20-“MƏVƏDDƏT” (MƏHƏBBƏT) AYƏSİ

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
İmamət Haqqın dili ilə (Pəyami Quran cild 9)
21-“MÜNAFİQUN” (MÜNAFİQLƏR) AYƏSİ 19-“UZUNUN-VAİYƏ” (EŞİDİB YADDA SAXLAYAN QULAQ) AYƏSİ

“Məryəm” surəsinin 96-cı ayəsində buyurulur:
إِنَّ الَّذِینَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ سَیَجْعَلُ لَهُمُ الرَّحْمَنُ وُدًّا
“Həqiqətən, iman gətirən və saleh iş görənlər üçün Allah (mö’minlərin ürəklərində) bir məhəbbət yaradacaqdır!”
Bu ayədə açıq-aydın göstərilir ki, iman və saleh əməl insanlar arasında məhəbbət və sevgiyə səbəb olur. Bəli, iman və saleh əməl qəribə cazibədarlığa malikdir ki, ürəkləri yumşaldır. Günahkar insanlar belə, pak və saleh əməldən ləzzət alırlar.
Bu ayənin təfsiri ilə əlaqədar əhli-sünnə mənbələrində Peyğəmbərdən müxtəlif rəvayətlər nəql olunmuşdur. Həmin rəvayətlərdə onun imam Əli (ə) haqqında nazil olması bildirilir. Qeyd etdiyimiz kimi, ayənin müəyyən bir şəxs haqqında nazil olması həmin şəxsin kamil nümunə olduğunu göstərir. Bu isə ayənin əhatəli mə’nası ilə əsla ziddiyyət təşkil etmir.
“Şəvahidut-tənzil” kitabında müxtəlif sənədlərlə Bərra ibn Azib, Əbu Rafe, Cabir ibn Abdullah Ənsari, İbn Abbas, Əbu Səid Xidri və Məhəmməd ibn Hənəfiyyədən nəql olunan hədisdə deyilir ki, bu ayə Əli ibn Əbi Talib (ə) haqqında nazil olmuşdur. Həzrətin məhəbbəti hər bir mö’minin qəlbində yer tutmuşdur.
Əbu Səid Xudridən nəql olunan hədisdə deyilir ki, Peyğəmbəri-əkrəm (s) Əliyə (ə) buyurdu:
:یا اَبَاالْحَسَن! قُل اَللّهُمَّ اجْعَلْ لِى عِنْدَکَ عَهْداً وَاجْعَلْ لِى فِى صُدُورِهِ الْمُؤمِنِینَ مَوَدَّةً:
“Ya Əbəl-Həsən, de ki: “İlahi! Yanında əhd-peymanımı qəbul et[1] və məhəbbətimi mö’minlərin qəlbinə sal!”
Bu zaman “Həqiqətən, iman gətirən və saleh iş görənlər üçün Allah (mö’minlərin ürəklərində) bir məhəbbət yaradacaqdır” ayəsi nazil oldu və Peyğəmbər (s) buyurdu:
لا تَلْقِى رَجُلاً مُؤمِناً اِلاّ فِى قَلْبِهِ حُبٌّ لِعَلِىِّ بْنِ اَبِى طالِبٍ:
“Buna görə də elə bir mö’min tapılmaz ki, onun qəlbində Əli ibn Əbi Talib məhəbbəti olmasın!”[2]
Bu hədis azacıq fərqlə Cabir ibn Əbdüllahdan, Bərra ibn Azibdən[3], həmçinin (bir neçə sənədlə) Məhəmməd ibn Hənəfiyyədən nəql olunmuşdur. Bu hədisdə Əlidən (ə) əlavə, Əhli-beytin məhəbbəti qeyd olunmuşdur. Ümumiyyətlə, bu kitabda müxtəlif sənədlərlə eyni mə’na daşıyan iyirmi rəvayət nəql olunmuşdur.[4]
Süyuti “Əd-durrul-mənsur” kitabında bu hədisi müxtəlif sənədlərlə Bərra ibn Azib və İbn Abbasdan nəql etmişdir.[5]
Zəməxşəri “Kəşşaf” kitabında (bəhs etdiyimiz ayənin təfsirində) Peyğəmbəri-əkrəmin (s) imam Əliyə (ə) belə buyurduğunu nəql edir: “Allahdan istə ki, Öz dərgahında səninlə əhd-peyman (şəfaət) bağlasın, məhəbbətini mö’minlərin qəlbinə yerləşdirsin.” Elə bu zaman həmin ayə nazil oldu.”[6]
Məşhur təfsir alimi Qurtubi bu rəvayəti eynilə nəql etmiş və “Kəşşaf” kitabının müəllifi kimi rəvayətə irad tutmamışdır.[7]
Bu hədisi nəql edən digər alimlər aşağıdakılardır:
–Sibt ibn Cövzi: “Ət-təzkirə” kitabı[8];
–Muhibbuddin Təbəri: “Zəxairul-uqba” kitabı[9];
–İbn Səbbağ Maliki: “Əl-füsulul-muhimmə” kitabı[10];
–Heysəmi: “Əs-səvaiq” kitabı[11];
–İbn Səbban: “Əs’afur-rağibin”[12] və imamət məsələsi ilə bağlı sair kitablar.
Bu hədislərə münasibətdə məşhur təfsir alimlərindən yalnız “Ruhul-məani” kitabının müəllifi Alusi mənfi mövqedədir. O bu hədisi nəql etdikdən sonra onu əhəmiyyətsiz qələmə vermək istəmişdir. Hədisi Bərra ibn Azibdən nəql edərək, onu Məhəmməd ibn Hənəfiyyədən nəql olunan hədislə təsdiqləyib yazır: “Ayə kiminsə haqqında nazil olmayıb, ümumi mə’na ifadə edir.”[13]
Dəfələrlə deyildiyi kimi, heç kim ayənin nazilolma səbəbi ilə onun ümumiliyini məhdudlaşdırmaq istəmir. Belə bir səbəb ayənin kamil nümunəsini göstərir. Başqa sözlə, bu rəvayətlərdə imam Əli (ə) haqqında deyilənlər, onun bütün mö’minlərin ürəklərində yerləşən məhəbbəti həzrət üçün böyük fəzilət sayılır və bu baxımdan kimsə onunla müqayisə oluna bilməz.
Görəsən, məhəbbəti mö’minlərin qəlbinə dolmuş bir kəs imamət və vilayət məqamına hamıdan artıq layiq deyilmi?!

 





[1] Bu tə’bir Qur’ani-kərimin “Məryəm” surəsinin şəfaət məsələsi haqda söz açan 78-ci ayəsinə işarədir: “Allahla əhd-peyman bağlamış kəslər müstəsna olmaqla, heç kəs şəfaət etməyə qadir olmaz.”
[2] “Şəvahidut-tənzil”, 1-ci cild, səh. 365, hədis: 504.
[3] Yenə orada, səh. 359, hədis: 489-490.
[4] Yenə orada, səh. 366-367, hədis: 505-509.
[5] “Əd-durrul-mənsur”, 4-cü cild, səh. 278.
[6] “Kəşşaf”, 3-cü cild, səh. 47.
[7] “Təfsiri-Qurtubi”, 6-cı cild, bəhs etdiyimiz ayənin təfsirində.
[8] “Ət-təzkir”, səh. 20.
[9] “Zəxairul-üqba”, səh. 89.
[10] “Füsulul-muhimmə”, səh. 106.
[11] “Əs-səvaiqul-muhriqə”, səh. 170.
[12] “Əs’afur-rağibin”, “Nurul-əbsar” kitabının haşiyəsində çap olan, səh. 118.
[13] “Ruhul-məani”, 16-cı cild, səh. 130.

 

 

21-“MÜNAFİQUN” (MÜNAFİQLƏR) AYƏSİ 19-“UZUNUN-VAİYƏ” (EŞİDİB YADDA SAXLAYAN QULAQ) AYƏSİ
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma