76-Əhli-beyt (ə)-ın mirası

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
Bizim dini əqidəmiz
77-İki əzəmətli kitab75-Şiə məzhəbinin coğrafi əhatəsi


Şiə məktəbinin davamçıları İslam Peyğəmbər (s)-dən Əhli-beyt (ə)-ın vasitəsilə çoxlu hədislər rəvayət etmişlər. Həmçinin çoxlu sayda hədislər Əli (ə) və digər imamlardan rəvayət olunmuşdur ki, bunlar şiə fiqhinin və maarifinin əsil mənbələrindən sayılır. O cümlədən, bu dörd tanınmış kitabı (ki, “kutubi-ərbəə” adı ilə məşhurdur) nümunə olaraq qeyd edə bilərik: “Kafi”, “Mən la yəhzuruhul-fəqih”, “Təhzib” və “İstibsar”.
Bir daha təkrar etmək məqsədə uyğundur ki, söylədiyimiz məşhur kitablarda və yaxud digər mötəbər mənbələrdə mövcud olan hər bir hədis mütləq şəkildə dəyərli və etibarlı sayılmamalıdır.
Həqiqət budur ki, hər hədisin özünəməxsus “sənəd silsiləsi” vardır. Və bu hədisi rəvayət edən hər bir şəxsin barəsində “Rical kitabları”nda ayrıca olaraq bəhs edilmişdir. Əgər hədisin sənədinin silsiləsi, yəni onu rəvayət edən bütün şəxslər etibarlı sayılarsa, o hədis “səhih” dəyərli və mötəbər hesab olunacaqdır. Belə olmayan hədislər isə, zəif və şəkli olduqlarına görə kənara qoyulacaqdır. Bütün bunlar yalnız “Rical elmi”ndən agah olan böyük alim və mütəfəkkirlər (mütəxəssislər) tərəfindən əncam verilməlidir.
Deməli, buradan aydın olur ki, şiə hədis kitabları, əhli-sünnət hədis mənbələrilə əsaslı şəkildə fərqlənir. Çünki əhli-sünnətin arasında ən məşhur olan “sihah” kitablarının, xüsusilə “Səhihi-Buxari” və “səhihi-Müslim”in müəllifləri öz etiqadlarına əsasən, yəni əhli-sünnət əqidəsini məbna və əsas tutaraq doğru-düzgün saydıqları hədisləri bu kitablarda cəmləmişlər. Elə bu səbəbdən də, “Səhih” kitablarında yazılmış hər bir hədis əhli-sünnətin etiqadlarından xəbər verir.[11] Amma şiə hədisçilərinin məbna və əsası Əhli-beyt (ə)-in hədislərini cəmləmək, eyni halda bu hədislərin hansının doğru və hansının yalan olduğunu “Rical elmi”nin öhdəsinə buraxmaqdır.

77-İki əzəmətli kitab75-Şiə məzhəbinin coğrafi əhatəsi
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma