“NÜCUM” HƏDİSİNİN MAHİYYƏTİ

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
İmamət Haqqın dili ilə (Pəyami Quran cild 9)
Sual:3-“NÜCUM” (ULDUZLAR) HƏDİSİ


Bu hədis müxtəlif məsələləri açıqlayır:
1. Bu hədis həqiqətdə Qur’ani-kərimin səma ulduzlarının iki mühüm tə’sirindən danışan bir neçə ayəsindən qaynaqlanmışdır. Bir ayədə belə buyurulur: “Onlar ulduzlar vasitəsilə hidayət olunar!”[1] Başqa bir ayədə isə belə buyurulur: “Allah sizin üçün suyun və qurunun zülmətində hidayət olmaq üçün ulduzlar yaratdı!”[2]
Bu isə həqiqətdə ulduzların ən mühüm faydalarından biridir. Çünki kompasın (qütbnəma) ixtirasından öncə dağ, yaxud ağac kimi heç bir əsər-əlaməti olmayan dəniz yollarını tapmaq üçün yeganə vasitə ulduzlar idi. Gecələr bulud səmanı örtdükdə, gəmilər hərəkətdən dayanır, yollarına davam etmək istəyənlər isə ölüm təhlükəsi ilə üzləşirdilər. Bunun səbəbi beş planet (Merkuri, Venera, Mars, Yupiter və Saturn) istisna olmaqla, qalan ulduzların öz yerlərini dəyişməsi sanki qara parça üzərində toxunan, bir tərəfdən başqa təfərə çəkilən mirvarilərə bənzəməsidir. Qalan beş planeti isə “səvabit” adlandırırdılar. Bunlardan və həmişə yeri sabit olan, çıxıb-batmaqda digər ulduzlardan fərqlənən “qütb” ulduzundan əlavə, qalan ulduzları tanıyıb, ilin müxtəlif fəsillərində onların yerini tə’yin etməklə əllərindəki xəritə ilə hər hansı məqsədi tapmalı idilər.
Ulduzların başqa bir faydası isə Qur’ani-kərimdə buyurulduğu kimi, onların şeytanlara tuşlanmış oxlara bənzədilməsidir. Belə ki, onlar şeytanlara atılan və səmalara nüfuz etməyin qarşısını alan oxları əvəz edir. Qur’ani-kərimdə buyurulur:
إِنَّا زَیَّنَّا السَّمَاء الدُّنْیَا بِزِینَةٍ الْکَوَاکِبِ وَحِفْظًا مِّن کُلِّ شَیْطَانٍ مَّارِدٍ لَا یَسَّمَّعُونَ إِلَى الْمَلَإِ الْأَعْلَى وَیُقْذَفُونَ مِن کُلِّ جَانِبٍ دُحُورًا وَلَهُمْ عَذَابٌ وَاصِبٌ
“Biz səmanı ulduzlarla zinətləndirdik, xəbis və itaətdən çıxmış şeytanlardan qoruduq. Onlar yüksək aləmə (mələklərin söhbətlərinə) qulaq asa bilməzlər. (Bu işi görmək istəsələr) hər tərəfdən oxlar (axan ulduzlar) vasitəsilə qovular və şiddətlə geriyə qaytarılarlar. Onlar üçün daimi bir əzab vardır!”[3]
Bu və digər ayələrdən ulduzların səma əhli üçün müdafiə silahı olduğu başa düşülür. “Ulduzlar (yaxud meteoritlər) şeytanların yolunu necə bağlayır və səmalara daxil olmağa icazə vermirlər?” sualı ayrıca bir izaha ehtiyaclıdır. Biz onu “Təfsiri-nümunə” kitabında həmin ayənin təfsirində şərh etmişik. Burada diqqəti cəlb edən məsələ süzən ulduzlar vasitəsilə şeytanların yüksək aləmdən, mələklərin pak, ali məqamından qovulması hadisəsidir. Bu hadisə “nücum” hədisinin təfsiri üçün kifayətdir.
Bəli, bir tərəfdən Peyğəmbər (s) Əhli-beyti (ə) səma ulduzları kimi insanları küfr, fitnə-fəsad, günahın zülmətindən qoruyub, ali məqsədə yönəldirsə və Allah yolunun yolçularını azğınlıq dalğalarında boğulmaqdan xilas edirsə, digər tərəfdən də insan və cinlərdən olan şeytanların İslam hüdudlarına nüfuzunun, Qur’anın hökmləri və sünnəni təhrif etməsinin qarşısını alır. Əhli-beyt meteoroit oxları kimi şeytanları dəf edir, yadların sinəsinə qeyb əlləri ilə zərbə endirir və onları səmavi sirlərdən agah olmağa qoymurlar.
Diqqət yetirmək lazımdır ki, bu hədisdə xüsusi olaraq Əhli-beyt (ə) İslam ümmətindəki ixtilafların qarşısını alan qoruyucu kimi göstərilir. Əgər ixtilaflar davam edərsə, insanlar İblisin qoşunu sıralarına daxil olar. Bu isə doğrudan da dolğun bir mə’nanı çatdırır.
2. “Nücum” hədisindən belə başa düşülür ki, ulduzların səma, yaxud yer əhlinin keşiyində durması davam etdiyi kimi, Əhli-beytin (ə) də hidayət yolu dünyanın sonuna qədər davam edəcəkdir.
3. Həmçinin onların xəta və günahdan mə’sum olduqları da sübuta yetir. Əgər onlar xəta və günaha yol versəydilər, yer əhlini ixtilaf və azğınlıqlardan qoruyan kamil və mütləq dayaq kimi tanıtdırılmazdılar.
4. Səma ulduzlarından biri batıb, digəri çıxması, bir qismi üfüqdə itib, digər qismi yenidən parlaması xüsusiyyəti Peyğəmbər (s) Əhli-beytində (ə) də var. İmam Əli (ə) bu məsələni “Nəhcül-bəlağə”də aydın bəyan edərək buyurmuşdur: “Agah olun! Məhəmmədin (s) Əhli-beyti səma ulduzlarına bənzəyir; onların biri batdıqda, digəri çıxır!”[4]
Şübhəsiz, bu rəvayətlərdə adı çəkilən Əhli-beyti (ə) Peyğəmbərin (s) zövcələri kimi təfsir etmək düzgün deyil; çünki bu rəvayətlərdə hər bir dövr və əsrdə ümmətin hidayəti, azğınlıq dalğalarından qurtuluşu və ixtilafların qarşısının alınması kimi mühüm məsələlərdən söz açılır. Bildiyiniz kimi, Peyğəmbərin (s) zövcələri müəyyən bir dövrdə yaşamış və bundan əlavə, ixtilafların qarşısının alınmasında xüsusi bir rol oynamamışlar.[5]
***


[1] “Nəhl” surəsi, ayə: 16.
[2] “Ən’am” surəsi, ayə: 97.
[3] “Saffat” surəsi, ayə: 6-9.
[4] “Nəhcül-bəlağə”, xütbə: 100.
[5] Hətta Peyğəmbərin (s) zövcəsi Ayişənin ixtilafların daha da artmasındakı rolu inkaredilməz bir həqiqətdir.
İzah: Peyğəmbərin (s) vəfatından sonra camaat Əbu Bəkrlə bey’ət etdilər. Ayişənin rəvayətinə görə “Əli və Bəni-Haşimin hamısı altı ay müddətində – Fatimə dünyadan gedən vaxta qədər – onunla bey’ət etmədilər. Bundan sonra imam Əli (ə) Osmanın xilafətinin son vaxtlarına qədər siyasət səhnəsindən uzaqlaşdırıldı. Nəhayət, Ayişə Osmanla qarşılaşmaq üçün onun əleyhinə qiyam edənlərin – Təlhə, Zübeyr və başqalarının rəhbərliyini öz öhdəsinə aldı. Bu işləri də yalnız Osmandan sonra öz əmisi oğlu Təlhəni xilafətə çatdırmaq ümidi ilə görürdü. Osman qətlə yetirildikdən və müsəlmanlar imam Əliyə (ə) bey’ət etdikdən sonra həzrətin əleyhinə Cəməl müharibəsini başladı və sonda məğlub oldu. İmam Əli (ə) onu Mədinəyə qaytardı. O, həzrət şəhid olana qədər ona qarşı kin-küdurət bəsləyirdi. Bundan sonra Müaviyə hakimiyyətə gəldi. Onların hər ikisi (Müaviyə və Ayişə) imam Əlinin (ə) qarşısında eyni mövqe tutduqları üçün aralarında yaxşı əlaqə bərqərar oldu və bu əlaqə Hücr ibn Ədinin Müaviyənin vasitəsilə qətlə yetirildiyi vaxta qədər davam etdi. (“Məalimul-mədrəsəteyn”, Əllamə Əskəri, 2-ci cild, səh. 69.) (Müt.)

 

Sual:3-“NÜCUM” (ULDUZLAR) HƏDİSİ
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma