Qısa cavab:
Ətraflı cavab:
Allah-taala hər hansı anlaşılmazlıq və şübhəni aradan qaldırmaq, həzrət Məsihin (əleyhis-salam) müstəsna doğumunu bəhanə edərək onu Allah adlandırmamaları üçün Quranda onun dilindən belə deyir:
اِنَّ اللهَ رَبّى وَ رَبُّکُمْ فَاعْبُدُوهُ هذا صِراطٌ مُستَقیم
«Şübhəsiz, Allah mənim və sizin Rəbbinizdir. Buna görə də (mənə və başqasına deyil yalnız) Ona ibadət edin. doğru yol (tövhid və təkallahlılıq) budur!» (1)
Təhrif olunmuş İncillərin əksinə olaraq Quran ayələrində həzrət Məsihin (əleyhis-salam) Allah dərgahında bəndə olduğuna təkid etməsinin dəfələrlə şahidi oluruq. Sözügedən İncillərdə nəql olunduğu kimi, Məsih (əleyhis-salam) adətən, Allah barəsində "ata" kəlməsindən istifadə edir. Qurani-Kərim isə onun dilindən "rəbb" və buna bənzər sözləri nəql edir ki, bu da onun şirk və ona Allah nisbəti verənlərlə mübarizədə son dərəcə diqqətli olduğunu çatdırır. Bu səbəbdən, həzrət Məsih (əleyhis-salam) insanların arasında olduğu son ana kimi heç kəs onu allahlardan biri kimi təqdim etməyə cürət tapmadı. Hətta, İsa Məsihin (əleyhis-salam) tövhidlə bağlı təlimlərinin təsiri ondan iki əsr sonraya qədər azğın insanlara özlərinin şirk dolu etiqadlarını üzə çıxarmağa icazə vermədi. (2)

Şərh qeydə alınmayıb