Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 

Əmlakın həyat yoldaşına satılması [İrsə aid müxtəlif məsələlər]

Sual : Bir şəxs ölümündən iki il öncə ölümü ilə nəticələnən xəstəliyi ola-ola, öz əmlakının hamısını arvadına satmış və nəticədə onun şəri varisləri irsdən məhrum olmuşlar. Bu müamilə şəri cəhətdən səhihdirmi? Yuxarıda fərz olunan şəraitdə müamilə (həqiqətən deyil) yalnız zahiri cəhətdən həyata keçərsə, səhihdir, yoxsa yox? Müamilədə məcburiyyət ehtimalı varsa, onun hökmü nədir? Habelə bunları fərz etməklə varislərə ziyan vurmaq məqsədinin olması ehtimal edilirsə, müamilənin hökmü nədir?
Cavab: Əgər müamilə zahirdə ciddi və ixtiyar üzündən baş vermişdirsə, əksi sübuta yetməyincə qüvvədədir. O, ölümlə nəticələnən xəstəlikdə olduğuna görə ehtiyat budur ki, yalnız əmlakının üçdə birində (müamiləyə) əməl olunsun və yerdə qalanında isə varislərlə müsalihə olunsun (razılaşdırılsın).

Hədislərdə “əul” sözünün mənası [İrsə aid müxtəlif məsələlər]

Sual : Xahiş edirik ki, aşağıdakı hədisdə “عالت الفريضه “ cümləsini izah edəsiniz: قال الشعبى: «ما رايت افرض من علىٍّ ولا احسب منه و قد سئل عنه عليه السلام و هو على المنبر يخطب، عن رجل مات و ترك امراته و ابوين و ابنتين، كم نصيب المرئة؟ فقال ـ عليه السلام ـ صار ثُمنهاً تسعاً فلقّبت بالمسئله المنبريه شرح ذلك: للابوين السدسان و للبنتين الثلثان و للمراه الثمن عالت الفريضه فكان لها 3 من 24 ثمنها فلما صارت الى 27 صار ثمنها تسعا فان ثلاثه من 27 تسعها و يبقى 24 للابنتين 16 و 8 للابوين سواء»
Cavab: Hədisin mənası budur ki, ərinin uşağı olan təqdirdə zövcənin (arvadın) səhmi ilkin hökmə əsasən səkkizdə bir olacaqdır. Lakin valideynin (ata-ananın) və iki qızın səhmləri ilə yanaşı mühasibə olunarsa, onların səhmlərinin məcmusunu toplasaq 27 səhm olacaqdır. (Əgər əmlakı 24 hissəyə bölsəniz 16 pay suluseyn (üçdə iki), 8 pay suduseyn (altıda iki) və 3 pay (səkkizdə bir) olacaqdır. 16, 8 və 3-ün məcmusu 27 pay edir.) Əgər iyirmi yeddi paydan üçünü götürsəniz doqquzda birə bərabər olar. Hədisin təfsiri belədir. Lakin fiqhi nəzəriyyələrə görə digər hədislərə nəzər salmaqla bu məsələdə fikir ayrılığı mövcuddur.

Bir yerdə vəfat edən ata və oğulun irslərinin bölünməsi [İrsə aid müxtəlif məsələlər]

Sual : Ata və oğul eyni vaxtda və avtomobil qəzasında dünyalarını dəyişmişlər. Atanın başqa üç övladı da var. Digər tərəfdən, mərhum ata ilə birlikdə ölən oğulun da dörd övladı var. Sual budur ki, babanın irsindən bu yetim övladlara bir şey çatırmı?
Cavab: Atanın əvvəlcə vəfat etdiyini fərz edirik: onun malından bu övlada irs çatır, onun da irs payı yetim övladlarına yetişir. Sonra oğulun əvvəlcə vəfat etdiyini fərz edirik: onun sahib olduğu əmlakın bir hissəsi ataya və bir hissəsi onun övladlarına çatır. Bir sözlə, irs qanununa əsasən onların hər birinə digərinin əmlakından irs çatır və həmin irs onların varislərinə yetişir.

Zərdüşt ailənin müsəlman övladının irsi [İrs aparan qruplar]

Sual : Zərdüşt dininə etiqad bəsləyən ailənin oğlanlarından biri 1362-ci ildə fədai partizan dəstələrinin əsas aparıcılarından biri kimi ələ keçirilib azadlıqdan məhrum edilməklə həbsxanada yerləşdirilmişdir. O, həbsdə ikən tövbə etmiş və İslam dinini qəbul edəndən və cəzasını çəkəndən sonra azadlığa buraxılmışdır. 1366-cı ildə atası dünyasını dəyişmiş və 1368-ci ildə sözü gedən şəxs öz irs səhmini alaraq onun daşınmaz hissəsini rəsmən öz mülkiyyətinə keçirmişdir. Hal-hazırda məhkəmə vəkillərindən birinin yol göstərməsi ilə qanunvericiliyin 881-ci maddəsinə istinadən öz anasının, bacısının və qardaşının əleyhinə şikayət işi qaldırmışdır. Maddədə deyilir: “Kafirə müsəlmandan irs çatmır, əgər vəfat etmiş kafirin varisləri arasında müsəlman varsa, təbəqə və dərəcə baxımından müsəlmandan irəli olsalar belə kafir varislərə irs çatmır.” Buyurun ki, müsəlman varislərdən başqa digər varislərə də irs çatırmı?
Cavab: Sualda fərz olunanlara əsasən, yalnız müsəlman varisə ondan irs çatır. Lakin belə hallarda əxlaq normalarına riayət etsələr, daha yaxşı olar.
Səhifə sayı : 2