Cənab Ayətullah-üzma Məkarİm Şİrazİnİn həyatına ötərİ bİr baxış

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
Şəriət hökmlərinin izahı
Cənab ustadın əsərləriE’tİkaf


Bərəkətli başlanğıc
Cənab Ayətullah-üzma Məkarim Şirazi hicri-qəməri 1345-ci ildə Şiraz şəhərində dindar bir ailədə dünyaya göz açmışdır. Bu ailə öz əxlaqi üstünlükləri ilə tanınmışdır. Cənab ustad ibtidai təhsilini Şirazda başa çatdırmışdır. Onun güclü yaddaşı və misilsiz istedadı şagirdlər arasında seçilməsinə səbəb olmuşdur.
Elmə maraq
Cənab ustadın ailə üzvləri arasında ruhani olmasa da, İslam maarifinə eşqi onu bu iftixarlı sahəyə sövq etmişdir. Ustad təqribən 14 yaşında Şirazın Ağababaxan mədrəsəsində dini təhsilə başlamışdır. Qısa bir müddətdə sərf, nəhv, məntiq, məani, bəyan və bədii sahəsində zəruri biliklərə yiyələnmişdir. Daha sonra fiqh və üsulla məşğul olmuş, fövqəladə istedadı sayəsində 4 il müddətində müqəddimə, orta və ali səth dərslərini başa çatdırmışdır. Həmin illərdə Şiraz elmi hövzəsinin tələbələri də onun biliyindən faydalanmışlar. Ustad özü təhsil almaqla yanaşı bə’zən bir gündə 8 sinifdə tədrislə məşğul olmuşdur.
Cənab ustad 18 yaşında ikən Qum elmi hövzəsinə daxil olmuşdur. Həmin vaxt dövrün böyük ustadları Ayətullah-üzma Bürucerdi, başqa ayətullahların dərsindən 5 ilə yaxın bəhrələnmişdir.
Gənclik dövründə hicrət
Cənab ustad böyük müəllimlərin düşüncələri ilə tanışlıq üçün hicri-qəməri 1369-cu ildə Nəcəf elmi hövzəsinə hicrət etmişdir. Orada Ayətullah Həkim, Xoyi, Seyid Əbdül Hadi Şirazi və başqa böyük ustadların dərslərində iştirak etmişdir.
Hövzənin qədim ən’ənəsi
Cənab ustad 24 yaşında ikən Nəcəfin iki böyük aliminin hüzurunda ictihad dərəcəsinə çatmışdır.
Quma qayıdış
Böyük ustad hicri-şəmsi 1330-cu ilin şəban ayında İrana qayıtmış, müqəddəs Qum şəhərində məskunlaşmışdır.
Yeni hövzə, yeni dərs
Cənab Ayətullah-üzma Məkarim Şirazi İrana qayıtdıqdan sonra üsul və fiqh dərsləri, ali səth dərsləri ilə məşğul olmuşdur. Hövzə 55 ilə yaxındır ki, ustadın xaric dərslərindən bəhrələnir. O bir çox mühüm fiqh kitablarını tədris etmiş, onlarda düzəlişlər aparmışdır. Hazırda cənab ustadın xaric dərsi ən çox dinləyicisi olan dərslərdəndir. Bu dərslərdə 2 minə yaxın tələbə və alim iştirak edir. Cənab ustad gənclik dövründən başlayaraq müxtəlif sahələrlə bağlı, o cümlədən əqidə, İslam maarifi, vilayət, təfsir, fiqh və üsul mövzusunda kitablar yazmışdır. Cənab Ayətullah-üzma Məkarim Şirazi İslam dünyasının böyük qələm sahiblərindən sayılır.
Siyasi həyat
Cənab ustad İslam inqilabında fəal iştirak etmişdir. Bu fəaliyyətlərinə görə dəfələrlə həbsə alınmış, Çabhar, Mehabad, Hənarək şəhərlərinə sürgün edilmişdir. Ustad ilk xibrə məclisinin əsas qanununun hazırlanmasında fəal iştirak etmişdir.
Cənab ustadın dəyərli xidmətləri
Zalım rejim hiss edirdi ki, Qum elmi hövzəsi ümumi bir nəşriyyəyə ehtiyaclıdır və bu nəşriyyə çoxsaylı fitnəkar nəşriyyələrin şübhələrini cavablandıra bilər.
Cənab ustad bir sıra alimlərlə həmkarlıq edib “İslam məktəbi” adlı aylıq nəşriyyəni çap etməyə başladı. Bu nəşriyyənin yayılmasına Qum elmi hövzəsinin böyük ustadları yardım göstərirdi. “İslam məktəbi” nəşriyyəsi şiə dünyasında görünməmiş bir xidmət idi. Yayım baxımından bu nəşriyyə elmi və dini jurnallar arasında bütün İslam dünyasında birinci yerdə dayanırdı.

 

Cənab ustadın əsərləriE’tİkaf
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma