ŞEYXİN SÖZLƏRİNDƏ ZİDDİYYƏTLƏR

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
Vəhhabiyyət iki yol ayrıcında
VƏHHABİ RƏHBƏRLƏRİN ƏN MÜHÜM İTTİHAMLARISALEH ŞƏXSİYYƏTLƏR BARƏSİNDƏ ĞULUV VƏ İFRATÇILIQ

Bu sözün ardınca İbni Fərhan vəhhabilərin başçısının sözlərində aşkar şəkildə sezilən ziddiy­yətlərə işarə edərək deyir: «Şeyxin çoxlu səhv və xəta etdiyini demişlər, o da bunları özün­dən dəf etmişdir, halbuki onların əksəriyyəti onun sözlərində mövcuddur!»
Bundan sonra, qeyd olunan bu xətalardan 25-ini mənbəsini qeyd etməklə sadalayır. O cümlədən, Şeyx:
1-Sünnülərin dörd məzhəbinin mö`təbər kitab­larını batil hesab edir!
2-Salehlərə təvəssül edənlərə «kafirdir» deyir!
3-O deyir ki, əgər qüdrət tapsaydım, Peyğəm­bərin künbəzini və məqbərəsini dağıdardım! («Bəqi`» qəbiristanlığında Əhli-beyt imamla­rı­nın və sair böyük şəxsiyyətlərin qəbirlərini yerlə yeksan etdikləri kimi.)
4-O, Peyğəmbərin qəbrini ziyarət etməyi haram iş sayır!
5-O bütün insanları – ona tabe olanlardan başqa – kafir hesab edir!
Bu kimi sözlər, zahirdə inkar etsə də, onun öz sözlərində və kitablarında aşkar, yaxud üstüörtülü şəkildə görünməkdədir və bu da çox qəribə təzada malik olan sözlərdir.
***
Həsən ibni Fərhan Maliki «Daiyətun və leysə nəbiyyən» adlı kitabının üçüncü fəslində yazır: Çox təəssüflər olsun ki, Şeyxin şagirdləri və təqlidçiləri onun qoyduğu təkfir yolunu davam etdir­miş, bir çox ərəb və qeyri-ərəb qəbilə­lərinin, çoxlu İslam məzhəblərinin ardıcıl­larının və müsəlmanların məşhur alimlərinin kafir olmasına dair hökm çıxarmışlar![1] O cümlədən:
1-O demişdir ki, Mədinə və Məkkə əhalisi (o dövr­də vəhhabiliyi qəbul etmədikləri üçün) hamı­lıq­la kafirdir.[2]
2- Məhəmməd ibni Əbdül-Vəhhabın də`vətini qəbul edən, lakin öz ata-babalarının müsəlman halda dünyadan getdiyinə inanan şəxs kafirdir!! Belə bir şəxsi istiqamətləndirmək lazımdır: Hərgah öz sözündən tövbə etməsə, boynunu vurmaq lazımdır! Onun malı beytul-mala qatılmalıdır! Əgər həcc əməlləri yerinə yetirmişsə və bu, vəhha­biyyəti qəbul etməkdən qabaq olubsa, müşrikdir və həccini yenidən yerinə yetir­məlidir.[3]
3-Osmanlı dövləti kafirdir və hər kəs o dövləti kafir hesab etməsə, özü kafirdir![4]
4-Köçəri həyat tərzi sürənlər kafirdir və şə­hadə­teynin mə`nasını bilmirlər.[5] Mö`təziləçilər də kafirdir![6]
5-Zəkatın verilməsinə mane olan şəxs kafirdir![7]
6-Qeyri-müsəlmanları öz iş yerlərində, iş yer­lə­rin­də və evlərində xidmətçiliyə götürənlər, hamı­lıqla ka­fir və mürtəddirlər, belə ki, onlar vacibatların çoxunu tərk etmiş, haramlardan çoxuna mürtəkib olmuş və şəhadəteynin sözlərindən başqa bir şey başa düşmürlər.[8]
Həsən ibni Fərhan, Şeyxin şagirdləri və ardıcıllarının müsəlmanların kafir sayılması barəsində qeyd etdikləri 27 faktı zikr etdikdən sonra əlavə edir: «Təkfir məsələsində həddi bu qədər aşmaqdan sonra (belə ki, onun misli görünməmişdir) vəhhabi alimlərindən bir qrupu öz təkfir həmlələrini Seyyid Qütbə, Modudiyə, eləcə də «İxvanul-müslimin» və «Hizbut-təhrir» təş­ki­latlarına qarşı yönəltmişlər. Düzdür ki, bun­lar siyasi fəzada qərar tutaraq ifrata var­mış­lar, lakin onların ifratçılıqları heç vaxt vəhha­bilərin hər bir sahədə – siyasi, məzhəbi, fiqhi, mədəni, ictimai və s. törətdikləri ifratçılıqlara çata bilməz. Axı, insaf da yaxşı şeydir![9]
Sonra əlavə edir: «Qeyd etdiyimiz ibarələrdə bir az dəqiq fikirləşin: doğrusu, üzdəniraq cihad proq­ramlarından (müsəlmanlara hücum etmək) bir şey qalmışdırmı ki, vəhhabilər onu deməsinl­ər?!»[10]
Bu bəhsin axırında xatırladır ki, Məhəmməd ibni Əbdül-Vəhhabdan sonra təkfir dalğaları vəhhabilərin özünü də tutdu: Onlar bir-birlərini kafir hesab edərək qadınlarını əsarətə aldılar! Sonra «Əd-durərus səniyyə» kitabına istinad etməklə bunun çoxlu nümunələrini nəql etmişdir.[11]
Bu fəslin sonunda tükürpədən qaranlıq, zül­mət­li, müəmmalı nöqtələr müqabilində qüvvəli bir nöqtəyə də işarə edərək deyir: Vəhhabi məzhəbinin əsasını qoyan şəxsin övladı Əbdüllah ibni Məhəmməd Dir`iyyənin (Hicazın şəhər­lərin­dən biridir) süqutundan sonra Misirə getdi və təəssüblə dolu olan o mühitdən açıq bir mühitə keçdi, yeni elmləri öyrəndi və mö`tədil bir məktəbə üz gətirdi. O, müxtəlif müsəlman qrup­larına kafirliyə dair hökm verməyi – atasının inandığı bir sıra bid`ətlər xatirinə – inkar etməyə başladı və dedi ki, heç kəsi kafir hesab etmək olmaz; yalnız o kəsi kafir hesab etmək olar ki, dinin zəruri, danılmaz məsələlərini inkar etsin və ya müsəlmanların icmasında küfr hesab edilən işləri görmüş olsun.[12]
Bu kitabın dördüncü fəslində Şeyxin müxaliflərinin sözlərini qeyd edib deyir ki, onlar Şeyxi və bütün vəhhabiləri kafir hesab edir. Sonra onları müdafiə etməyə başlayır və deyir: «Bu kimi təkfirlərin də e`tibarı yoxdur; yalnız onların xətakar, xüsusilə təkfir məsələsində xətakar olmasını e`tiraf etmək lazımdır.»
O, bu fəsildə məşhur sünnü alimlərindən 22 nəfərin adını qeyd edir ki, onların əksəriyyəti Nəcd və Məkkə əhli olmuşdur, bə`zən Dəməşq, Tunis, Mərakeş alimləri də Şeyxin əleyhinə qalxmış və onların bə`ziləri Məhəmməd ibni Əbdül-Vəhhabın sözlərini rədd etmək üçün kitablar yazmışlar. [13]
Bununla da göstərir ki, Şeyxlə mübarizəyə qalxan­ların əksəriyyəti o kəslər olmuşlar ki, onun öz vətənində dünyaya gəlmiş, yaxud onun yaxın adamlarından olmuşlar!

 


[1] Başqa sözlə desək, sağa, sola, ümumiyyətlə hər bir tərəfə küfr hökmü vermiş və bütün müsəlmanları kafirlik qılıncı altından keçirmişlər!
[2] «Əd-durərus-səniyyə», 9-cu cild, səh.285.
[3] «Əd-durərus-səniyyə», 10-cu cild, səh.143 və 138.
[4] Yenə orada, səh.429.
[5] Yenə orada, 1-ci cild, səh.364.
[6] Yenə orada, səh.357.
[7] Yenə orada, 10-cu cild, səh.177.
[8] Yenə orada, 15 – ci cild, səh.486.
[9] «Daiyətun və leysə nəbiyyən», səh.117.
[10] Yenə orada.
[11] «Daiyətun və leysə nəbiyyən», səh.123-dən sonra
[12] «Əd-durərus-səniyyə», 10-cu cild, səh.244, «Daiyətun və leysə nəbiyyən», səh.125.
[13] «Daiyətun və leysə nəbiyyən», səh.127-133.

 

VƏHHABİ RƏHBƏRLƏRİN ƏN MÜHÜM İTTİHAMLARISALEH ŞƏXSİYYƏTLƏR BARƏSİNDƏ ĞULUV VƏ İFRATÇILIQ
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma