması barədə tarixçilər arasında heç bir ixtilaf yoxdur, eyni zamanda, Quranda da peyğəmbərlikdən öncə o həzrətin vəziyyəti barədə "Ənkəbut" surəsinin 48-ci ayəsində belə buyurulmuşdur:
“وَ ما کُنْتَ تَتْلُوا مِنْ قَبْلِهِ مِنْ کِتاب وَ لاتَخُطُّهُ بِیَمینِکَ إِذاً لاَرْتابَ الْمُبْطِلُون”
"Sən bundan öncə nə bir kitab oxumuş, nə də əlinlə bir yazı yazmışdın. Əgər belə olmasaydı, onda batilə uyanlar (sənin peyğəmbərliyinə) şəkk edərdilər.”
Bir qayda olaraq Hicazda savadlı şəxslərin sayı olduqca az idi və onlar məşhur və tanınmış idilər. Hicazın mərkəzi hesab edilən Məkkədə yazıb-oxumağı bacaran kişilərin sayı on yeddidən artıq deyildi və qadınlardan da yalnız bir nəfəri yazıb-oxumağı bacarırdı.(1)
Aydın məsələdir ki, belə bir mühitdə əgər Peyğəmbər (s) hansısa bir müəllimdən yazıb-oxumağı öyrənsəydi, kamil şəkildə məşhur olardı. Əgər onun peyğəmbərliyini qəbul etmədiyimizi fərz etsək, onda, o həzrət öz kitabında bu məsələni (yazıb-oxuya bilməsini) açıq şəkildə necə inkar edərdi? Görəsən, camaat ona etiraz etməzdimi ki, sən yazıb-oxumağı bacarırsan? Bu, Peyğəmbərin (s) ümmi olmasını sübut etməkdə ən yaxşı qərinə və şahiddir.
Bu xüsusiyyətin özü o həzrətin peyğəmbərliyi zəminəsində bir təkiddir. Belə ki, Peyğəmbərin (s) dəvəti ilə bağlı o həzrətin Allah və fövqəltəbii şeylərlə rabitəsinin olmasından başqa, digər ehtimallar rədd edilsin. Qeyd edilənlər Peyğəmbərin (s) besətindən (peyğəmbərliyindən) öncəki dövrlərə aiddir və besətdən sonra da nəql edilən tarixlərin heç birində o həzrətin kimdənsə yazıb-oxumağı öyrəndiyi qələmə alınmamışdır. Nəticədə, Peyğəmbər (s) ömrünün sonuna qədər “ümmi” olaraq qalmışdır.
Əlbəttə, qeyd etmək lazımdır ki, dərs oxumamaq savadsız olmaq mənasında deyil və burada belə bir böyük səhvə düçar olmaqdan çəkinmək lazımdır. Ümmi sözünü savadsız mənasında təfsir edən kəslər sanki bu fərqi görməzdən gəlirlər.
Peyğəmbərin (s) ilahi təlim sayəsində heç bir insandan öyrənmədən yazıb-oxumağı bacarması məsələsində heç bir irad və maneə yoxdur. Şübhəsiz, belə bir qabiliyyət və məlumat insani kamillik və nübüvvət məqamının təkmilləşdiricisidir. (2)
Amma Peyğəmbərin (s) dəvəti ilə bağlı heç bir şəkk-şübhənin yaranmaması üçün, o həzrət bu qabiliyyətindən istifadə etmirdi.
Bəziləri demişlər ki, yazıb-oxumaq qabiliyyəti kamal hesab edilmir, əksinə bu iki məsələ elmi kamala nail olmaq üçün vasitə və açar rolunu oynayır və həqiqi elm və kamal deyildir. Bunun cavabı elə ifadənin özündə gizlənmişdir, belə ki, kamal vasitələri ilə agah olmağın özü, aşkarcasına kamal hesab edilir.
Ola bilsin ki, belə deyilsin: "Məsum Əhli-beyt (ə) imamlarından nəql edilən iki rəvayətdə ümmi sözünün dərs oxumamış mənasında olması aşkarcasına inkar edilmiş və o, yalnız Ümmül-Quraya, yəni Məkkəyə mənsub olan şəxs mənasında təfsir edilmişdir." (3)
Cavabında deyirik: "Bu iki rəvayətdən birinin sənədi zəif və qeyri-müəyyəndir və heç bir dəyəri yoxdur. İkinci rəvayət isə Cəfər ibn Məhəmməd Sufi tərəfindən nəql edilmişdir və bu şəxs rical elmi baxımından məchul (qeyri-mötəbər) bir şəxsdir."
Bəzilərinin "Cümə" surəsinin ikinci ayəsi یَتْلُوا عَلَیْهِمْ آیاتِهِ وَ یُزَکِّیهِمْ وَ یُعَلِّمُهُمُ الْکِتابَ وَ الْحِکْمَة)) və digər ayələrin məzmununa əsasən, Peyğəmbərin (s) Quranı yazılı bir kitabdan camaata oxuması təsəvvürünə malik olmasını o həzrətin yazıb-oxumasına dəlil gətirməsi tamamilə yanlışdır. Belə ki, tilavət sözünün həm yazılı bir şeydən nəyi isə oxumaq, həm də əzbərdən oxumaq mənasını verdiyi məlumdur. Bu sözün Quran, şeir və ya hansısa bir mətni əzbərdən oxuyan kəslər barəsində də həddən artıq çox istifadə edilməsi qeyd edilmişdir.
Qeyd edilənlərin məcmusundan belə bir nəticə əldə olunur:
a) Peyğəmbər (s) həqiqətən, kiminsə yanında yazıb-oxumağı öyrənməmişdir və bu minvalla, o həzrətin xüsusiyyətlərindən biri müəllim yanında dərs oxumamsıdır.
b) Əlimizdə Peyğəmbərin (s) istər besətdən əvvəl, istərsə də, peyğəmbərlikdən sonra əməli olaraq nəyisə yazıb-oxuduğunu göstərən heç bir mötəbər dəlil-sübut yoxdur.
c) Peyğəmbərin (s) ilahi təlim sayəsində yazıb-oxumaq qabiliyyətinə malik olması mövzusunun bu məsələ ilə bağlı heç bir ziddiyyəti yoxdur. (4)

Şərh qeydə alınmayıb