Qısa cavab:
Ətraflı cavab:
İsa (ə) insanlara çoxlu sayda möcüzələr göstərmişdir. Onun ilk möcüzəsi kimi beşikdə danışması barədə məsihilyin rəsmi və qəbul olunmuş mənbələrində heç bir şey gözə dəymir.
“Maidə” (süfrə) möcüzəsi isə müqəddəs kitabda qeyd edilənlərdən bir qədər fərqlərlə müsəlmanların səmavi kitabında bəyan olunmuşdur. Müqəddəs kitabda olanlar adi yeməyə İsa (ə) tərəfindən bərəkət verilməsindən ibarətdir. Səmadan yemək dolu süfrənin enməsindən isə əsər-əlamət yoxdur. Qurani-Kərimdə səmadan “süfrənin” (ruzinin, qidanın) nazil olmasına təkid olunur. Bəzi hədislər yeməyə bərəkət verilməsini də əlavə edir. Bu möcüzə Allahın qüdrətinə yəqin tapmaq üçün həvarilər tərəfindən xahiş olunmuşdu:
«Yadına sal o zaman(ı) ki, həvarilər dedilər: «Ey Məryəm oğlu İsa, sənin Rəbbin bizə göydən «maidə» (süfrə) göndərə bilərmi?» O, (cavabında) dedi: «Əgər möminsinizsə, Allahdan (və ona şəkk etməkdən) qorxun.» Dedilər: «(Şəkkimiz yoxdur) istəyirik ki, ondan yeyək və qəlblərimiz (sənin peyğəmbər olduğundan) rahatlıq və aramlıq tapsın və bilək ki, sən bizə doğru demisən və biz də buna şahidlərdən olaq.»
Məryəm oğlu İsa dedi: «İlahi, ey Rəbbimiz! Bizə göydən yeməklə dolu bir «maidə» (süfrə) nazil et ki, o bizim üçün - həm birincimiz, həm də sonuncumuz üçün bir bayram və Sənin tərəfindən bir nişanə və möcüzə olsun və bizə ruzi ver ki, Sən ruzi verənlərin ən yaxşısısan.»
Allah (onun duasını qəbul etdi və) dedi: «Həqiqətən, Mən onu sizə nazil edəcəyəm. Beləliklə, əgər bundan sonra kimsə kafir olsa, şübhəsiz, Mən ona aləmdə hələ heç kimə vermədiyim bir əzab verəcəyəm.» (1)
İslami qaynaqlarda olan hədislərə əsasən, göydən 9 ədəd balıq və 9 ədəd çörəkdən ibarət qızıl səbətlər endi. Allah-taala bu azacıq yeməyə o qədər bərəkət verdi ki, 5 min nəfərə yaxın adam ondan yedi və doydu. (2)
Xəstələrə şəfa vermək həzrət İsanın (ə) digər möcüzələrindəndir. Belə ki, Quran (3) və hədislərdə (4) ondan söz açılır. Bundan əlavə, İsa (ə) bir neçə nəfəri ölümdən sonra həyata qaytarmışdır. Qurani-Kərimdə iki yerdə bu möcüzəyə toxunulur. Hər ikisində bu möcüzənin Allahın izni ilə baş verməsinə təkid olunur. Demək, onu İsanın (ə) fövqəlbəşər olmasına dəlil gətirmək doğru deyil:
... وَ أُحْی الْمَوْتى بِإِذْنِ اللّهِ
«... və ölülərə Allahın izni ilə həyat verərəm.» (5)
... وَ إِذْ تُخْرِجُ الْمَوْتى بِإِذْنی
«... (Yada sal) ölülərə Mənim iznimlə həyat verdiyin vaxtları.» (6)
Burada felin indiki zaman formasında olması davamlılığa dəlalət edərək göstərir ki, bu möcüzə bir neçə dəfə baş vermişdir. Hədisdə də həmin məsələyə təkid olunur. (7)
Suyun üzərində yol getmək (8) və insanlara gələcəkdə nəyi yeyib, nəyi ehtiyat saxlayacaqlarını xəbər vermək də (9) həzrət İsanın (ə) möcüzələrindəndir. (10)
Gildən quş (yarasa) yaratmaq da həzrət İsanın (ə) digər möcüzələrindən biridir. Qurani-Kərimdə İsanın (ə) şəxsiyyətində şişirtməyə (ilahiləşdirmə) səbəb olmasın deyə bu işləri "Allahın izni ilə baş verən möcüzə" adlandırır:
... أَنِّی أَخْلُقُلَکُمْ مِنَ الطِّینِ کَهَیئَةِ الطَّیرِ فَأَنْفُخُ فیهِ فَیکُونُ طَیراً بِإِذْنِ اللّهِ وَ أُبْرِئُ الأَکْمَهَ وَ الأَبْرَصَ وَ أُحْی الْمَوْتى بِإِذْنِ اللّهِ
«... Mən sizin üçün gildən quş surətində bir şey düzəldər, sonra ona üfürərəm, Allahın izni ilə quş olar.» (11)
Məsihilərin bu gün rəsmi şəkildə tanınmayan və ilk əsrlərə aid bir qisim kitablarında, o cümlədən, Ərəb dilində olan uşaqlıq İncilində həzrət İsanın (ə) quşları diriltməsi, beşikdə söhbət etməsi kimi bir sıra möcüzələrinə toxunulur. (12)
"Məsx" həzrət İsanın (ə) digər möcüzələrindəndir. Sözsüz ki, müqəddəs kitabda bu haqda bir şey gözə dəymir. Qurani-Kərimin qeyd etdiyinə əsasən, bir qrup Bəni-İsrail dələduzluq və təcavüzkarlıqlarına görə Allahın lənətinə tuş gəldilər:
لُعِنَ الَّذینَ کَفَرُوا مِنْ بَنی إِسْرائیلَ عَلى لِسانِ داوُدَ وَ عیسَى ابْنِ مَرْیمَ ذالِکَ بِما عَصَوْا وَ کانُوا یعْتَدُونَ
«İsrail övladlarından kafir olanlar Davudun və Məryəm oğlu İsanın dili ilə lənətləndilər. Bu, onların itaətsizlik etmələri və həmişə (Allahın təyin etdiyi) həddi aşmalarına görə idi.» (13)
Hədislərimiz bəyan edir ki, İsrail övladlarından bir qismi itaətsizlik edəndən sonra həzrət İsa (ə) onları lənətlədi. Onlar donuz, xoruz və digər heyvanlara çevrildilər. (14)
İsa Məsihin (ə) möcüzələri içində sayca ən çoxu xəstələrə şəfa verməsi idi. Bəzi hədislər bu məsələyə belə aydınlıq gətirirlər ki, adətən, ilahi möcüzələr zəmanənin şəraitinə uyğun olurdu. İsa Məsihin (ə) möcüzələrinin çoxunun xəstələri sağaltmaq olmasının sirri o zaman təhlükəli və əlacı olmayan xəstəliklərin geniş yayılmasında idi. (15)

Şərh qeydə alınmayıb