Birinci dəstə

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
On mühüm məsələ barəsində islam alimlərinin nəzəri
İkinci dəstə «Bİsmİllah»ın ucadan (cəhrİlə) deyİlməsİnə daİr Nəbəvİ hədİslər

Bu rəvayətlər “Bismillahir-Rəhmanir-Rəhim”i «Həmd» surə­sinin bir hissəsi hesab edir, üstəlik onun ucadan, cəhrilə deyilməsini müstəhəb (yaxud lazım) bilir.
Bu qrupda beş məşhur ravidən nəql olunan beş hədisi qeyd etməklə kifayətlənirik:
1-Əli (əleyhis-salam)-dan nəql olunan hədis: Belə ki, onun yüksək el­mi məqamı hamıya mə’lumdur və səfərdə və qeyri-yerlər­də, xəlvətdə və aşkarda Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih)-lə bir yerdə olmuşdur. Darqutni özünün «Sünən» kitabında o həzrətin belə buyurduğunu nəql edir:
کان النبی 9 یجهر ببسم الله الرحمن الرحیم فی السورتین جمیعا
«Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih) “Bismillahir-Rəhmanir-Rəhim”i uca səslə (cəhrlə) hər iki surədə (Həmd və ondan sonra oxunan digər surədə) oxuyurdu.»[1]
2-Ənəs ibni Malik, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in məxsus xidmətçisi idi və cavan yaşlarından e’tibarən o həzrətə xid­mət edirdi. Hakimin «Müstədrək» kitabında nəql et­di­yinə əsasən, o, belə demişdir:
صلیت خلف النبی - و خلف ابی بکر و خلف عمر و خلف عثمان و خلف علی کلهم کانوا یجهرون بقرائة بسم الله الرحمن الرحیم
«Mən Peyğəmbərin, Əbu Bəkrin, Ömərin, Osmanın və Əli­nin arxasında namaz qıldım, onların hamısı “Bis­mi­llahir-Rəhmanir-Rəhim”i ucadan oxuyurdular.»[2]
3-Təbii olaraq, gecə-gündüz Peyğəmbər (səlləllahu əleyhi və alih)-lə bir­likdə olan Ayişə, Darqutninin nəql etdiyinə əsasən, belə demişdir:
کان - یجهر ببسم الله الرحمن الرحیم
«Peyğəmbər “Bismillahir-Rəhmanir-Rəhim”i uca səslə (cəhr­lə) oxuyurdu.»[3]
4-Sünnülərin məşhur ravisi olan Əbu Hüreyrənin nəql etdiyi rəvayətlər: (Onun rəvayətləri Sihah və sair kitab­larda nəql olunmuşdur.) O deyir:
کان رسول الله - یجهر ببسم الله الرحمن الرحیم فی الصلوة
«Peyğəmbər “Bismillahir-Rəhmanir-Rəhim”i namazda uca səslə (cəhrlə) deyirdi.»
Bu hədis üç məşhur kitabda – «Əssünənul-kubra», «Müs­təd­­rək»[4] və «Sünəni Darqutni»də gəlmişdir.
5-Digər bir hədisdə oxuyuruq ki, Cəbrail namazı öyrət­mək məqamında “Bismillahir-Rəhmanir-Rəhim”i Peyğəm­bə­rə ucadan oxudu. Darqutninin rəvayətinə əsasən No’man ibni Bəşir deyir ki, Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu:
اَمَّنِی جَبْرَئِیلُ عِنْدَ الْکَعْبَةِ فَجَهَرَ ببسم الله الرحمن الرحیم
«Cəbrəil Kə’bənin yanında mənə imamət edir və “Bis­mil­­lahir-Rəhmanir-Rəhim”i uca oxuyurdu.»[5] Bu barədə çox­lu rəvayətləri qeyd etmək olar.
Maraqlıdır ki, “Bismillahir-Rəhmanir-Rəhim”in uca­­­­dan oxunmasını göstərən hədisləri öz kitablarında qeyd edən məşhur alimlərdən bə’ziləri də aşkar şəkildə de­­­miş­­lər ki, bu hədislərin raviləri ümumi şəkildə siqə­dir (mö’təbərdir), o cümlədən, Hakimin «Müstədrək» kita­bındakı sözlərini qeyd etmək olar.
Burada əlavə edirik ki, Əhli-beyt (əleyhimus-salam)-ın fiqhi və hədis mən­bələrində “Bismillahir-Rəhmanir-Rəhim” «Həmd» surəsinin bir ayəsi kimi qeyd edilmişdir. Bu zə­min­də olan hədislər təqribən mütəvatirdir və çoxlu hə­dis­lərdə “Bismillahir-Rəhmanir-Rəhim”in ucadan deyil­məsi­nə dair aşkar göstəriş verilmişdir.
Bu rəvayətlərdən daha artıq mə’lumat əldə etmək istə­yən­lər «Vəsailuş-şiə» kitabının «namazda qiraət bab­la­rı»na, (11-12, 21-22-ci bablara) müraciət edə bilərlər. Bu zəminədə Əhli-beyt imamlarından onlarla rəva­yət «Kafi», «Üyu­nu əxbarir-Rza», «Müstədrəkül-vəsa­il» və sair kitab­larda nəql olunmuşdur. (Namazda Qur’an qira­əti babları.)
Sünnü və şiələrin nəql etdikləri «Səqəleyn» hədisinə – Peyğəmbər (səlləllahu əleyhi və alih)-in buyurduğu: Mən özümdən sonra siz­in aranızda iki qiymətli əmanət qoyuram... hədisinə diqqət yetiməklə, görəsən, belə bir ixtilaflı məsələdə Əhli-beyt məzhəbinin sorağına gedərək onlara tabe olmaq lazım deyildirmi?!

İkinci dəstə «Bİsmİllah»ın ucadan (cəhrİlə) deyİlməsİnə daİr Nəbəvİ hədİslər
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma