Nəticə:

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
İmamət Haqqın dili ilə (Pəyami Quran cild 9)
7-“SİQAYƏTÜL-HACC” (HACILARA SU VERMƏ) AYƏSİ6-“BƏRAƏT” AYƏLƏRİ


Bu hədis mənbə və sənədləri ilə birgə imam Əlinin (ə) Allah dərgahında Peyğəmbəri-əkrəmdən (s) sonra bütün insanlardan üstün və fəzilətli olduğunu göstərən aydın və möhkəm dəlildir. Çünki bu hədisdə açıq-aydın buyurulur: “Cəbrail Allah tərəfindən nazil olub Peyğəmbərə (s) dedi ki, “Bəraət” ayələrini ya özün elan et, ya da Əli (ə)!” Peyğəmbər (s) də buyurdu: “Bu, ya mənim, ya da mənim Əhli-beytimdən olan bir kişinin işidir. Bu işə yalnız Əli layiqdir!”
Müşriklərin əhd-peymanları pozması o zaman ən həssas və mühüm hadisələrdən olduğu üçün İslamın göstərişlərinin şücaət və yüksək tədbirlə həyata keçirilməsi tələb olunurdu. Həcc mərasimində müxaliflərin sərt rəftar edəcəyi ehtimalı güclü idi. İmam Əlinin (ə) bu işə seçilməsi onun ümmət arasında ən şücaətli və tədbirli bir şəxs olduğunu göstərir. Belə bir mühüm işə seçilən şəxs sözsüz ki, İslam peyğəmbərinin (s) canişini olmağa hamıdan layiqdir.
Diqqət yetirmək lazımdır ki, Əbu Bəkrin özü də Peyğəmbərin (s) hüzuruna gəldikdə, tam nigarançılıqla “Mənim haqqımda bir şeymi nazil olub, deyə soruşur. Peyğəmbər (ə) buyurur: “Bu iş mənim yaxınlarımdan olan bir şəxsin vasitəsilə yerinə yetirilməlidir.”
Yenə də bəhanə axtaranlar bu işin imam Əli (ə) üçün fəzilət olmadığını göstərmək üçün məntiqsiz təhlillərlə çıxış edirlər. Misal üçün, Alusi “Ruhul-məani” kitabında bu hədisi nəql etdikdən sonra yazır: “Bu rəvayət qısa şəkildə Əli (ə) və qüreyşin fəzilətini göstərir. Bunu heç bir mö’min inkar etmir. Lakin bu fəzilət xilafət məsələsində Əlinin (ə) Əbu Bəkrdən üstün və layiqli olmasına dəlil sayıla bilməz!” Sonra belə əlavə edir: “Bə’zi sünnilər burada Əbu Bəkrin hacıların başçısı, Əlini (ə) isə “Bəraət” ayələrinin e’lanı üçün təbliğatçı seçilməsi ilə bağlı bir incəliyi qeyd etmişlər. O da budur ki, Əbu Bəkr camal və rəhmət sifətinin cilvəsi olduğu üçün Peyğəmbəri-əkrəm (s) müsəlmanların rəhmətlə bağlı işlərini ona tapşırmışdı. Lakin Əli (ə) Allahın aslanı və cəlal sifətinin məzhəri olduğundan (Allahın qəzəbinə səbəb olan kafirləri əhd-peymanı pozduqlarına görə) həmin ayələrin e’lanını onun öhdəsinə qoymuşdur. Onlar hər ikisi qaynar bulağa bənzəyir. Biri camal, digəri isə cəlal sifətlərinin nümunəsidir.” Daha sonra yazır: “Amma Peyğəmbərin (s) söylədiyi səbəb olmasaydı, bu təhlil daha münasib sayılardı.”[1]
O, sözünün sonunda yazır: “Bu təhlil özü Peyğəmbərin (s) buyuruğu ilə uyğun gəlmir. Peyğəmbər (s) açıq-aydın buyurur: “Cabrail Allah tərəfindən mənə göstəriş verdi ki, bu işi ya özüm, ya da mənim Əhli-beytimdən olan bir şəxs yerinə yetirsin.” Yə’ni o şəxs Peyğəmbərə (s) bənzəməli, onun xüsusiyyətlərinə malik olmalıdır. Bildiyimiz kimi, Peyğəmbər (s) bütün camal və cəlal sifətlərinə malik idi.”
Görəsən, nə üçün bizim sünni qardaşlarımız imam Əlinin (ə) misilsiz fəzilətlərini inkar etməyə, yaxud müxtəlif yozumlarla ört-basdır etməyə çalışırlar?! Şübhəsiz, qorxurlar ki, şiələr ona istinad etməklə öz məzhəblərinin doğru olduğunu sübut etsinlər.
Bu bəhsi də “Mətalibus-sual” kitabında Əbuzər Qifaridən nəql olunan bir hədislə sona yetiririk. O deyir ki, Peyğəmbəri-əkrəm (s) buyurmuşdur
عَلِىٌّ مِنِّى وَاَنَا مِنْ عَلِىّ وَلا یُؤَدِّى اِلاّ اَنَا اَوْ عَلِىٌّ:
“Əli məndəndir, mən də Əlidənəm. Bu risaləti (“Bəraət” ayələrinin e’lanını) mən və Əlidən başqa heç kim yerinə yetirə bilməz!”[2]

[1] “Ruhul-məani”, 10-cu cild, səh. 47.
[2] “Mətalibus-sual”, səh. 18 (“Əl-qədir” kitabından nəqlən, 6-cı cild, səh. 348).

 

7-“SİQAYƏTÜL-HACC” (HACILARA SU VERMƏ) AYƏSİ6-“BƏRAƏT” AYƏLƏRİ
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma