d) QUR`ANDA DUANIN MƏFHUMU

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
Vəhhabiyyət iki yol ayrıcında
NəticəYERSİZ BƏHANƏLƏR...


İfratçı vəhhabilərin son dərəcə səhvə düşüb yanıl­dıqları və bu yanlış hökm əsasında müsəlman­lardan çoxunu kafir hesab etdikləri kəlmələrdən biri də Qur`andakı «dua» məsələsidir. Onlar iddia edib deyir­lər ki, hər kəs Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih)-i, yaxud ila­hi şəxsiyyətləri – övliyaullahı çağırsa, müşrik və kafirdir, onun canı, malı və namusu mübahdır (hədərdir).
Məhəmməd ibni Əbdül-Vəhhabın tərəfdarla­rından biri olan Sən`aninin «Tənzihul-e`tiqad» kitabında dediyi bir sözün tərcüməsini eynilə aşağıda qeyd edirik:
«Allah-taala duanı ibadət adlandıraraq buyurmuşdur:
وَقَالَ رَبُّکُمُ ادْعُونِی أَسْتَجِبْ لَکُمْ إِنَّ الَّذِینَ یَسْتَکْبِرُونَ عَنْ عِبَادَتِی سَیَدْخُلُونَ جَهَنَّمَ دَاخِرِینَ
“Rəbbin dedi: Məni çağırın ki, (duanızı) qəbul edim. Mənə ibadət etməkdə təkəbbür edən­lər xarlıqla cəhənnəmə daxil olacaqlar.”[1] Demə­li, müəyyən bir işi yerinə yetirmək üçün Peyğəm­bəri, yaxud (salehlərdən olan) bir şəxsi çağırsa, yaxud ona «Allah yanında mənim hacətimin yerinə yetirilməsi üçün şəfaətçi ol», yaxud «sənin vasitənlə Allah yanında hacətimin yerinə yetiril­məsi üçün şəfaət istəyirəm», yaxud «mənim borcumu ödə, xəstəliyimə şəfa ver» və s. kimi sözlər desə, bu halda Peyğəmbəri, yaxud o saleh şəxsi dua etmişdir (çağırmışdır). Dua da ibadətdir, üstəlik ibadətin məğzidir. Belə olan təqdirdə həmin şəxs Allahdan qeyrisinə ibadət etmiş və müşrik olmuşdur. Çünki tövhid yalnız o zaman kamil olar ki, insan Allahı üluhiyyətdə, xaliq və raziq olmaqda yeganə bilsin, başqasını xaliq və raziq hesab etməsin, Ondan qeyrisinə ibadət etməsin; Hətta ibadətlərin bə`zilərini belə, Ondan qeyrisi üçün yerinə yetirməsin.»[2]
Bu kimi ibarələr onların kitablarının çoxunda təkrar olunur.
Onların Allahdan qeyrisini çağıranların kafir olması müddəasına dair istinad yerləri yuxarıdakı ayədir ki, Sən`aninin kitabında qeyd olunmuşdur. Digər ayələr isə aşağıdakılardır:
1- وَأَنَّ الْمَسَاجِدَ لِلَّهِ فَلَا تَدْعُوا مَعَ اللَّهِ أَحَدًا
“Məscidlər Allaha məxsusdur, belə isə, Allah­la birlikdə heç kəsi çağırmayın!”[3]
2- لَهُ دَعْوَةُ الْحَقِّ وَالَّذِینَ یَدْعُونَ مِن دُونِهِ لاَ یَسْتَجِیبُونَ لَهُم بِشَیْءٍ
“Haqqı çağırmaq yalnız Ona məxsusdur. Allah­dan qeyrisini çağıranların duası heç vaxt qəbul dərəcəsinə yetməz.”[4]
3- إِنَّ الَّذِینَ تَدْعُونَ مِن دُونِ اللّهِ عِبَادٌ أَمْثَالُکُمْ
“Allahdan qeyri olaraq çağırdığınız şeylər sizin özünüz kimi bəndələrdir.” [5]
Bu ayələrdən də Sən`anin sözündə qeyd olunanları nəticə alır və deyirlər ki, heç kəsin hətta «ya Rəsuləllah, işfə` li indəllah» (yə`ni: Ey Allahın Rəsulu, Allah dərgahında mənə şəfaət et) - deməyə haqqı yoxdur, çünki bu halda o şəxs kafir və qanı hədər olur.
Deməli, bu qrupun minlərlə insanın qətlə yetirib, qılıncdan keçirdiyi, mal-dövlətini qarət etməsinə səbəb olan bu mühüm terrorizm amillə­rindən biri də Qur`ani Məciddəki dua mə`nasından yanlış nəticə və çıxarış almalarıdır.
İndi Qur`ani-Məcidə müraciət edərək dua kəl­mə­sini araşdırırıq ki, Allahdan qeyrisini dua etmək və çağırmağın bə`zən küfr, bə`zən isə iman oldu­ğu aydınlaşsın. Bu kimi şəxslər isə mə`lu­mat­larının azlığı, yaxud düzgün olmayan mühakimələr nəticəsində belə təhlükəli səhvə yol vermişlər.
(Biz də təcrübədə görmüşük ki, elmiyyə hövzə­lə­ri­mizdə bə`zən vəhhabi əqidələrinə meyl edən çox na­dir şəxslər də mə`lumatı çox az olan adamlar­dır, hətta hövzə dərslərində belə, onların çoxlu problemləri vardır.)
Qur`ani Məciddə «dua» kəlməsi müxtəlif mə`nalarda işlənmişdir. O cümlədən:
1-İbadət mə`nasına olan dua «Cinn» surəsinin 18-ci ayəsi kimi:
وَأَنَّ الْمَسَاجِدَ لِلَّهِ فَلَا تَدْعُوا مَعَ اللَّهِ أَحَدًا
Bu ayədəki «məəllah» (Allahla yanaşı, birgə) tə`biri bunu çatdırır ki, heç bir kəsi Allahın şəriki və bərabəri təsəvvür və ona ibadət etmək olmaz. Bu mətləbin dəlili həmin surənin 20-ci ayəsidir. Belə ki, buyurulur:
قُلْ إِنَّمَا أَدْعُو رَبِّی وَلَا أُشْرِکُ بِهِ أَحَدًا
“De: yalnız Pərvərdigarıma pərəstiş edir və heç kəsi Ona şərik qoşmuram.”
Hər bir müsəlman bilir ki, bu mə`naya olan «dua» Allaha məxsusdur və heç kəs Onunla bərabər deyil. Bu məsələdə heç kəsin şəkk-şübhəsi yoxdur.
2-Bir şeyə tərəf çağırmaq mə`nasına olan dua. Belə ki, Nuh peyğəmbərin barəsində deyilir:
قَالَ رَبِّ إِنِّی دَعَوْتُ قَوْمِی لَیْلًا وَنَهَارًا فَلَمْ یَزِدْهُمْ دُعَائِی إِلَّا فِرَارًا
“Nuh dedi: Pərvərdigara, öz qövmümü gecə-gündüz (Allah dərgahına) çağırdım, lakin mənim duamın on­la­­rın fərar etməsindən başqa heç bir tə`siri olma­dı.”[6]
Aydındır ki, qövmün çağırılmasından ibarət olan bu dua, elə onların imana doğru çağırılmasıdır və bu növ dua da eynilə imandır, onun yerinə yetirilməsi Allah peyğəmbərlərinə vacib edilmişdir.
İslam Peyğəmbər (səlləllahu əleyhi və alih)-i barəsində gələn:
اُدْعُ إِلِى سَبِیلِ رَبِّکَ بِالْحِکْمَةِ وَالْمَوْعِظَةِ الْحَسَنَةِ
«Camaatı Allah yoluna hikmət və gözəl moizə ilə çağır»[7] - ayəsi də həmin qismdəndir.
3-Hacətlərin rəva olunması mə`nasına olan dua; bu da bə`zən adi yollarladır; misal üçün
وَلاَ یَأْبَ الشُّهَدَاء إِذَا مَا دُعُواْ
“Şahidlər şəhadət vermək üçün də`vət olunduqda imtina etməməlidirlər.”
Bu «çağırma» və «dua» etmə adi işlərdədir və əgər bir şəxs onu yerinə yetirsə, kafir olmaz, üstəlik öz şər`i vəzifəsini yerinə yetirmiş olar.
Bə`zən də qeyri-adi və mö`cüzə yolu ilə olur ki, bunun özü də iki qismdir:
Bəzən tə`sir qoymada Allahdan qeyrilərinin müstəqil­liyinə e`tiqad bəslənir, bə`zən də böyük bir şəxsiyyətdən istənilir ki, Allahdan bizim üçün bir şey istəsin. Birinci qism şirkdir, çünki tə`sirdə müstəqillik yalnız Allah-taalanın pak və müqəddəs zatına məxsusdur, hətta adi səbəblər belə, özlərini malik olduqları hər bir şeyi Allahdan almışlar və məhz Onun izni ilə tə`sir qoyurlar.
Qur`ani-Məcid bu barədə buyurur:
قُلِ ادْعُواْ الَّذِینَ زَعَمْتُم مِّن دُونِهِ فَلاَ یَمْلِکُونَ کَشْفَ الضُّرِّ عَنکُمْ وَلاَ تَحْوِیلاً
“De: (çətinliklərinizi həll etməyə qadir old­uğunu) təsəvvür etdiyiniz şeyləri – Allahdan qey­ri­­lərini çağırın, onlar sizin müşkül­ləri­niz­dən heç birini aradan qaldırmağa qadir deyil­dir­lər və onda heç bir dəyişiklik edə bilməz­lər.”[8]
Heç bir agah mö`min və imanlı müsəlman hansısa bir peyğəmbər və övliyaullah barəsində belə əqidəyə malik olmamışdır.
Amma ikinci qismə gəldikdə isə, o, kamil insanın tövhidindən ibarətdir: Yə`ni bir şəxsi Allah dərgahında şəfaətçi (vasitəçi) qərar verib, səbəblərin yaradanının Allah olduğunu bilir və hər bir şeyin Onun qüdrəti dairəsində olduğunu görür, lakin övliyaullaha təvəssül etməklə ondan istəyirik ki, Allah yanında bizim üçün hər hansı bir hacətin yerinə yetməsini istəsinlər. Bu da Allahın mütləq məşiyyətinə e`tiqad və tövhidlə eyniyyət təşkil edir.
Qur`ani-Məciddə buyurulur: Bəni-İsrail qövmü Musanın yanına gəlib ondan istədilər ki, onlar üçün Allahdan müxtəlif növ yeməklər istəsin (mənn və səlvadan başqa).
وَإِذْ قُلْتُمْ یَا مُوسَى لَن نَّصْبِرَ عَلَىَ طَعَامٍ وَاحِدٍ فَادْعُ لَنَا رَبَّکَ یُخْرِجْ لَنَا مِمَّا تُنبِتُ الأَرْضُ مِن بَقْلِهَا...
«Ey Musa! Biz bir növ yeməklə qənaətlənib, dözə bilmərik; Pərvərdigarından istə, bizim üçün yer üzərində olan şeylərdən – göy-göyərti, xiyar, mərci və s. hazırlasın!”[9]
Musa onlara «nə üçün ya Musa» - deyə xitab etmələrinə görə heç vaxt irad tutmadı və «nə üçün özünüz birbaşa Allahdan istəmirsiniz, bu iş şirk və küfrdür!» demədi; əksinə, onların hacətlərini Allahdan istədi və o da yerinə yetirildi, Allah tərəfindən «ləkum ma səəltum» (istədiyiniz şeylər sizin üçün hazırdır) xitabı da nazil oldu. Yalnız onlara deyildi k, siz daha yaxşı olan yeməkləri boşlamısınız, əhəmiyyəti az olan yeməkləri axtarırsınız.


[1] «Ğafir» surəsi, ayə:60.
[2] «Tənzihul-etiqad».
[3] «Cinn» surəsi, ayə:18.
[4] «Rə`d» surəsi, ayə:14.
[5] «Ə`raf» surəsi, ayə:194.
[6] «Nuh» surəsi, ayə:5-6
[7] «Nəhl» surəsi, ayə:125.
[8] «İsra» surəsi, ayə:56.
[9] «Bəqərə» surəsi, ayə:61.

NəticəYERSİZ BƏHANƏLƏR...
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma