22-“İYZA” (ƏZİYYƏT) AYƏSİ

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
İmamət Haqqın dili ilə (Pəyami Quran cild 9)
23-“İNFAQ” AYƏSİ21-“MÜNAFİQUN” (MÜNAFİQLƏR) AYƏSİ

“Əhzab” surəsinin 57-ci ayəsində buyurulur:
إِنَّ الَّذِینَ یُؤْذُونَ اللَّهَ وَرَسُولَهُ لَعَنَهُمُ اللَّهُ فِی الدُّنْیَا وَالْآخِرَةِ وَأَعَدَّ لَهُمْ عَذَابًا مُّهِینًا
“Həqiqətən, Allaha və Onun Peyğəmbərinə əziyyət verənləri Allah dünya və axirətdə lə’nətləmiş (Öz rəhmətindən uzaqlaşdırmış) və onlar üçün alçaldıcı bir əzab hazırlamışdır!”
Mə’lum olduğu kimi, kimsə Allah-taalanın müqəddəs və pak zatına zərər yetirə bilməz. Demək, “Allaha əziyyət vermək” dedikdə təfsir alimlərinin qeyd etdikləri kimi  Allahın qəzəbinə səbəb olan küfr və dinsizlik nəzərdə tutulur. Beləcə Peyğəmbəri (s) və mö’minləri incidən kəslərin cəzalanacağı xatırlanır və onları incidən kəs, şübhəsiz, Allahı incitmiş olur.
Ayənin təfsirində əhli-sünnə və Əhli-beyt (ə) ardıcılları vasitəsilə nəql olunan rəvayətlərdə Peyğəmbəri-əkrəmin (s) belə buyurduğunu oxuyuruq: “Ya Əli! Hər kəs səni incitsə, şübhəsiz, məni incitmişdir!”
Hakim Həskani “Şəvahidut-tənzil” kitabında Cabir ibn Abdullah Ənsaridən belə nəql edir: “Peyğəmbəri-əkrəmdən (s) eşitdim ki, Əliyə (s) belə buyurdu: “Səni incidən kəs, şübhəsiz, məni incitmişdir!”[1]
Başqa bir hədisdə İbn Əbi Sələmə, Ümmü Sələmədən Peyğəmbəri-əkrəmin (s) belə buyurduğunu nəql edir: “Peyğəmbəri-əkrəmdən (s) eşitdim ki, Əliyə (s) belə buyurdu:
اَنْتَ اَخِى وَ حَبِیبِى، مَنْ آذاکَ فَقَدْ آذانِى:
“Sən mənim qardaşım və həbibimsən. Sənə əziyyət verən, şübhəsiz, mənə əziyyət vermişdir!”[2]
Sonra müəllif yazır: “Bu hədis Ömər, Sə’d ibn Əbi Vəqqas, Əbu Hüreyrə, İbn Abbas və Əbu Səid Xidri kimi səhabələrdən də nəql olunmuşdur.”[3]
Başqa bir hədisdə isə Əli ibn Əbi Talibdən (ə) belə nəql edilir: “Allahın Peyğəmbəri (s) öz tükündən tutub, mənə belə buyurdu:
مَنْ آذى شَعْرَةً مِنْکَ فَقَدْ آذانِى ومَنْ آذانِى فَقَدْ آذَى اللهَ فَعَلَیْهِ لَعنَة الله:
“Hər kəs sənin bir tükünü incitsə, məni incitmişdir. Hər kəs məni incitsə, şübhəsiz, Allahı incitmişdir. Hər kəs Allahı incitsə, ona Allahın lə’nəti olsun!”[4]
Qeyd edilən hədislərdə imam Əlini (ə) incitmək, Peyğəmbəri (s) incitmək sayılsa da, bu ayəyə istinad edilməmişdir. Halbuki bə’zi rəvayətlərdə bu istinadı açıq-aydın görmək olar. Məsələn, Hakim Nişapurinin “Müstədrəküs-səhiheyn” kitabında İbn Abbasdan nəql olunan səhih və mö’təbər hədisdə belə deyilir: “Şam əhlindən bir kişi Əlini (ə) söydükdə, İbn Abbas ona dedi: “Ey Allahın düşməni! Sən bu sözünlə Allahın Peyğəmbərini incitdin və ona əziyyət verdin. (Çünki Qur’ani-kərimdə buyurulur:) “Allaha və Onun Peyğəmbərinə əziyyət verənləri Allah dünya və axirətdə lə’nətləmiş (Öz rəhmətindən uzaqlaşdırmış) və onlar üçün alçaldıcı bir əzab hazırlamışdır!” Əgər Peyğəmbəri-əkrəm (s) sağ olsaydı, indi onu incitmiş olardın!”[5]
Zəhəbi bu hədisi “Təlxisul-müstədrək” kitabında nəql etmiş və onun doğru olduğunu vurğulamışdır.[6]
Süyuti də “Əd-durrul-mənsur” kitabında İbn Abbasın bu ayəyə istinadən nəql etdiyi hədisi qeydə almışdır.[7]
Həmçinin “Müstədrəküs-səhiheyn” kitabında Əmr ibn Şasdan ətraflı bir hədis nəql olunmuşdur. Onun bir qismi belədir: “Mən Peyğəmbərin (s) məscidində Əlinin (ə) Yəmən səfərində mənimlə rəftarına görə gileyləndim. Bu söz Peyğəmbərə (s) çatdı. Sübh vaxtı Peyğəmbər (s) bir qrup səhabə ilə məscidə daxil olanda mənə qaş-qabaqla baxıb buyurdu: “Ey Əmr! Allaha and olsun ki, məni incitdin.” Mən dedim: “Ya Peyğəmbər (s)! Allaha pənah aparıram, bu nə sözdür?” Peyğəmbər (s) buyurdu:
مَنْ آذى عَلِیّاً فَقَدْ آذانِى:
“Əlini incidən məni incitmişdir!”
Hakim Nişapuri bu hədisi nəql etdikdən sonra onun səhih və mö’təbər olduğunu yazır.[8]
“Təlxisu tarixid-Dəməşq” kitabının müəllifi də bu hədisi başqa hədislərlə yanaşı Cabir ibn Abdullah Ənsaridən, Sə’d ibn Əbi Vəqqasdan və Əmr ibn Şasdan nəql etmişdir.
Bütün bunlar göstərir ki, Əliyə (ə) əziyyət vermək Peyğəmbərə (s) əziyyət verməklə eynidir.[9] Əhli-sünnə alimlərinin düzgün saydıqları çox saylı hədislərə əsasən, Əli (ə) Peyğəmbərin (s) canı kimidir və ona məhəbbət eynilə Peyğəmbərə (s) məhəbbətdir, onu incitmək eynilə Peyğəmbəri (s) incitməkdir. Bundan sonra görəsən, İslam ümmətində imam Əlinin (ə) Peyğəmbəri-əkrəmdən (s) sonra ən fəzilətli, imamət, vilayət və xilafət məqamına ən layiqli şəxs olmasına şübhə qalırmı?!

 

[1] “Şəvahidut-tənzil”, 2-ci cild, səh. 98, hədis: 777.
[2] Yenə orada.
[3] Yenə orada, səh. 99.
[4] Yenə orada, səh. 97, hədis: 776.
[5] “Müstədrəküs-səhiheyn”, 3-cü cild, səh. 121, Beyrutun “Darul-mə’rifət” çapı.
[6] “Müstədrəküs-səhiheyn” kitabının haşiyəsində çap olan “Təlxisul-müstədrək”, 3-cü cild, səh. 122.
[7] “Əd-durrul-mənsur”, 5-ci cild, səh. 220.
[8] “Müstədrəküs-səhiheyn”, 3-cü cild, səh. 122. Zəhəbinin “Təlxisul-müstədrək” kitabında da bu hədis eynilə nəql olunmuşdur.
[9] “Təlxisu tarixid-Dəməşq”, 17-ci cild, səh. 352.

 

 

23-“İNFAQ” AYƏSİ21-“MÜNAFİQUN” (MÜNAFİQLƏR) AYƏSİ
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma