31-Şəxsi əqidəyə əsaslanaraq Qur`anı şərh etməyin xətərləri

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
Bizim dini əqidəmiz
32-Allahın kitabından nəşət tutan sünnə (rəftar-əməl-buyuruq) 30-Qur`an təfsirinin qayda-qanunları

Şəxsi əqidəyə və meylə uyğun olaraq Qur`an ayələrini şərh etmək, ən xətərli bir iş və böyük günah sayılır. Belə əməlin sahibi Allah dərgahından uzaq düşmüş olur. Hədislərin birində buyurulur: “Hər kəs mənim sözlərimi öz meylinə (və nəfsinin tələbinə) uyğun olaraq şərh edə, mənə iman gətirməmişdir! (Mənə inanmamışdır)” (Vəsail, c. 18, s. 28, hədis-22) Şübhəsiz, Allaha həqiqi inamı olan hər bir kəs Qur`anı öz istədiyi kimi yox, olduğu kimi şərh etməlidir.
Məşhur kitabların bir çoxunda (Səhihi Termizi; Nisai; Əbi Davud...) Peyğəmbər (s.ə)-dən belə bir hədis nəql olunur; “Qur`anı öz meyli ilə, istədiyi kimi şərh edən (bilmədiyi sözü onun barəsində söyləyən) kəs, cəhənnəmdə yerləşən öz yeri üçün hazırlaşsın!”[5]
Qur`anı “şəxsi meyilə şərh etmək” budur ki, insan onun ayələrini heç bir dəlil-sübut və nişanə olmadan, könlünün istəyinə uyğun olaraq, yaxud kiminsə əqidəsinə əsasən şərh edə. Belə bir insan, həqiqətdə Qur`ana tabe deyildir. Daha doğrusu, Qur`anı öz istək və xəyallarına tabe etmək istəyir. Qur`ana inanan hər bir şəxs isə bu işi etməz!
Hər kəs öz rəyinə (dəlil-sübut olmadan) əsasən Qur`anı şərh etsə, Qur`an öz etibarını itirməli olacaqdır. Çünki hər bir şəxsin şərhi, ona, yeni bir xurafat, yeni bir inhiraf əlavə edəcəkdir. Deməli, Qur`anı şəxsi rəylə, istəklə təfsir etmək, yəni lüğət elminin, ərəb ədəbiyyatı və qrammatikasının əksinə olaraq, onu puç və əsassız xəyallarla, hər hansı bir şəxsin və ya bir dəstənin mənafelərinə uyğun olaraq şərh etməkdən ibarətdir.
Şəxsi rəylə olan şərhlərdən biri də, Qur`anın bəzi ayələrini ( o ayələr ki, şəxsin özünün əqidəsinə uyğundur) seçib qəbul etmək, lakin öz əqidə və xəyallarına uyğun olmayan digər ayələri isə kənara qoymaqdır.
Əziz oxucu, nəhayət məlum oldu ki, Qur`ana məxsus olan əqli və nəqli nişanələrdən üz çevirərək, onu fəqəd zahiri mənada qəbul etmək səhv bir əməl olduğu kimi, onu şəxsi rəylə şərh etmək də, olduqca qorxulu və günah bir işdir!

32-Allahın kitabından nəşət tutan sünnə (rəftar-əməl-buyuruq) 30-Qur`an təfsirinin qayda-qanunları
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma