Qısa cavab:
Ətraflı cavab:
Bir qrup Quran ayələri üç üqnumu müşrik və bütpərəstlərin arasından xristianlığa yoluxan bir təlim hesab edir:
«لَقَدْ کَفَرَ الَّذینَ قالُوا إِنَّ اللّهَ ثالِثُ ثَلاثَة ... قُلْ یا أَهْلَ الْکِتابِ لاتَغْلُوا فی دینِکُمْ غَیْرَ الْحَقِّ وَ لاتَتَّبِعُوا أَهْواءَ قَوْم قَدْ ضَلُّوا مِنْ قَبْلُ وَ أَضَلُّوا کَثیراً وَ ضَلُّوا عَنْ سَواءِ السَّبیلِ»
Şübhəsiz, «Allah üç ilahidən biridir» deyənlər kafir oldular... De: «Ey kitab əhli, öz dininizdə ifrata varmayın və haqdan başqa bir şey deməyin; azmış, çoxlarını azdırmış və doğru yoldan sapmış dəstənin nəfsi istəklərinə tabe olmayın». (1)
«وَ قالَتِ النَّصارى الْمَسیحُ ابْنُ اللّهِ ذالِکَ قَوْلُهُمْ بِأَفْواهِهِمْ یُضاهِؤُنَ قَوْلَ الَّذینَ کَفَرُوا مِنْ قَبْلُ قاتَلَهُمُ اللّهُ أَنّى یُؤْفَکُونَ»
Xaçpərəstlər dedilər: «İsa Allahın oğludur». Bu onların dilləri ilə dedikləri bir sözdür, onlardan qabaq kafir olmuş kəslərin sözlərinə oxşayır. Allah öldürsün onları! Necə haqdan dönürlər?! (2)
Bütpərəstlərin, ayin və dinlərinin tarixinə nəzər saldıqda onların da etiqadların da üçlük və üçpərəstlik əqidəsinin olduğunu görürük. Bu üzdən ehtimal etmək olar ki, bu əqidə onların tərəfindən xristianlığa nüfuz etmişdir. Çox sayda alimlər bu məsələyə təkid etmişlər. Onlardan biri Riçard öz "Misir bütpərəstlərinin xurafatları" kitabında yazır: "Şərqdən götürülən din və ayinlərin hamısında bir növ üçlük pərəstlik gözə dəyir." (3)
Həmçinin Muris yazır: "Bütpərəst kütlələrinin bir çoxunun təlimlərində üç üqnumlu tanrıya sitayiş gözə çarpır." (4)
Qədim bütpərəstlər hesab edirdilər ki, Tanrı birdir və üç üqnumə sahibdir. (5) Hindistanın üç Tanrısı aşağıdakılardan ibarətdir:
1. Brahma, yaradan tanrı deməkdir.
2. Şiva, faniləşdirən tanrı deməkdir.
3. Vişnu, mühafizəkar tanrı deməkdir.
"Xristian etiqadı" kitabının müəllifi Tomas Mişel yazır: "Triminqam adlı bir müəllif öz "İslam peyğəmbərindən (s) öncə Ərəb dünyasında xristianlıq" kitabında samların ənənəvi üç tanrısından söz açmışdır. Bu qəbilələr məşhur üç üqnum adlarını öz bütpərəstlik tanrılarına qoymasalar da məlum olur ki, həmin tanrılar: Allah (mütəal Allah), Lat (ana tanrı), və Bəl (rəbb tanrı) idi. Nəzərə çarpır ki, bəzi təzə xristian olan ərəblər bütpərəstlərin üçlük anlayışlarını məlumatsızlıq üzündən xristianlığın iman prinsipi qəbul etmişlər." (6)

Şərh qeydə alınmayıb