2-Digər bir bəhanə

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
On mühüm məsələ barəsində islam alimlərinin nəzəri
3-Təbərrük etmək qadağandır! 1-Qəbirlər məscid olmamalıdır!

«Səhihi Müslüm»də Əbul-Həyyac Əli (əleyhis-salam)-dan belə bir rəvayət nəql etmişdir:
قَالَ لِی عَلِیُّ بْنُ اَبِی طَالِبٍ اَلاَ اَبْعَثُکَ عَلَی مَا بَعَثَنِی رَسُولُ اللهِ اَنْ لاَ تَدَعَ تِمْثَالاً اِلَّا طَمسْتَهُ وَلاَ قَبْرًا مُشْرِفًا اِلاَّ سَوَّیْتَهُ
Əliyyibni Əbitalib mənə dedi: «Səni bir işə gön­dər­məyimmi ki, Rəsulullah məni o işə göndərmişdi?! (O iş budur:) Heç bir timsalı dağıtmayınca, uca qəb­ri yerlə eyni səviyyədə qərar verməyincə əl çəkmə!»[1]
Bə’ziləri, bu hədisdən çıxardığı tamamilə yanlış nə­ticə sayəsində ələ külüng alaraq bütün islam şəx­siyyət­lə­ri­nin qəbirlərini viran etmişlər, yalnız Rəsuli-Əkrəm (səlləllahu əleyhi və alih)-in və o həzrətin yanında dəfn olunan birinci və ikinci xəlifənin qəbrinə əl vur­ma­mışlar. Bu, elə bir is­tisna halıdır ki, onun barəsində heç bir dəlil tapmaq olmaz.
Amma əvvəla, bu hədisin sənədində çoxlu adamlar var­dır ki, sünnülərin rical şəxsiyyətlərinin nəzərindən təsdiq olunmamış, onlardan bə’ziləri, xüsusilə Süfyan Suri və İbni Əbi Sabit tədlis əhli olmuşdur.
İkincisi, bu hədisin səhih olduğunu fərz etsək belə, onun məfhumu budur ki, qəbrin üstü gərək düz olsun (ka­fir­lərin arasında olan adət kimi, balığın beli kimi olmasın). Sünnü fəqihlərinin çoxu da fətva vermişlər ki, qəbrin üstü düz (müstəvi şəklində) olmalıdır, bu işin də bizim bəhsimizə heç bir dəxli və əlaqəsi yoxdur.
Bu hədisin məfhumunun: «qəbir yerlə eyni səviyyədə ol­ma­­lıdır və ümumiyyətlə, yerin səviyyəsindən hündür ol­ma­ma­­­lıdır» - olduğunu fərz etsək, bu mövzunun qəbir­lərin üzə­­rində bina tikilməsinə heç bir dəxli yoxdur. Pey­ğəm­bər (səlləllahu əleyhi və alih)-in qəbrinin üzərində yerlə eyni səviyyə olan bir daşın olduğunu fərz etsək də, həmin qəbrin üzə­rin­­dəki künbəz və məqbərənin qeyd olunan hökm ilə heç bir zid­diyyəti yoxdur. Qur’ani-məciddə də oxuduğumuz kimi, Əsha­bi-kəhfin sirri aşkar olan zaman bə’ziləri dedilər ki, gəlin qəbirlərin üzərində bir bina tikək. Sonra buyurur:
قَالَ الَّذِینَ غَلَبُوا عَلَى أَمْرِهِمْ لَنَتَّخِذَنَّ عَلَیْهِم مَّسْجِدًا
“Onların vəziyyətindən agah olanlar “Onların ye­rin­də bir məscid tikəcəyik” - dedilər.”[2]
Qur’ani-məcid bu hadisəni müvafiq bir tonla nəql edir və ona heç bir irad tutmur. Deməli, böyük şəxsiy­yət­lə­­rin qəbrinin kənarında məscid tikməyin heç bir eybi yox­dur.
 Böyük şəxsiyyətlərin qəbirlərini ziyarət etməyin müsbət tə’sirləri
Hər vaxt insanlara lazımi tə’lim verilsə və onlara «hər növ ifrat və təfritdən çəkinin, bu pak qəbirlərin yanında Allahı yad edin, öz günahlarınızdan tövbə edib, ilahi övliyaların ideya və proqramlarından ilham alın» - deyilsə, şübhəsiz, onların mütəhhər qəbirləri tövbə edib Allah dərgahına qayıtmaq və nəfsi saflaş­dır­maq üçün gözəl bir ocaq, tə’lim və tərbiyə mərkəzi ola­caqdır.
Biz təcrübə ilə öyrənmişik ki, hər il milyonlarla in­san öz din rəhbərlərinin – imamların, yaxud Allah yolun­da şəhid olanların pak qəbirlərini ziyarət edirlər. On­lar qəbirlərin kənarından yüksək əhval-ruhiyyə, səfa-sə­mi­miyyət, nuraniyyət və pak bir qəlblə qayıdır, bu ziya­rə­tin qoyduğu tə’sirlər onların ruhiyyələrində uzun müddət qalır.
Bu ziyarətçilər onlardan, Allah dərgahında şəfaətçi, yə’ni günah­larının bağışlanması, dini və dünya müşkül­lərinin həll olunması üçün vasitəçi olmalarını istə­sə­lər, şübhəsiz, onlarla mə’nəvi rabitə bərqərar etmək üçün malik olduqları qüdrət miqdarında günahlardan uzaqlaş­malı, yaxşılıqlara, paklıqlara doğru getməlidirlər.
Bundan əlavə, böyük din alimlərinə, ilahi övliyalara diq­qət yetirib təvəssül etmək, onlardan Allah dərgahında şə­­faət etmələrini istəmək ziyarətçini çətinliklər qar­şı­­sında daha qüdrətli edir, onun ümidsiz, mə’yus olma­sı­­nın qarşısını alır, ruhi dərd, qəm və kədərlərini azal­­dır. Bunun digər tə’sir və xeyir-bərəkətləri də var­dır.
Nə üçün biz ziyarət, şəfaət və təvəssül məsələlərindən yanlış nə­ti­cə alaraq camaatı bu qədər ruhi, mə’nəvi və cismi xeyir-bərə­kət­lərdən məhrum etməliyik?! Hansı bir əql belə işi görməyə icazə verir?!
Bu mə’nəvi səfərlərin qarşısını almağın böyük xəsarətləri vardır. Əfsuslar olsun ki, tövhid və şirk məsələsindəei mə’nasız vəsvaslıqlar böyük bir dəstəni bu xeyir-bərəkətdən məhrum etmişdir.


[1] «Səhihi-Müslüm», cild 13, səh.61.
[2] «Kəhf» surəsi, ayə: 21.

3-Təbərrük etmək qadağandır! 1-Qəbirlər məscid olmamalıdır!
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma