Balıq ovu

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
Şəriət hökmlərinin izahı
Halal və haram ətli heyvanlar Ov itləri ilə şikar etməyin hökmləri


Məsələ 2247: Halal balıq, pulunun az və yaxud çox, böyük və yaxud kiçik olmasından asılı olmayaraq, pullu balıqdır. Hətta pulu zəif olan, torda tutulan zaman tökülən balıqlar da halaldır. Əgər mikroskop və bu kimi s. cihazlarla göürünsə, lakin camaat ona pul deməsə faydasızdır.


Məsələ 2248: Əgər balığı suda diri tutduqdan sonra sudan xaricdə ölsə pak və halaldır. Hətta suda olan torda belə ölsə, halaldır.


Məsələ 2249: Əgər balıq sudan kənara düşsə, yaxud dalğalar onu kənara atsa, yaxud da su çəkilsə və balıq quruda qalıb ölsə, haramdır. Lakin ölməmişdən qabaq bir kəs onu əl ilə, yaxud başqa vasitələrlə tutduqdan sonra ölsə halaldır.


Məsələ 2250:
Balığı tutan şəxsin müsəlman olması, onu götürən vaxt Allahın adını deməsi lazım deyil. Lakin, onu sudan diri tutması və yaxud tora düşdükdən sonra ölməsi mə’lum olmalıdır.


Məsələ 2251: Əgər balıq müsəlman bazarından və yaxud müsəlman şəxsdən alınsa, hətta onu sudan diri tutmaları mə’lum olmasa belə, halaldır və axtarış aparmaq da lazım deyil. Lakin kafirdən alınsa və balığın diri tutulub-tutulmaması, tora diri düşüb-düşməməsi mə’lum olmasa haramdır.


Məsələ 2252: Diri kiçik balıqları yeməyin iradı var. Əgər zəruri halda dərman kimi istifadə edilsə də iradı var.


Məsələ 2253: Əgər diri balığı kabab etsələr, yaxud sudan kənarda, can verməmişdən qabaq öldürsələr, yeyilməsinin eybi yoxdur.


Məsələ 2254: Əgər balığı sudan xaricdə iki yerə bölsələr, bir hissəsi diri halda suya düşüb ölsə, sudan kənarda qalan hissəni yeməyin iradı var.


Məsələ 2255: Krevet (meyqu) suda yaşayan halal heyvanlardandır. Amma quruda yaşayan, lakin balıq adı qoyulan səmənqur balığı haramdır. Əgər zəruri halda dərman kimi istifadə edilsə, istisnadır.

 
 
 
 

Halal və haram ətli heyvanlar Ov itləri ilə şikar etməyin hökmləri
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma