Allahın ədaləti və insanların cəhənnəmdə əbədi qalması məsələsi

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
Gənclər üçün üsuliddin haqqinda 50 dərs
Fikirləşin və cavab verinFikirləşin və cavab verin

Bildiyimiz kimi, Quranın bir çox ayələrində Allah kafir və bir sıra günahkar insanlara Cəhənnəmdə əbədi qalacaqlarını vəd etmişdir. Məsələn, «Tövbə» surəsinin 68-ci ayəsində deyilir: Yəni, «Allah münafiq kişi və qadınlara, kafirlərə içində əbədi qalacaqları cəhənnəm odu vəd etmişdir.» Eləcə də, Allah tərəfindən mömin kişi və qadınlara Cənnətdə əbədi qalacaqları vəd edilmişdir. Məsələn, həmin surənin 72-ci ayəsində oxuyuruq: Yəni, «Allah mömin kişi və qadınlara (ağacları) altından çaylar axan cənnətlərdə əbədi qalacaqlarını vəd etmişdir.»
Burada belə bir sual yaranır; necə olur ki, bir nəfər 80, ya çox olsun, 100 il ömür sürür və bir neçə pis iş görür, lakin qiyamət günü milyon illərlə, yaxud əbədi olaraq onun cəzasını çəkməli olur?
Bu sual yalnız cəhənnəmin əbədi əzabına aiddir. Behiştdə əbədi qalmağa gəlincə isə, bu sualın mənası yoxdur. Çünki mükafat (Cənnət mükafatı) nə qədər çox olarsa, bir o qədər Allahın rəhmət və fəzlinin çoxluğunun nişanəsidir. Lakin pis əməllərin müqabilində insan əbədi əzaba düçar olması necə? Bu Allahın ədaləti ilə uyğun gəlirmi? Allahın ədaləti ilə günahların cəzasını çəkmək arasında tarazlıq olmamalıdırmı?
Cavab:
Bu sualın cavabını bilmək üçün bir neçə mətləbi nəzərə almalıyıq:
A)Axirət dünyasının əzab və cəzası bu dünyanın cəzası kimi deyildir. Məsələn, bir nəfər dünyada oğurluq edibsə, onu bir müddət zindanda saxlayıb sonra azad edirlər. Qiyamət cəzası isə əməllərin (günahların) təsir və xüsusiyyətinə əsasən verilir. Başqa sözlə desək, günahkarların axirətdə çəkəcəyi əzabların hamısı onların öz əməllərinin nəticəsidir ki, indi onları əhatə etmişdir.
Qurani- Məcid bu məsələni çox gözəl şəkildə bəyan etmişdir: Yəni, «Bu gün heç kəsə heç bir haqsızlıq edilməyəcəkdir. Siz ancaq etdiyiniz əməllərin cəzasını çəkəcəksiniz.» (Yasin, 54).
Bu həqiqəti sadə bir misalla aydınlaşdıra bilərik. Təsəvvür edin ki, bir nəfər narkotik maddələr qəbul etməyə və ya spirtli içkilər içməyə adət etmişdir. Ona deyiləndə ki, bunlar sənin ziyanınadır, qulaq asmır. Bir neçə həftə vəya bir neçə ay öz kefi ilə məşğul olduqdan sonra yavaş-yavaş mədəsi, ürəyi ağrımağa, əsəbləri pozulmağa başlayır. Sonra ömrünün axırınadək bu xəstəliklərdən əziyyət çəkir, gecə-gündüz çığır-bağır salır, ah-nalə edir. İndi deyə bilərikmi, bu şəxs bir neçə həftə və ya bir neçə ay günah işlətmişdir, bəs indi nə üçün ömrünün axırınadək onun əziyyətini çəkməli olur? Dərhal cavab verilir ki, bu onun öz əməlinin nəticəsidir. Hətta o, Nuh(ə) qədər də ömür sürsə, yenə ömrünün sonuna kimi bu əziyyəti çəkməlidir. Ona deməliyik ki, bu sənin öz əlində hazırladığın bəladır.
Qiyamət gününün əzabları da bir cəhətdən buna bənzəyir. Buna görə də, Allahın ədalətinə heç bir qüsur gətirmir.
B)Bəziləri belə güman edirlər ki, günahın cəzasının müddəti günahın müddəti qədər olmalıdır. Bu səhv və yalnış bir fikirdir. Çünki günahla cəza arasında zaman rabitəsi yoxdur. Cəza günahın xüsusiyyət və nəticəsinə görə verilir.
Məsələn, bir şəxs günahsız bir insanı qətlə yetirir və bir sıra dünyəvi qanunlara əsasən onu ömürlük ölümə məhkum edirlər. Baxıb görürük ki, cinayət az bir zamanda baş verib, lakin cani ömürlük zindana məhkum olunub. Bu işi heç kim zülm hesab etmir. Çünki bu işdə saniyə, dəqiqə, saat, ay rol oynamır. Əsas məsələ günahın xüsusiyyətidir.
V)Cəhənnəmdə həmişəlik qalıb əbədi əzab çəkmək yalnız bütün nicat qapılarını öz üzlərinə bağlamış və bilərəkdən fəsada, nifaqa doğru gedən insanlara aiddir. Günah bu insanlara o qədər təsir edib ki, onların bütün vücudunu özündə qərq etmiş, əslində onları günahın özünə gətirib çıxarmışdır.
Qurani- Kərim bunu öz gözəl ifadəsi ilə belə bəyan edir: «Bəli, günah qazanan və qazandığı günahkarlarla əhatə olunan şəxslər cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar..» (Bəqərə, 81). Bu cür insanlar Allahla əlaqəni tamamilə kəsmiş, nicat qapılarının hamısını üzlərinə bağlamışlar. Bu cür insanlar bilərəkdən öz qanadlarını sındırmış, uçmağa imkanı olmayan və həmişə yerdə qalmağa məcbur olmuş quşlara bənzəyirlər.
Bu üç mətləbi nəzərə aldıqda məlum olur ki, bir sıra münafiq, kafir insanlar üçün nəzərdə tutulmuş əbədi cəhənnəm əzabı heç də Allahın ədaləti ilə zidd deyildir. Bu, onların öz gördükləri işlərin nəticəsidir. Peyğəmbərlər onlara xəbərdarlıq etmişdilər ki, bu işlərin çox acınacaqlı nəticəsi vardır. Əgər bu insanlar cahil olmuş və peyğəmbərlərin sözü onların qulağına çatmamışdırsa, şübhəsiz ki, onlar bu cür əzaba düçar olmayacaqlar.
Xatırladaq ki, Quran ayələrindən və rəvayətlərdən belə məlum olur ki, Allahın rəhməti həddən artıq geniş olduğuna görə, günahkarların çoxu bağışlanacaqdır. Bəziləri şəfaət vasitəsi ilə, bəziləri bağışlanma və əfv vasitəsi ilə, bəziləri gördükləri kiçik yaxşı əməllərin Allah tərəfindən böyük hesab olunması vasitəsi ilə, bəziləri də bir müddət cəhənnəmdə qalıb, təmizləndikdən sonra bağışlanıb cənnətə gedəcəklər. Təkcə bir dəstə qalır ki, onlar da haqqla həddən artıq düşmənçilik etdiklərinə, zülm, fəsadda öz həddlərini aşaraq talelərini qaraltdıqlarına görə, cəhənəmdə əbədi qalmalı olacaqlar.

Fikirləşin və cavab verinFikirləşin və cavab verin
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma