4-“HİKMƏT” AYƏSİ

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
İmamət Haqqın dili ilə (Pəyami Quran cild 9)
5-“HƏL-ƏTA” (İNSAN) SURƏSİ3-“LEYLƏTÜL-MƏBİT” AYƏSİ

“Bəqərə” surəsinin 269-cu ayəsində buyurulur:
یُؤتِی الْحِکْمَةَ مَن یَشَاء وَمَن یُؤْتَ الْحِکْمَةَ فَقَدْ أُوتِیَ خَیْرًا کَثِیرًا
“Allah hikməti (elmi) istədiyi (və layiq gördüyü) şəxsə bəxş edər. Hər kimə də hikmət bəxş edilmişsə, ona çoxlu xeyir verilmişdir.”
Hakim Həskani “Şəvahidut-tənzil” kitabında Rəbi ibn Xeysəmdən belə nəql edir: “Elə bir kəs görmədim ki, Əlinin hökm və qəzavətinə irad tuta bilsin. Həqiqətən, Allah-taala buyurur: “Allah hikməti (elmi) istədiyi (və layiq gördüyü) şəxsə bəxş edər. Hər kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir verilmişdir.”[1]
Həmin kitabda bu məzmunda əlavə rəvayətlər nəql olunmuşdur ki, o cümlədən, İbn Abbas Peyğəmbəri-əkrəmin (s) belə buyurduğunu demişdir:
مَنْ اَرادَ اَنْ یَنْظُرَ اِلى اِبْراهِیمَ فِى حُکْمِهِ وَاِلى نُوحٍ فِى حِکْمَتِهِ وَاِلى یُوسُفَ فِى اِجْتِماعِهِ فَلْیَنْظُر اِلى عَلِىِّ بْنِ اَبِى طالِبٍ:
“Hər kəs İbrahimin helmini, Nuhun hikmətini və Yusifin insanpərvərliyini görmək istəyirsə, Əli ibn Əbi Talibə baxsın!”[2]
Başqa bir yerdə isə Əbil-Həmradan belə nəql edir: “Biz Peyğəmbərin (s) yanında idik və Əli (ə) bizə tərəf gəlirdi. Bu vaxt Peyğəmbər (s) buyurdu:
مَنْ سَرَّهُ اَنْ یَنْظُرَ اِلى آدَمَ فِى عِلْمِهِ وَ نُوحٍ فِى فَهْمِهِ وَ اِبْراهِیمَ فِى خُلَّتِهِِ فَلْیَنْظُرْ اِلى عَلِىِّ بْنِ اَبِى طالِبٍ:
“Hər kəs Adəmin elmini, Nuhun düşüncəsini və İbrahimin Allahla dostluğunu müşahidə edib sevinmək istəyirsə, Əli ibn Əbi Talibə baxsın!”[3]
Yenə orada Abdullah ibn Abbasdan belə nəql olunur: “Biz Peyğəmbərin (s) yanında idik və həzrətdən Əlinin (ə) haqqında soruşulduqda, buyurdu:
قُسِّمَتِ الْحِکْمَةُ عَشَرَة اَجْزاءَ فَاُعْطِى عَلى تِسْعَةُ اَجْزاءَ وَ اُعْطِى النّاسُ جُزءً واحِداً:
“Elm və hikmət on qismdir ki, onun doqquzu Əliyə, biri isə camaata verilmişdir!”[4]
Bu rəvayətlər açıq-aydın göstərir ki, Peyğəmbəri-əkrəmdən (s) sonra İslam ümməti arasında elm, bilik və hikmətdə Əliyə (ə) çatan bir kəs yoxdur. İmamətin əsas və mühüm şərti elm və hikmət olduğundan, İslam peyğəmbərindən (s) sonra imamət və xilafət məqamına ən layiq şəxs yalnız Əlidir (ə).
Termizinin “Səhih” kitabında Peyğəmbəri-əkrəmin (s) belə buyurduğu nəql olunur:
اَنَا دارُ الْحِکْمَةِ وَ عَلِىٌّ بابُها:
“Mən hikmət eviyəm, Əli isə onun qapısıdır!”[5]
Şübhəsiz, kim bir evə girmək istəsə, mütləq onun qapısından daxil olmalıdır; necə ki, Qur’ani-kərimdə buyurulur: “Evlərə qapılarından daxil olun!” Beləliklə, hər kim İslam peyğəmbərinin (s) elm və hikmət xəzinəsinə yol tapmaq istəyirsə, mütləq imam Əlidən (ə) başlamalı və bu xəzinənin açarını ondan almalıdır.

[1] “Şəvahidut-tənzil”, 1-ci cild, səh. 107, hədis: 150.
[2] Yenə orada, 1-ci cild, səh. 106, hədis: 147.
[3] “Şəvahidut-tənzil”, 1-ci cild, səh. 79, hədis: 116.
[4] Yenə orada, səh. 105, hədis: 146.
[5] “Səhihi-Termizi”, 5-ci cild, səh. 637 (“Mənaqib” kitabı, “Əli ibn Əbi Talibin (ə) fəzilətləri” bölümü, hədis: 3723).

 

5-“HƏL-ƏTA” (İNSAN) SURƏSİ3-“LEYLƏTÜL-MƏBİT” AYƏSİ
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma