BİR İNCƏLİK

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
İmamət Haqqın dili ilə (Pəyami Quran cild 9)
İLAHİ HÖCCƏTİN ZƏRURİLİYİNƏ AİD QUR’AN AYƏLƏRİ VƏ MƏNTİQİ DƏLİLLƏR “ON İKİ İMAM” HƏDİSİNİN MÖHTƏVASI


Burada mühüm bir məsələyə də qısaca işarə edir, onun geniş izahını gələn bəhslərə saxlayırıq. Şiə və sünni mənbələrində nəql olunan rəvayətlərin çoxunda on iki imamın adı Əhli-beyt məktəbinin qəbul etdiyi kimi göstərilmişdir. Bə’zisində isə yalnız onların birincisi (imam Əli (ə) və axırıncısının (imam Mehdinin (ə)); “Əvvəluhum Əliyyun və axiruhum Məhdiyy!” “Onların birincisi Əli, sonuncusu isə Mehdidir!”) adları çəkilmiş, bə’zilərində də üçüncü imam həzrət Hüseynin (ə) adına işarə olunmuşdur. O həzrət barəsində Peyğəmbəri-əkrəmdən (s) belə nəql olunmuşdur:
هذا اِبْنِى اِمامٌ، اِبْنُ اِمامٍ، اَخُ اِمامٍ، اَبُوا اَئِمَّةٍ تِسْعَةٍ:
“Mənim bu övladım (Hüseyn (ə)) imam, imam övladı, imam qardaşı və doqquz imamın atasıdır!”[1]
Hətta bu hədisdə də on iki imama işarə edilmişdir.
YER ÜZÜ İLAHİ HÖCCƏTSİZ QALMAZ
Rəvayətlərdə tə’kidlə vurğulanan məsələlərdən biri də yer üzünün ilahi höccətsiz qalmamasıdır. Əhli-beyt imamlarından bizə gəlib çatan çoxlu rəvayətlərdə bu məsələyə dəfələrlə toxunulmuş və yer üzünün imamsız (yaxud peyğəmbərsiz), ümumiyyətlə, ilahi höccətsiz qalmayacağı göstərilmişdir. “Üsuli-kafi” kitabının iki bölümü bu məsələyə həsr edilmişdir: bir bölümdə “İnnəl-ərzə la təxlu min höccətin” (Həqiqətən, yer üzü höccətsiz qalmaz!) adı ilə imam Baqir (ə), imam Sadiq (ə), imam Riza (ə) və digər imamlardan on üç rəvayət, ikinci bölümdə isə “İnnəhu ləv ləm yəbqə fil-ərzi rəculani lə-kanə əhəduhuməl-höccətə” (Həqiqətən, yer üzündə yalnız iki nəfər insan qalsa, onların biri ilahi höccətdir!) adı ilə beş rəvayət qeyd edilmişdir.[2] Aşağıda hər iki bölümün bə’zi rəvayətlərinə işarə edəcəyik:
İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə belə buyurulur:
اِنَّ الْاَرْضَ لا تَخْلُوا اِلاّ وَفِیها اِمامٌ کَیْما اِنْ زادَ الْمُؤمِنُوا شَیْئاً رَدَّهُمْ وَاِنْ نَقَصُوا شَیْئاً اَتَمَّهُ لَهُمْ:
“Yer üzü heç vaxt imamsız qalmaz; əgər mö’minlər (səhvən ilahi tə’limlərdə) bir şeyi artırsalar, onların qarşısını alar, əgər bir şeyi azaltsalar, onu bərpa edər.”[3]
Həzrətdən nəql olunan başqa bir hədisdə buyurulur: “Allah-taalanın yer üzünü ədalətli bir imamsız qoyması qeyri-mümkündür!”[4]
Hətta bə’zi hədislərdə göstərilir ki, əgər yer üzü bir an belə imam və ilahi höccətsiz qalsa, zəlzələ baş verər və yer əhlini özünə çəkər.[5]
İmam Sadiqin (ə) buyurduğu bir hədis belədir:
لَوْ کانَ النّاسُ رَجُلَیْنِ لَکانَ اَحَدُهُما الْاِمامُ:
Əgər dünyada yalnız iki nəfər qalsa, onların biri mütləq imamdır!”
Başqa bir hədisdə isə belə buyurulmuşdur:
وَاِنَّ آخِرُ مَنْ یَمُوتُ اَلْاِمامُ
“Həqiqətən, (dünyada) hamıdan axırda ölən şəxs imam olacaq!”[6]
“Üsuli-kafi” kitabında nəql olunan on səkkiz rəvayətlə yanaşı “Nəhcül-bəlağə”də buna aydın işarə edilmiş, imam Əlinin (ə) Kumeyl ibn Ziyada buyurduğu mühüm bəyanatında belə göstərilmişdir:
اَللّهُمَّ بَلى لا تَخْلُوا الْاَرْضُ مِنْ قائِمٍ لِِلّهِ بِحُجَّةٍ، اِمّا ظاهِراً مَشْهُوراً وَاِمّا خائِفاً مَغْمُوراً، لِئَلاّ تَبْطُلَ حُجَجُ اللهِ وَبَیِّناتُهُ:
“Yer üzü heç vaxt (dinin dayağı olan) ilahi höccətsiz qalmaz. Mümkündür o, aşkara çıxıb tanınsın, ya da qeybdə qalaraq məxfi dolansın. Səbəbi budur ki, Allahın dəlil və aydın nişanələri aradan getməməli, həmişə yer üzündə mövcud olmalıdır!”[7]
Mərhum Əllamə Məclisi “Biharul-ənvar” kitabının 23-cü cildinin “Əl-iztiraru iləl-höccəti” (İlahi höccətin vücudunun zəruriliyi) bölümündə bu məsələ ilə əlaqədar on səkkiz hədis nəql etmişdir ki, onların bir qismini “Üsuli-kafi”dən, çox hissəsini də digər kitablardan nəql etmişdir.[8]
Beləliklə, hər bir əsr və dövrdə yer üzü ilahi höccətsiz deyildir və bu məsələ Əhli-beyt (ə) məktəbinin qəti e’tiqadlarındandır. Hətta imam Kazimdən (ə) nəql olunan bir hədisdə belə buyurulur: “Yer üzü bir göz qırpımınca ilahi höccətsiz qalmayacaq - istər aşkar tanınsın, istərsə də gizli yaşasın!”[9]
***

[1] Mərhum Əllamə “Kəşfül-murad” (“Şərhu təcridil-əqaid”) kitabında yazır: “Bu hədis “təvatür” həddində Peyğəmbəri-əkrəmdən (s) nəql olunmuşdur.” (“Kəşfül-murad”, 1-ci cild, səh. 178-179.)
[2] “Üsuli-kafi”, 1-ci cild, səh. 178-179.
[3] Yenə orada, 1-ci bölüm, hədis: 2 və 6.
[4] Yenə orada.
[5] Yenə orada, hədis: 11-13.
[6] Yenə orada, “Ənnəhu lov ləm yəbqə illa rəculani lə kanə əhəduhuməl-imam” bölümü, hədis: 3.
[7] “Nəhcül-bəlağə”, xütbə: 147.
[8] “Biharul-ənvar”, 23-cü cild, səh. 1-56.
[9] “Biharul-ənvar”, 47-ci cild, səh. 41.

 

 

İLAHİ HÖCCƏTİN ZƏRURİLİYİNƏ AİD QUR’AN AYƏLƏRİ VƏ MƏNTİQİ DƏLİLLƏR “ON İKİ İMAM” HƏDİSİNİN MÖHTƏVASI
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma