2-“SƏFİNƏ” (GƏMİ) HƏDİSİ

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
İmamət Haqqın dili ilə (Pəyami Quran cild 9)
“SƏFİNƏ” HƏDİSİ NƏ DEMƏK İSTƏYİR?YALNIZ BİR SUAL

Əhli-beyt (ə) və mə’sum imamlar barəsində buyurulan, həm şiə, həm də sünnilərin mö’təbər kitablarında geniş nəql olunan məşhur hədislərdən biri də “səfinə” hədisidir. Biz burada bu hədisin mətni, sənədi və mənbələrini qısa şəkildə bəyan edəcəyik.
Deməliyik ki, bu hədisi Peyğəmbəri-əkrəmin (s) ən azı səkkiz səhabəsi nəql etmişdir. (Əbuzər, Əbu Səid Xudri, İbn Abbas, Ənəs, Abdullah ibn Zübeyr, Amir ibn Vasilə, Sələmə ibn Əkvə və imam Əli (ə))
“Səfinə” hədisi əhli-sünnənin onlarla məşhur kitabında nəql olunmuşdur. Onlardan bə’zilərini nəzərdən keçiririk. Əlavə mə’lumat əldə etmək istəyənlər “Ehqaqul-həqq” kitabının 9-cu, “Xülasətul-əbəqat” kitabının 4-cü cildinə və digər kitablara müraciət edə bilərlər.
1. Bir dəfə Əbuzər əli ilə Kə’bə evinin qapısının halqasından tutub deyirmiş: “Məni tanıyanlar (mənim kim olduğumu yaxşı) bilir, tanımayanlar da bilsinlər ki, mən Əbuzər Qifariyəm! Allahın Rəsulundan (s) belə eşitmişəm:
مَثَلُ اَهْلِبَیْتِى فِیکُمْ کَمَثَلِ سَفِینَةِ نُوحٍ فِى قَوْم نُوحٍ مَنْ رَکِبَها نَجى وَمَنْ تَخَلَّفَ عَنْها هَلَکَ:
“Mənim Əhli-beytim sizin üçün Nuhun gəmisinə bənzəyir; hər kəs ona minsə, nicat tapar, hər kəs ondan ayrı düşsə, həlak olar.” (Başqa bir rəvayətdə isə “qərq olar” ifadəsi qeyd olunmuşdur.)[1]
Burada Əhli-beyt (ə) həyatın tufanlı dəryasında nicat gəmisinə bənzədilmişdir.
2. İbn Abbas, eləcə də Sələmə ibn Əkvə (İbn Məğazili adı ilə tanınan Əbül-Həsən Əli ibn Məhəmməd Şafeinin “Mənaqib” kitabındakı nəqlinə əsasən) Peyğəmbəri-əkrəmin (s) belə buyurduğunu nəql etmişlər:
مَثَلُ اَهْلِبَیْتِى فِیکُمْ َمَثلُ سَفِینَةِ نُوحٍ، مَنْ رَکِبَها نَجى وَمَنْ تَخَلَّفَ عَنْها هَلَکَ:
“Mənim Əhli-beytim sizin üçün Nuhun gəmisinə bənzəyir; hər kəs ona minsə, nicat tapar, hər kəs ondan ayrı düşsə, həlak olar.”
Hədisin bu deyilişi İbn Abbasdan nəql olunmuşdur. Sələmə ibn Əkvədən nəql olunan hədis isə belədir:
مَثَلُ اَهْلِبَیْتِى َمَثَلُ سَفِینَةِ نوحٍ مَنْ رَکِبَها نَجى:
“Əhli-beytim Nuhun gəmisinə bənzəyir; ona minən şəxs nicat tapar!”
“Limaza-əxtərtu məzhəbə Əhlil-beyt?” (“Nə üçün Əhli-beyt məzhəbini seçdim?”) kitabının müəllifi Şeyx Məhəmməd ibn İntaki “səfinə” hədisinin şərhində yazır: “Bütün İslam alimlərinin yekdil fikrinə əsasən, bu hədis “təvatür” həddinə yaxın “səhih” və “müstəfiz”[2] hədislərdəndir. Təxminən yüz nəfər hafiz və hədis əzbərçisi, tarixçi və “sirə”[3] yazan şəxs öz kitablarında onu nəql və qəbul etmişlər.” Sonra əlavə edir: “Bu hədisi qeyri-müsəlmanlar belə islami bir hədis kimi nəql etmişlər.”[4]
Bu hədis “Əbəqatul-ənvar” kitabında əhli-sünnənin doxsan iki məşhur aliminin doxsan iki kitabından bütün təfərrüatı ilə nəql olunur. “Əbəqatul-ənvar” kitabının xülasəsinin müəllifi isə onun haşiyəsində bu hədisi səkkiz nəfər səhabə, səkkiz nəfər tabein, üç nəfər 2-ci əsr, səkkiz nəfər 3-cü əsr, on dörd nəfər 4-cü əsr alimlərindən və bu minvalla hər əsrin öz alimlərinin adları ilə birgə qeyd etmişdir.[5]
***

[1] “Səfinə” hədisi bu kitablarda nəql olunmuşdur: “Mö’cəmül-kəbir vəl-mö’cəmüs-səğir”, Hafiz Təbərani, səh. 78, Dehli çapı; “Üyunul-əxbar”, İbn Qüteybə Dinəvəri, 1-ci cild, səh. 212, Misir çapı; “Müstədrək”, Hakim Nişapuri, 3-cü cild, səh. 150; “Mizanul-e’tidal”, Zəhəbi, 1-ci cild, səh. 224; “Tarixul-xüləfa”, Süyuti, səh. 573 və s.
[2] Təvatür həddinə çatmayan və ravilərinin sayı üçdən az olmayan rəvayətə deyilir. (Müt.)
[3] “Sirə” – Peyğəmbəri-əkrəmin (s) əməli rəftar və davranışlarına deyilir.
[]4 “Limaza əxtərtu məzhəbə Əhlil-beyt”, səh. 166.
[5] “Xülasətül-əbəqatil-ənvar”, 2-ci cild, səh. 126-195.

 

“SƏFİNƏ” HƏDİSİ NƏ DEMƏK İSTƏYİR?YALNIZ BİR SUAL
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma