And içməyin şərtləri

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
Şəriət hökmlərinin izahı
Vəqfin hökmləri və şərtləri Nəzir və əhdin şərtləri və hökmləri


Məsələ 2300: Bir şəxs aşağıdakı şərtlər ödənməklə and içərsə, andına əməl etməlidir. Əks təqdirdə kəffarə ödəməsi vacibdir.
1. And içən şəxs büluğ həddinə çatmış və ağıllı olmalıdır. Öz malı ilə bağlı and içən şəxs səfeh olmamalıdır. Şər’i hakim bir şəxsə malını sərf etməyi qadağan edərsə, həmin şəxs malı ilə bağlı and içə bilməz. And məqsədli və könüllü olmalıdır. Bu səbəbdən də uşağın, ağılsız şəxsin və məcbur edilənin andı düzgün sayılmır. Bir şəxs əsəbləşərək istəksiz və məqsədsiz and içərsə düzgün deyil.
2. Andda nəzərdə tutulan iş haram və məkruh olmamalıdır. Vacib və ya müstəhəb bir işi tərk etməklə bağlı and içmək olmaz. Mübah bir işi yerinə yetirməklə bağlı and içilərsə, bu işin tərk edilməsi yerinə yetirilməsindən üstün sayılmamalıdır. Eləcə də mübah bir işi tərk etməklə bağlı and içildikdə həmin işin yerinə yetirilməsi tərk olunmasından üstün sayılmamalıdır.
3. Allahın adlarından birinə and içmək olar. Bu ad təkcə Allaha məxsus “Allah” adı və ya başqa ünvanlara da işlənən adlardan ola bilər. Sadəcə deyiləndən mə’lum olmalıdır ki, nəzərdə Allah tutulub. Amma bir şəxs Allahı nəzərdə tutmadan and içdikdə onun Allaha and içdiyi düşünülərsə, vacib ehtiyata əsasən, həmin anda əməl etməlidir.
4. And dilə gətirilməlidir. Andı qəlbdən keçirmək bəs etmir. Yazı ilə anda ehtiyatən əməl olunmalıdır. Amma lal adam işarə ilə and içə bilər.
5. Andın düzgün olması üçün onun yerinə yetirilməsi düzgün sayılır. Bir şəxs mümkün olmayan iş üçün and içib, sonra aciz qalarsa və ya məşəqqətə düşərsə, uyğun vəziyyət yaranan andan andı pozulur.
Andın hökmləri


Məsələ 2301: Əgər ata övladına and içməyi qadağan edərsə və ya ər öz arvadının and içməsinə mane olarsa, onların ad içməsi düzgün deyil. Övlad atadan, qadın ərdən icazəsiz and içdikdə onların andı düzgün sayılmır.


Məsələ 2302: Bir şəxs bilərəkdən andını pozarsa kəffarə verməlidir. Andı pozmağın kəffarəsi 10 yoxsulu doyurmaq və ya onlara libas verməkdir. Kəffarə olaraq bir qul da azad etmək olar. Bu kəffarələri yerinə yetirməyə qadir olmasa 3 gün oruc tutmalıdır.


Məsələ 2303: Bir şəxs unutqanlıqdan, çarəsizlikdən və ya məcburi olaraq andına əməl etməsə, kəffarəsi yoxdur. Vasvası adamın andı, məsələn “and olsun Allaha, indi namaza başlayıram” deməsi və vasvasılıq səbəbindən ixtiyarsız olaraq andını yerinə yetirməməsinin kəffarəsi yoxdur.


Məsələ 2304: Bir şəxs müəyyən mövzunun isbatı üçün and içərsə, dediyi söz düzgün olduqda and içməsi məkruhdur. Əgər yalan desə, andı haramdır və kəbirə günah sayılır. Amma müsəlman bir şəxs zalımın şərindən qurtulmaq üçün and içə bilər. Hətta belə bir and vacibdir. Belə bir and öncəki andlardan fərqlənir.

Vəqfin hökmləri və şərtləri Nəzir və əhdin şərtləri və hökmləri
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma