2-“NUR” VƏ “BÜYUT” (EVLƏR) AYƏSİ

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
İmamət Haqqın dili ilə (Pəyami Quran cild 9)
3-“SİRATİ-MÜSTƏQİM” (DOĞRU YOL) AYƏSİ 1-“SALAVAT” AYƏSİ

“Nur” surəsinin 36-38-ci ayələrində buyurulur:
فِی بُیُوتٍ أَذِنَ اللَّهُ أَن تُرْفَعَ وَیُذْکَرَ فِیهَا اسْمُهُ یُسَبِّحُ لَهُ فِیهَا بِالْغُدُوِّ وَالْآصَالِ رِجَالٌ لَّا تُلْهِیهِمْ تِجَارَةٌ وَلَا بَیْعٌ عَن ذِکْرِ اللَّهِ وَإِقَامِ الصَّلَاةِ وَإِیتَاء الزَّکَاةِ یَخَافُونَ یَوْمًا تَتَقَلَّبُ فِیهِ الْقُلُوبُ وَالْأَبْصَارُ لِیَجْزِیَهُمُ اللَّهُ أَحْسَنَ مَا عَمِلُوا وَیَزِیدَهُم مِّن فَضْلِهِ وَاللَّهُ یَرْزُقُ مَن یَشَاء بِغَیْرِ حِسَابٍ
“(İlahi nur) Allahın (şeytanların əlindən uzaq olmaq üçün) ucaldılmasına və öz adının zikr edilməsinə izn verdiyi o evlərdir ki, orada səhər-axşam Onu təqdis edib şə’ninə tə’riflər deyərlər. O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allah zikrindən, namazdan və zəkatdan yayındırmaz. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi bir gündən qorxarlar ki, Allah onlara yerinə yetirdikləri əməllərin ən gözəl mükafatını versin, onlara olan lütf və mərhəmətini artırsın. Allah istədiyi şəxsə saysız-hesabsız ruzi verər!”
Allah-taala bu surənin 35-ci ayəsində ilahi nuru çox dəqiq, incə və gözəl ifadələrlə şərh etdikdən sonra növbəti ayələrdə onun yerini və sahiblərini bəyan edərək buyurur: Bu nur aşağıdakı xüsusiyyətlərə malik olan evlərdədir: bu evlər şeytanların əli çatmayan hündür divarlarla ucaldılmışdır; onu gecə-gündüz, sübh və axşam Allahı yad edən kəslər qoruyub-saxlayırlar; elə kəslər ki, dünyanın maddi ləzzətləri, qızıl-gümüşü onları Allah zikrindən, namazdan və zəkatdan ayırmır; onlar qiyamət, hesab-kitab günündən qorxurlar və bu qorxu ümidlə yanaşıdır; onlar haqq yolda daim çalışırlar və Allah-taala belə insanlara saysız-hesabsız savab verər.
Bu cümlələrə diqqət yetirdikdə, ilahi evlərin və onların mühafizlərinin necə də əzəmətlə vəsf edildiyinin şahidi oluruq. İndi isə bu ayə ilə əlaqədar nəql olunan rəvayətlərə diqqət yetirək:
Süyuti “Əd-durrul-mənsur” kitabında Peyğəmbərin (s) iki səhabəsindən – Ənəs ibn Malik və Büreydədən nəql edir ki, Peyğəmbər (s) bu ayəni tilavət edərkən, bir nəfər ayağa qalxıb soruşdu: “Ya Rəsuləllah! Bu ayədəki evlər kimlərindir? Peyğəmbər (s) buyurdu: “Peyğəmbərlərin evləridir.” Əbu Bəkr ayağa qalxıb dedi: Bu evlər mə’lum oldu. Bəs Əli və Fatimənin evi necə? Peyğəmbər (ə) buyurdu: “Bəli, bu o evlərin ən üstünüdür!”[1]
Bu rəvayətin oxşarını Hakim Həskani “Şəvahidut-tənzil” kitabında Peyğəmbərin (s) başqa səhabəsi Əbu Bərzədən nəql etmişdir. O deyir: “Bir nəfər Peyğəmbərdən (s) soruşdu: Ya Rəsuləllah! Əli və Fatimənin də evi o evlərdən sayılırmı? Peyğəmbər (s) buyurdu: “O, evlərin ən fəzilətlisidir!”[2]
Hakim Həskani bu rəvayətdən sonra ötən rəvayəti də iki sənədlə Ənəs ibn Malik və Büreydədən nəql etmişdir.[3]
Diqqəti cəlb edən məsələ budur ki, Əhli-beytin (ə) bütün fəzilətlərinə müdaxilə ilə yanaşan “Ruhul-məani”nin müəllifi bura çatdıqda, birinci rəvayəti Ənəs ibn Malik və Büreydədən nəql edib yazır: “Əgər bu rəvayət səhih və doğru olsa, ayənin təfsirində onu nəzərə almamaq insafsızlıqdır!”[4] (Başqa sözlə, ayənin ən gözəl təfsiri budur ki, vəsf olunan evlər peyğəmbərlərin evləridir və onların ən fəzilətlisi Əli və Fatimənin evidir!)
Əhli-sünnənin digər alimləri də bu rəvayəti nəql etmişlər. Şübhəsiz, bu rəvayətlər Əli (ə), Fatimə (ə.s) və onların övladları Həsən və Hüseynə (ə), eləcə də, imam Hüseynin (ə) nəslindən olan Fatimə (ə.s) övladlarına, yə’ni mə’sum imamlara da şamil olunur. Çünki bütün imamlar həmin sülaləyə mənsubdur və onların davamçıları sayılır. Bəli, onların evi peyğəmbərlərin evləri ilə bərabər, hətta daha fəzilətli olub, həmişə ilahi nurla işıqlanır və şeytanların əlindən uzaqdır. Şübhəsiz, bu evlərin sakinləri də insanların ən üstünü, ən fəzilətlisidir. Onlar fəzilətcə ilahi peyğəmbərlərə bərabərdirlər. Bütün bunlar qeyd etdiyimiz rəvayətlərdən aydın başa düşülürsə, başqalarını onlardan üstün bilmək zülm və cəfa deyilmi?!
***

 

[1] “Əd-durrul-mənsur”, 5-ci cild, səh. 50.
[2] “Şəvahidut-tənzil”, 1-ci cild, səh. 410, hədis: 566.
[3] Yenə orada, hədis: 567-568.
[4] “Ruhul-məani”, 18-ci cild, səh. 157, bəhs etdiyimiz ayənin təfsirində.


3-“SİRATİ-MÜSTƏQİM” (DOĞRU YOL) AYƏSİ 1-“SALAVAT” AYƏSİ
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma