3-“SİRATİ-MÜSTƏQİM” (DOĞRU YOL) AYƏSİ

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
İmamət Haqqın dili ilə (Pəyami Quran cild 9)
4-ADƏM PEYĞƏMBƏRİN TÖVBƏSİ2-“NUR” VƏ “BÜYUT” (EVLƏR) AYƏSİ

Gündəlik namazlarda oxuduğumuz “Həmd” surəsinin 6-cı ayəsində buyurulur:
أِهْدِنَا الصِّرَاطَ المُسْتِقِیمَ
“İlahi! Bizi doğru yola hidayət et!”
Elə bir yola ki, bizi Sənin razılığını qazananlara çatdırsın, qəzəb etdiyin şəxslərin və azğınların yolundan ayırsın! İlahi! Bizi bu yola hidayət et, bu yolda sabitqədəm saxla.
Şübhəsiz, “sirati-müstəqim” (doğru yol) geniş mə’na daşıyır. Bə’zi alimlər onu “İslam”, bə’ziləri “Qur’an”, bə’ziləri “Peyğəmbər (s) və həqiqi imamlar”, bə’ziləri “ilahi ayin”, bə’ziləri də “ilahi peyğəmbərlərin qayda-qanunları” kimi təfsir etmişlər. Bunların hər biri həmin geniş məfhumda özünə yer tapır. Amma müxtəlif sənədlərlə Peyğəmbəri-əkrəmdən (s) nəql olunan bir çox rəvayətlərə görə, burada doğru yolun ən bariz nümunəsinə toxunulmuş, Əli ibn Əbi Talib (ə), yaxud Məhəmməd (s) və ali-Məhəmmədin yolu göstərilmişdir. Hakim Həskaninin “Şəvahidut-tənzil” kitabında Cabir ibn Abdullah Ənsaridən (o da Peyğəmbəri-əkrəmdən (s)) nəql etdiyi hədisdə buyurulur:
اِنَّ اللهَ جَعَلَ عَلِیّاً وَزَوْجَتَهُ وَاَبْنائَهُ حُجَجُ اللهِ عَلى خَلْقِهِ وَهُمْ اَبْوابُ الْعِلْمِ فِى اُمَّتِى، مَنْ اِهْتَدى بِهِمْ هُدِىَ اِلى صِراطٍ مُسْتَقِیمٍ:
“Allah Əlini, onun zövcəsini (Fatimeyi-Zəhranı) və övladlarını məxluqlar üzərində ilahi höccət seçmişdir. Onlar mənim ümmətim içərisində elm qapılarıdır. Hər kəs onlar vasitəsilə hidayət olunsa, doğru yolu tutar!”[1]
Başqa bir hədisdə isə İbn Abbas Peyğəmbəri-əkrəmin (s) Əliyə (ə) belə buyurduğunu nəql edir:
اَنْتَ الطَّرِیقُ الْواضِحُ وَاَنْتَ الصِراطُ الْمُسْتَقِیمُ وَاَنْتَ یَعْسُوبُ الْمُؤمِنِینَ!:
“(Ya Əli!) Sən aydın və doğru yol, mö’minlərin rəhbərisən!”[2]
Üçüncü bir hədisdə İbn Abbas “İhdinəs-siratəl-mustəqim” (İlahi, bizi doğru yola hidayət et) – ayəsinin təfsirində deyir: “Ey Allahın bəndələri! Deyin ki, ilahi, bizə Peyğəmbər və onun Əhli-beytinin məhəbbətini nəsib et!”[3]
Dördüncü bir hədis Əbu Büreydədən nəql olunur və o deyir: “Doğru yoldan məqsəd Məhəmməd (s) və onun Əhli-beytidir!”[4]
Bu hədisi Əllamə Sə’ləbi (“Təfsir”də)[5] və Şeyx Übeydullah Hənəfi (“Ərcəhül-mətalib”də) Əbu Hüreyrədən nəql etmişdir.[6]
“Şəvahidut-tənzil”də qeyd olunan beşinci hədis Əbdür-Rəhman ibn Zeyddən nəql olunur. Onun atası “Siratəl-ləzinə ən’əmtə ələyhim” (Ne’mət verdiyin şəxslərin yoluna (hidayət et)) – ayəsinin təfsirində deyir: “Onlar (ne’mət verilən kəslər) Peyğəmbər, onunla birgə olan Əli ibn Əbi Talib və onun şiələridir!”[7]
Bu haqda şiə mənbələrində rəvayət çoxdur. Məsələn, imam Sadiq (ə) “Siratəl-ləzinə ən’əmtə ələyhim” – ayəsinin təfsirində buyurmuşdur: “Məqsəd, Məhəmməd (s) və onun övladlarıdır!”[8]
Bütün bunlar göstərir ki, “sirati-müstəqim”in (doğru yolun) xaricdə ən aydın və ən bariz nümunəsi Peyğəmbər (s), Əli (ə) və Fatimeyi-Zəhranın (ə.s) mə’sum övladlarıdır. Deməli, kim onların vilayətinə bağlanıb, onları özünə örnək seçsə, sözsüz, Allahın haqq yoluna düşəcək və azğınlıqdan uzaq olacaqdır.

[1] “Şəvahidut-tənzil”, 1-ci cild, səh. 58, hədis: 89.
[2] Yenə orada, hədis: 88.
[3] Yenə orada, səh. 87.
[4] Yenə orada, hədis: 88.
[5] “Təfsiri-Sə’ləbi”, “Kifayətul-xisam” kitabından nəqlən, səh. 345.
[6] “Ərcəhül-mətalib”, səh. 85, “Lahur” çapı.
[7] “Şəvahidut-tənzil”, 1-ci cild, səh. 66, hədis: 105.
[8] “Nurus-səqəleyn”, 1-ci cild, səh. 23, hədis: 101. Əlavə mə’lumat üçün o kitaba və “Burhan” kitabında nəql olunan hədislərə müraciət edin.

 

 

4-ADƏM PEYĞƏMBƏRİN TÖVBƏSİ2-“NUR” VƏ “BÜYUT” (EVLƏR) AYƏSİ
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma