TALİBAN QRUPU

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
Vəhhabiyyət iki yol ayrıcında
SƏHABƏ ORDUSU 1-SON DƏRƏCƏ QANSIZLIQ VƏ KOBUDLUQ

Bu qrup 1994-cü ildə Molla Məhəmməd Ömərin vasitəsi ilə, Əfqanıstanın cənubunda yerləşən Qəndəhar şəhərində yaradılmış və 1996-2001-ci illər arasında Əfqanıstanın böyük bir hissəsini öz ixtiyarına keçirmişdir.
Taliban qrupunun ilk hərəkətləri zəif şəkil­də 1979-85-ci illər arasında büruz etmiş­dir. O günlərdə əfqanlarla SSRİ arasında müharibə davam edirdi və Əfqanıstanın siyasi fəza­sına hakim olan hərc-mərclik Taliban hərəkatının inkişafına yaxşı fürsət yaratmışdı.
1980-cı ildə Əfqanıstan SSRİ vasitəsilə işğal edildi, bu müharibə nəticəsində Əfqanıs­tanın mücahid qüvvələri Amerika tərəfindən himayə olundu. Lakin Sovet hökumətinin Əfqanıs­tanı işğal etməyi çox da çəkmədi.
Sovet qoşunlarının 1989-cu ildə Əfqanıstan­dan geri çəkilməsi ilə yanaşı «Özbək», «Tacik» və digər kiçik qruplar nisbi qüdrət əldə etdilər. Məhz həmin dövrlərdə Taliban qrupu özünü «islamçılar» adı ilə təqdim etməyə başladı.
Əksəriyyəti pəştu xalqından ibarət olan tali­ban­çılar qərara almışdılar ki, Kabuldakı mərkə­zi hökuməti ələ keçirsinlər. Bu müddət ərzində Amerika tərəfindən silahla təchiz olunurdular!
Bu hərəkatın əvvəlində əksəriyyəti köçkünlər məntəqəsində yaşayanlar, yetimlər və qəyyumsuz insanlar olan minlərlə cavan bu orduya qoşuldu.
Talibançılar özlərini «sülh ordusu» (!) kimi təq­dim edirdilər. Əksəriyyəti Pəştu olan və əvvəl­ki müharibələrdən, bu ölkəyə hakim kəsilən hərc-mərclikdən bezən bu şəxslər talibançıları himayə etməyə başladılar. Halbuki, Taliban qrupu­nun özəyini təşkil edənlərin çoxu Pakistanın ifrat­çı vəhhabi mədrəsələrində təhsil almışdılar.
Talibançılar 1994-95-ci illərdə Əfqanıs­ta­nın cənub və qərbində müharibəyə başladılar, Qən­də­har, Hərat və sair qonşu şəhərləri öz ixtiyar­larına keçirdilər. 1995-ci ildə Kabulun ətraf məntəqələrinə qədər irəlilədilər, lakin həmin ildə hökumət qüvvələri tərəfindən geri oturdul­dular. Onlar Kabulu ələ keçirmək üçün cidd-cəhdlə çalışaraq, nəhayət 1996-cı ildə bu şəhəri öz ixtiyarlarına keçirdilər və əlli min nəfəri qətlə yetirdilər! Bürhanuddin Rəbbani və Gülbüddin Hik­mətyar ölkənin şimalına qaçdılar. Taliban­çılar Kabulu işğal etdikdən sonra Sovet hökuməti tərəfindən orada fəaliyyət göstərən Məhəmməd Nəcibullahı e`dam etdilər, ifratçı vəhhabi məzhəbinin quru qanunlarını icraya qoydular.
Taliban qüvvələrində ən yüksək məqama malik olan Molla Məhəmməd Ömər bu qrupun yüksək vəzifəli şəxslərindən təşkil olunan bir şura tə`sis etdi. Son qanun da Molla Məhəmmədin imzası ilə icra mərhələsinə qoyulurdu!
Taliban Kabul radiosu və maşınların üzərin­də qoyulmuş mikrofonlar vasitəsi ilə öz qanunla­rını camaatın qulağına çatdırırdı. Kino-teatr­la­rın fəaliyyətini dayandırmışdılar, kişiləri şallaq zərbəsi ilə məscidlərə gəlib namaz qılmağa vadar edirdilər. Qız məktəbləri tamamilə bağlan­mış, qadınların evdən xaricdə işləmələri qada­ğan edilmişdi. Nəticədə xəstəxana qulluqçu­ları­nın əksəriyyəti işdən kənarlaşdırılmışdı. Hal­buki, qadınların çoxu ərlərini müharibədə əldən vermiş və öz məişətlərini tə`min etməkdə aciz qalmışdılar.
Talibançılar müqəssirləri heç bir məhkəmə təşkil etmədən cəzalandırır, başlarını qoyun başı kimi kəsirdilər. Onlar üçün kimi öldür­mələri çox da mühüm deyildi; istər sünni, istərsə də şiə, hər kəs onlarla müxalifət etsəydi, boynunu qılıncla vururdular.
Taliban rejimi Üsamə ben Laden üçün çox təhlükəsiz, əmin-amanlıq bir məkan icad etmişdi. Çünki o, 80-cı onilliklərdə Əfqanıstanın xeyrinə və Sovet hökumətinin əleyinə çoxlu tədbirlər gör­müşdü. Məhz bu müharibənin sonunda o, «Əl-qaidə» terrorist qrupunu təşkil etmiş, bu qrup da Talibanın qorunub-saxlanmasında çoxlu fəaliyyət­lər göstərmiş və Talibanla çiyin-çiyinə olaraq şi­mal­da e`tilaf (koalisiya) qrupu ilə müharibə aparır­dılar.
Amerikalılar Ben Ladenin çox bacarıqlı və terrorist bir şəxs olduğunu dərk etmişdilər. Çünki, o, 1998-ci ildə Keniyada və Tanzaniyada Ame­rika səfirliyinə hücum etmiş, nəticədə 250 (yaxud 190) nəfər ölmüş, 1400 nəfərdən çox adam yaralan­mışdı!
Amerikalıların iddia etdiyinə görə, 11 sentyabr hadisələri də Ben Ladenin vasitəsilə baş vermişdir. Aydın məsələ idi ki, Amerika Üsaməni Talibandan tələb edir, lakin Taliban qrupunun rəhbəri bu tələbə məhəl qoymurdu. Çünki o, Ben Ladenə borclu idi və öz mənafeyinin qorunub-saxlanmasını onda görürdü.
Oktyabr ayında Amerika özünün «terrorizm əleyhinə hücumlar»ını başladı və ilk hücum­larını talibançılara və «Əl-qaidə»yə yönəltdi. İngilislər də Amerika ilə eyni fikirdə olub bu işə kömək etdilər. Bu zaman şimaldakı e`tilaf qrupları da talibanın əleyhinə hərəkata başladı və Amerika tərəfindən himayə olundular, Kabul və sair mühüm şəhərləri ələ keçirdilər. Elə həmin ildə Taliban özünün əsas müqavimət qüvvəsini və Həratı əldən verdi itirdi.
Taliban öz qüdrətinin zirvəyə çatdığı bir dövrdə Pakistan, Səudiyyə Ərəbistanı və Amerika kimi dövlətlər tərəfindən himayə olunurdu, lakin bu himayələr çox çəkmədi. Təxmini ehtimallara görə, Taliban hərəkatı 1995-96-cı illərdə öz terrorist əməliyyatlarını davam etdirmək üçün ildə yetmiş milyon dollar pula ehtiyac duyurdu. Hindistanda çap olunan «Təhlili stratejik» nəşriyyəsinin yazdığına görə, bu büdcənin ümdə hissəsi Səudiyyə Ərəbistanı tərəfindən tə`min olunurdu. Həftəlik “Nyuzvik” qəzeti bu məsələ ilə əlaqədar yazırdı: «Riyaz şəhəri Taliban hərə­katı­nın maddi və iqtisadi mənbələrinin ən mühümüdür!»
Taliban qrupunun rəhbəri Molla Məhəmməd Ömər Səudiyyə Ərəbistanına etdiyi səfərdə bu ölkənin yüksək məqamlı şəxsiyyətləri ilə görüşüb söhbətlər aparmış, Riyaz da təqribən 10 milyon dollar məbləğdə pulu onun ixtiyarında qoymuşdu ki, özünün bu hesabsız-kitabsız terrorizm əməliyyatlarını davam etdirsin. Lakin qeyd etdiyimiz kimi, sonralar onların hamısı Talibana arxa çevirdi və Taliban hərəkatı tarixin zibilliyinə gömüldü.[1]
Talibanın törətdiyi saysız-hesabsız qətl və terrorist aktları görə amerikalılar – özləri də dünya terroristlərinin rəhbərlərindəndir – onlara hücum etdikdə nəinki Talibanı müdafiə etmədilər, əksinə onların süqut etməsinə də kömək göstərdilər. Əfqanıs­tan xalqını istismar etmək üçün Amerikanın yaratdığı bütün bu problemlərə baxmayaraq, Əfqan xalqı onları Talibandan yaxşı hesab edirlər, çünki onlar Talibanın terror­çulu­ğunun Amerikanın terrorçuluğundan daha kəskin olduğunu güman edirdilər.
Qeyd etdiyimiz kimi, Taliban qrupu qadınları və qızları təhsildən mütləq şəkildə məhrum edir, hər növ yeni həyat tərzilə, nə qədər faydalı və müsbət olsa da belə, mübarizəyə qalxır və onların hamısını «bid`ət» adlandırırdı.
Onlar kişiləri, uzun saqqal saxlamadığına görə danlayır və bə`zən həbs edir, ölkədə tiryək və nə`şə istehsalını genişləndirir, narkotik maddələrin istehsal və qaçaq yolla xarici ölkələrə göndərilməsinə layiqli kömək edirdilər. Bununla eyni zamanda hətta siqaret çəkilməsini belə, haram hesab edirdilər! Çünki, narkotik maddələrin is­teh­salından əldə olunan böyük gəlir vasitəsi ilə silah əldə edir, öz din qardaşlarını qətlə yeti­rir­dilər. Heç kəs bu əməli təzadları izah etməyə qadir deyildi: Siqaret çəkilməsi haram, uzun saqqal saxlanılması vacib, amma tiryək kimi haram olan narkotik maddələrin geniş miqyasda istehsal edilməsi caiz!

[1] Dünyanın məşhur mətbuat və saytlarından götürülmüşdür.

 

SƏHABƏ ORDUSU 1-SON DƏRƏCƏ QANSIZLIQ VƏ KOBUDLUQ
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma