İran terrorizmlə mübarizədə ən qabaqcıl ölkədir
صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 
makarem news

Ayətullah Məkarim Şirazi Səhiyyə Naziri ilə görüşündə:

İran terrorizmlə mübarizədə ən qabaqcıl ölkədir

Səhiyyə, sağlamlıq, tibb işləri mühüm və öndə gedən məsələlərdəndir.

makarem news

İran terrorizmlə mübarizədə ən qabaqcıl ölkədir
Səhiyyə, sağlamlıq, tibb işləri mühüm və öndə gedən məsələlərdəndir. Əgər daha zəruri və önəmli işlər yerinə yetirilsə, problemlər arxada qalar.
Ayətullah Məkarim Şirazi Səhiyyə Naziri ilə görüşündə sağlamlıq, tibbi təlim və Qum şəhərinin “Furqani” xəstəxanasından yararlanmağı diqqət mərkəzinə çəkərək buyurdu: Bu xəstəxanadan səmərəli istifadə Qumun səhiyyə və sağlamlıq problemlərini aradan qaldıracaq və bu sahəyə ayrılan diqqət təqdirəlayiqdir.
O, Qum şəhərinin şiə aləminin mərkəzi olmasını önə çəkərək, il boyu milyonlarla insanın bu şəhərə get-gəlinə işarə edərək xatırlatdı: Müqəddəs Qum şəhərinə xidmət, şiə dünyasına xidmətdir, necə ki, Qum cəmiyyətə çox əvəzsiz xidmətlər göstərir. Bu şəhəri diqqət mərkəzində saxlamaq lazımdır.
Ayətullah Məkarim Şirazi Qum şəhərindəki digər xəstəxana lahiyələrinin həyata keçirilməsinə işarə edərək, buyurdu: Hazırkı dövlətin sonunadək Qum şəhərinə 800 xəstəxana çarpayısının əlavə edilməsi çox yaxşı olardı.
O, keçmişə nisbətən bugünkü xəstəxanaların durumunun yaxşılaşmasına və camaatın razılığının artmasına, eləcə də camaatdan az xərc tutulmasına işarə etdi və davamında buyurdu: Əlbəttə, sığorta sahəsində problemlər qalmaqdadır, insanlara gözlənilən xidmət göstərilməməkdədir.
O bunları da xatırlatdı: Sığorta şirkətləri xidmət haqqını vaxtında tutduqları kimi, sığorta ödəmələrini də vaxtında yerinə yetirsə, çətinlik yaranmaz.
Ayətullah Məkarim Şirazi mühüm olanları müəyyənləşdirib, onları təqib etmək haqda buyurdu:
Səhiyyə, sağlamlıq və tibb işləri mühüm və başda gələn mövzulardır. Əgər daha zəruri və önəmli işlər yerinə yetirilsə, problemlər arxada qalar.
Ayətullah Məkarim Şirazi Cəmkəran xəstəxanasının işə başlaması xüsusunda buyurdu: Bu xəstəxananın öz vəzifəsinin öhdəsindən layiqincə gələcəyinə, lazımi bəhrəni verəcəyinə ümidvarıq.
O, söhbətinin digər hissəsində İngiltərənin Xarici İşlər Nazirinin ərəb şeyxlərinin iclasında iştirakına işarə edərək, xatırlatdı: Bu addımların hədəfi ərəblərdən pul qoparmaqdır.
Ayətullah Məkarim Şirazi bildirdi: İran terrorizmlə mübarizədə ən öndə gedən ölkədir, hansı ki terrorizm haqqında nəzər bildirmiş və praktiki olaraq da, əməl etmişdir. Buna rəğmən, qərblilər İranı terrorizmin tərəfdarı adlandırırlar. Əxlaq, vicdan və təqva hakim olmadığı müddətcə, nəticə belə olacaq.
Yayım tarixi: 19.12.2016


Nəşr tarixi: « 2016/12/20 »

Əlaqəli materiallar

Mən böyük Misir xalqının dərdinə şərik olmaqla yanaşı Allahdan bu acı hadisədə həyatını itirənlərin yaxınlarına səbir, xəsarət alanlarına isə şəfa diləyirəm.

Terrorizm probleminin həlli yolu

Ölkə xaricindən şəri ödəmələr etmək (xums, zəkat və sair dini vergilər) üçün ödəniş portalının tanıtdırılması

Ali-Xəlifəyə xəbərdarlıq; Sizi də Qəzzafi və İran şahı Pəhləvinin aqibəti gözləyir.

“Terrorizmin beşiyi” kitabı uzun araşdırmadan sonra 80-dan çox aşkar və inkarolunmaz sənəd və lazımi təhlillərlə nəşr olundu.

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 656