Şübhəsiz, əziz Peyğəmbərimiz (səlləllahu əleyhi və alih)-in köməkçiləri xüsusi imtiyazlara malik idilər; onlar ilahi vəhy və ayələri Peyğəmbər (səlləllahu əleyhi və alih)-in öz mübarək dilindən eşidir, o həzrətin mö’cüzələrini görür, dolğun mə’nalı sözləri, mə’nəvi htdayətləri ilə tərbiyələnir və gözəl rəftar və əməlinin nümunələrindən bəhrələnirdilər.
Həmin səbəbə görə də onların arasında çox böyük şəxsiyyətli insanlar yetişmişdir ki, islam aləmi onlarla öyünür. Lakin burada mühüm bir sual yaranır ki, görəsən səhabələrin hamısı – heç bir istisna olmadan mö’min, saleh, düz danışan, düz əməl sahibi və adil idilər, yoxsa onların arasında saleh olmayan, fasiq şəxslər də var idi?