Qısa cavab:
Ətraflı cavab:
Diqqət etmək lazımdır ki, Qurani - kərimin təhrif olunmasına dair söz-söhbətlər adətən xristianlar və yəhudilər tərəfindən irəli sürülür. Tarixi faktlar əsasında demək olar ki, bu iki dinin səmavi kitabı zaman axarında təhrifə məruz qalmış, dəyişmiş və əsil etibar və dəyərini itirmişdir. Onlar Qurani - kərimi də təhrif şayiəsinə bulandırmaq üçün çalışırlar.
Tarixi faktlar göstərir ki, Tövrat nüsxələri müxtəlif tarixi hadisələrin axarında – ələlxüsus Buxtunnəsrin (Nabukadnezar) yəhudilərin üzərinə hücumu zamanı – dəfələrlə məhv məruz qalmış və yəhudilərin bir sıra din xadimləri tərəfindən sonralar qələmə alınmışdır. (1)
Dörd İncilin həzrət İsadan (əleyhis-salam) neçə illər sonra bir qrup insan tərəfindən qələmə alınmasına tarix özü şahiddir. Odur ki, Həzrət İsaya (əleyhis-salam) nazil olmuş İncildən heç bir əsər-əlamət yoxdur. (2)
Öz bütün maarif və dini prinsiplərinin özülünü bu qədər etibarsız və dəyərsiz kitablar əsasında quranlar, Quranı da belə bir taleyə məruz qoymağa, onun da vaxt axarında təhrifə uğradığını deməyə böyük maraq göstərirlər.
Halbuki, Qurani - kərimin İslam tarixinin bütün dövrlərində qorunub saxlanması, yəhudi və xristian dövrlərində Tövrat və İncilin tarixi ilə əsla müqayisə oluna bilməz.
Tarix göstərir ki, İslam dini dünyaya göz açandan bəri heç bir zaman Qurani - kərimin vəziyyəti naməlum və qeyri-müəyyən vəziyyət almamışdır.
Bu haqda bir çox sualların cavab verəcək iki məsələyə diqqət yetirmək lazımdır:
1) Qurani - kərim müsəlmanların ictimai həyatının bütün sahələrində inqilab vücuda gətirən bir kitabdır. Quran onların keçmiş həyat tərzini darmadağın etdi və yerinə onlar üçün yeni bir yaşayış tərzi müəyyənləşdirdi. Bu üzdən Quran müsəlmanlarla həyatda sıx əlaqədə olan bir kitab idi. Onlar siyasət, iqtisad, əxlaq qanunlarını, hətta öz ailədə davranış qaydalarını bu səmavi kitabdan mənimsəyirdilər. Sutkada beş dəfə namaz qılarkən onun surələrini oxuyur, gündəlik bütün əməllərində əvvəl Qurana, sonra peyğəmbərin (səlləllahu əleyhi və alih) sünnətinə müraciət edirdilər.
Belə bir vəziyyətdə insanların həyatı ilə bu tərzdə qaynayıb-qarışan, bu həddə onlar tərəfindən müraciət olunan bir kitab xalq kütləsinin xəbəri olmadan necə təhrifə düçar ola bilərdi.
Quranın təhrifə məruz qaldığını və heç kəsin bunu hiss etmədiyini ehtimal etmək eynilə dünyanın böyük bir xalqının konstitusiyasında onların xəbəri olmadan dəyişikliyin baş verdiyini ehtimal etmək kimidir. Bir xalqın konstitusiya qanunları xalq hiss etmədən səssiz-səmirsiz dəyişə bilərmi? Quranın müsəlmanların ictimai həyatındakı rolu bu gün bir konstitusion qanununun xalqların həyatlarındakı rolundan dəfələrlə çox olmuşdur. Belə ki, diqqətlər o qədər ona yönəlmişdir ki, onda azacıq təhrif baş verdiyi təqdirdə kəskin reaksiyaya səbəb ola bilər, hər tərəfdən etirazların başlanmasına start verə bilərdi.
2) Quranın həzrət peyğəmbərin (səlləllahu əleyhi və alih) və ondan sonrakı zamanlarda toplanmasına dair, habelə həzrət peyğəmbərin (səlləllahu əleyhi və alih) və müsəlmanların Quranın qorunub yazılması istiqamətində böyük diqqət göstərmələrinə dair tarixi materiallar sübut edir ki, Qurani - kərimin bir kəlməsi belə azala bilməzdi.
Tarix göstərir ki, həzrət peyğəmbərin (səlləllahu əleyhi və alih) zamanında müsəlmanlardan sayı təxminən 43 nəfərə kimi (3) qeyd olunan savadlı bir qrup həzrətin göstərişi ilə hər ayə və hər surəni nazil olan kimi dərhal yazır və bu yazılar müsəlmanların böyük diqqət və səyləri ilə qorunub saxlanırdı. Onların arasında Həzrət Əli ibn Əbutalib (əleyhis-salam) və Zeyd ibn Sabit Quranın yazılmasında xüsusi şöhrət qazanmışdı. Bu şəxslər tərəfindən qələmə alınan Quranın müxtəlif nüsxələri müsəlmanların əlində idi. Müsəlmanlar hamılıqla gün ərzindən qiraət və öyrənmək üçün Qurana müraciət edirdilər.
Bundan əlavə, müsəlmanların böyük bir hissəsi Quran surə və ayələrini əzbərləmişdilər. Onlar Quranın əzbərlənməsində böyük diqqət göstərirdilər. Bu səmavi kitabdan hətta bir kəlməni belə gözdən qoymamağa çalışırdılar. Onlara "qarilər" deyilirdi. Hamı Quranın qiraəti ilə bağlı onlara müraciət edirdi.
Quranın təhrif və hər hansı dəyişiklikdən qorunması üçün göstərilən səylər müsəlmanlar arasında o qədər güclü idi ki, Əbubəkrin xilafəti dövründə, Yəmamə müharibəsi zamanı qarilərin böyük qismi öldürüləndən sonra müsəlmanlar Quranın qorunmasına xüsusi diqqət göstərmək qərarına gəldilər. Onlar bu məqsədlə Quranın bütün nüsxələrini bir yerə toplayıb onun artıb-azalmasının qarşısını aldılar. Nüsxələrin qorunub saxlanması yenidən böyük diqqət altına alındı.
Osman ibn Əffanın xilafəti zamanı da ilkin nüsxələrin üzündən dörd Quran nüsxəsi tərtib edilib hazırlandı və İslam məmləkətinin bütün əyalətlərində Quranlarını bu dörd nüsxəyə uyğun tərtib edilməsinə, oxunuşda ona tabe olmağa əmr olundu.
Müsəlmanlar və qarilər Quranın qorunub saxlanması ilə bağlı xüsusi diqqət göstərirdilər. Nəql olunur ki, bir gün Ubəy ibn Kəəblə Osman arasında (وَ الَّذِینَ یَکْنِزُونَ الذَّهَبَ وَ الْفِضَّةَ وَ لاَ یُنْفِقُونَها فِى سَبِیلِ اللَّهِ) ayəsi ilə əlaqədar fikir ayrılığı yarandı. Osman ayənin "v"-sız (əlləzinə) olduğunu iddia edir və Quranlardakı "v" hərfinin silinməsini tələb edirdi. Ubəy isə deyirdi ki, biz Allahın Rəsulundan (s) ayəni indiki Quranlarda yazıldığı kimi eşitmişik. Onların arasında mübahisə qızışdı. Qəfildən Ubəy bağıraraq dedi: "Hər kim bu hərfi Qurandan silmək istəsə qılıncımı qaldırıb onun qanını tökərəm!" Ubəyin israrı xəlifənin öz sözünü geri götürməsinə səbəb oldu.
Quranın bir hərfinin dəyişdirilməsi belə bir hadisə ilə qurtardığı təqdirdə Quran təhrifə məruz qaldığını və onun ayələrinin silindiyini demək olarmı?
Yuxarıdakı iki əhəmiyyətli məsələdən əlavə, diqqət etmək lazımdır ki, Qurani - kərimin müxtəlif ayələrində açıq-aşkar Quranın təhrif olunmaması haqqında və bu səmavi kitabın dəyişiklik və təhrifə uğramayacağı haqqında söz açılır. Ayədə buyurulur:
اِنَّا نَحْنُ نَزَّلْنَا الذِّکْرَ وَ اِنَّا لَهُ لحَافِظُونَ
Biz Quranı nazil etdik və şübhəsiz, onu (təhrifdən,) Biz Özümüz qoruyarıq.
İslam alim və ziyalıları da təfsir və kəlam kitablarında İslam alimlərinin Quranın təhrifə məruz qalmamasında yekdil rəydə olduqlarını vurğulamışlar.
Əgər İslam alimlərinin içərisində təhrif məsələsinə inanan bir şəxs tapılsa, mütləq bəzi qərəzli insanların hədis kitablarına daxil etdikləri bir sıra saxta hədislərə görədir. Belə ki, Quranın özündə onların iddiasına dair heç bir şey tapmaq mümkün deyil. Söz yox ki, belə hədislər etibarlı deyildir. Həmçinin belə şəxslərin hədisin həqiqi mənasını kəşf etmədiklərini də demək mümkündür.
Hər bir halda bizim böyük alim və tədqiqatçılarımız bu haqda kitablar yazmış və Quranın təhrifə uğramamasını aydın formada sübuta yetirmişlər. Ərəb dilini bilməyənlər bu bəhsin təfsilatını mərhum Hacı Mirza Məhdi Brucerdinin qələmə aldığı "Burhane roşən" (Aydın dəlil) kitabında mütaliə edə bilərlər.
İmam Əlidə (əleyhis-salam) digər Quranlarla fərqli bir Quranın olmasını göstərən hədislər "Quranın təhrif olmaması" məsələsi ilə ziddiyyət təşkil etmir. Çünki alimlərin qeyd etdikləri kimi Əmirəlmömininin (əleyhis-salam) topladığı Qurana ayələrin nazil olma səbəbləri, təfsirlər, həzrət Məhəmməd peyğəmbərdən (səlləllahu əleyhi və alih) eşitdiyi izahlar daxil idi. O, Quranın digər Quranlarla fərqi mətndə deyil, haşiyələrində idi.

Şərh qeydə alınmayıb