2-Səhabələrİ pak hesab etməkdə İfratçılıq

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
On mühüm məsələ barəsində islam alimlərinin nəzəri
3-Cavabsız suallar... 1-Bİr-bİrİnə zİdd olan İkİ əqİdə


Səhabələri pak bilənlərin bir qrupu bu əqidədə o qədər ifratçılığa varmışlar ki, onları tənqid edən hər kəsi fasiq, bə’zən də dinsiz adlandırır, yaxud onun qanını hədər hesab edirlər!
Misal üçün, Əbu Zər’ə Razinin «Əl-isabə» kitabında belə oxuyuruq: «Hərgah bir şəxsin Peyğəmbər səhabələrinə irad tutduğunu görsən, bil ki, o dinsizdir. Səbəbi də budur ki, Rəsuli-Əkrəm haqdır, Qur’an haqdır, onun gətirdikləri haqdır və bunların hamısını bizim üçün məhz səhabələr gətirmişlər. Bunlar (müxaliflər) isə, bizim şahidlərimizi e’tibardan salmaq istəyirlər ki, kitab və sünnə bizim əlimizdən çıxsın!»[1]
Əbdüllah Musili «Hətta la nənxədiə» kitabında ya­zır: «Onlar (səhabələr) elə insanlar idilər ki, Allah on­ları, Peyğəmbərlə birlikdə olmaq, din və şəriətini bər­qərar etmək üçün seçmişdir. Onlar Allah Peyğəm­bəri­nin vəziri qərar verilmişlər. Onları sevmək din və iman, onla­ra kin bəsləmək isə küfr və nifaqdır! Ümmətə vacib­dir ki, onların hamısını sevib, daim onların yaxşılıq və fəzilətlərindən danışsınlar, onların arasında olan çarpışma və müharibələr barəsində isə, sükut etsinlər!»[2]
Halbuki, bu sözlər Allahın Kitabı və Peyğəmbər (səlləllahu əleyhi və alih)-in sünnəsi ilə müxalifdir!

[1] «Əl-isabə», 1-ci cild, səh.17.
[2] «Hətta la nənxədiə», səh.2

3-Cavabsız suallar... 1-Bİr-bİrİnə zİdd olan İkİ əqİdə
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma