Sığorta

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
Şəriət hökmlərinin izahı
“Təlqİh” (qadının mayalandırılması)“Sərqofli”

 


Məsələ 2438:
Sığorta sığortalanan şəxs və sığorta şirkəti arasında müqavilədir. Sığortalanan şəxs şirkət və ya şəxsə ödədiyi pul müqabilində düşdüyü zərərlərin ödənməsini həmin tərəfdən tələb edə bilər. Ticarət malları, tikililər, avtomobillər, gəmilər, təyyarələr, fəhlə və qulluqçular, insanın həyatı və bu kimi digər şeylər sığortalana bilər.


Məsələ 2439: Sığorta müqaviləsində iştirak edən tərəflər büluğ həddinə çatmış və ağıllı olmalıdır. Onlar müqaviləni öz istəkləri ilə imzalamalıdır. Tərəflərdən heç biri ağılsız olmamalı, sığortada aşağıdakı şərtlər nəzərdə tutulmalıdır:
1. Sığorta ünvanı tə’yin edilməlidir. Məsələn, hər hansı nəqliyyat vasitəsi, tikili və şəxs;
2. Sığorta müqaviləsində tərəflərin tə’yini;
3. Sığortalanan şəxsin ödəməli olacağı məbləğin müəyyənləşdirilməsi;
4. Sığorta müddətinin tə’yini. Məsələn, filan gündən filan günədək və ya bir il müddətinə;
5. Hansı zərərlər müqabilində sığorta haqqının ödənməsi. Məsələn, yanğın, xəstəlik, oğurluq, ölüm və başqa bu kimi səbəblər;
6. Sığortalanan şeyin qiymətinin tə’yini. Məsələn, evin 30 milyon və ya başqa bir qiymətə sığortalanması.


Məsələ 2440: Sığorta əqdi siğəsini istənilən bir dildə oxumaq olar. Sığorta müqaviləsi yazılıb imzalana bilər.

 

“Təlqİh” (qadının mayalandırılması)“Sərqofli”
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma