4-Təkvini işlərdə təvəssül

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
On mühüm məsələ barəsində islam alimlərinin nəzəri
3-Təvəssül təklikdə kifayət deyildir!

Digər məsələ bundan ibarətdir ki, səbəblər aləminə tə­vəs­sül etmək – həm şəriətə aid olan işlərdə həm də tə­bii və təkvini işlərdə – mövcuddur, bunların heç biri də tov­­hidə xələl yetirmir. Biz hər hansı bir nəticəyə çatmaq ar­­zusunda olduğumuz zaman təbii həyatımızda səbəblərdən is­­tifadə edirik: yeri əkir, toxum səpir, onu suvarır, tə­sər­­rüfat zərərvericilərindən saxlayırıq, məhsulu vax­tın­da yığır və öz həyatımız üçün onlardan istifadə edi­rik.
Görəsən, bu səbəblərə təvəssül etmək bizi Allahdan qa­fil edirmi? Yerin toxumları cücərtməsi, günəş ener­ji­si­nin, yağışın həyatverici damlalarının toxu­mu, gülü, meyvələri yetişdirməsi və ümumiy­yət­lə, bu təbii səbəblər aləminə e’tiqad fe’llərdə tovhidlə müxa­lif­dirmi?
Şübhəsiz, müxalif deyildir, çünki biz səbəblər alə­mi­nin ardınca gedirik, amma səbəblərin səbəbkarının da Allah olduğunu bilirik. Deməli, təbii səbəblərə təvəssül etmək tovhid prinsipi ilə zidd olmadığı kimi, şəriət aləmində də peyğəmbərlərə, İlahi övliyalara, mə’sumlara tə­vəs­sül etmək, Allah dərgahında onlardan şəfaət istə­mək tovhid prinsipi ilə heç də zidd deyildir.
Bildiyimiz kimi, ifratçı bir qrup burada da səbəblər aləmini inkar etmiş, səbəblər aləminə e’tiqad bəsləməyin Allahın fe’lin­də­ki tovhidlə ziddiyyəti olduğunu güman edərək demişlər ki, yan­dıran od deyildir; od bir şeyə yaxınlaşan zaman onu Allah yan­dırır; su odu söndürmür, əksinə su odun üzəri­nə tökülən zaman Allah onu söndürür. Beləliklə də yaradılış alə­min­dəki ən ibtidai səbəb-nəticə qanununu inkar edirlər.
Halbuki, Qur’an səbəblər aləmini rəsmi şəkildə qəbul edərək buyurur: “Buludları göndərdik, bu buludlar susuz torpaqları suvardı, onların vasitəsi ilə yer dirildi.” («Rum», 24) “Yuhyi bihi” dedikdə məqsəd budur ki, Allah yağış damlalarının vasitəsi ilə yeri dirildir. Səbəblər aləminin rəsmi şəkil­də tanınmasını göstərən ayələr həddindən artıq çoxdur. Amma bu səbəblər özlərindən heç bir şeyə malik deyillər; malik olduqları hər bir şey Allah tərəfindəndir. Bu əsərləri onlara məhz Allah bəxş etmişdir. Tə­biət aləmindəki səbəbləri inkar edənlər qa­fil və xətakar olduqları kimi, şəriət aləmindəki səbəb­ləri inkar edənlər də xəta­kar­lardırlar.
Ümidvarıq ki, onlar qeyd olunanlara diqqət yetirməklə təəs­süb­dən əl çəksinlər, düzgün yola qayıtsınlar və bu­nun­la da mü­səl­manları kafir və fasiq hesab etmələrinə son qoy­sun­lar, dünya müsəlmanları birləşərək Qur’anı, islamı və Alla­hı hədəf tutan düşmənlər müqabilində dayansın­lar, islam tə’limlərini hər növ şirkdən xalis şəkildə, hər növ ifrat, təfrit və səhlənkarlıqdan uzaqda dünya xalqlarına təqdim etsinlər.
 
Şə’ban 1426, Şəhrivər 1384
Nasir Məkarim Şirazi
 

3-Təvəssül təklikdə kifayət deyildir!
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma