Ov itləri ilə şikar etməyin hökmləri

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
Şəriət hökmlərinin izahı
Balıq ovuOv itləri ilə şikar etməyin şərtləri


Məsələ 2242: İti göndərən şəxs heyvanın başını kəsə biləcək bir vaxtda çatsa, lakin bıçağı olmasa və yaxud bıçağı tapmağa müəyyən vaxt lazım olsa, əgər heyvan ölsə vacib ehtiyata əsasən, ətindən çəkinmək lazımdır.


Məsələ 2243: Əgər bir neçə iti ov dalınca göndərsələr, onların hamısı yuxarıda deyilən şərtlərə malik olsa, şikar halaldır. Əgər onlardan bə’ziləri bu şərtlərə malik olmasa, şikar haramdır.


Məsələ 2244:
Əgər əhilləşdirilmiş iti bir heyvanın dalınca göndərsələr, lakin o başqa heyvanı şikar etsə, eybi yoxdur; həmçinin, o heyvanı başqa bir heyvanla birgə şikar etsə, hər ikisi halaldır.


Məsələ 2245: Əgər bir neçə nəfər bir iti göndərsələr və onlardan biri kafir olsa və yaxud adətən Allahın adını çəkmirsə və yaxud bir neçə iti göndərsələr və onların biri əhilləşdirilməmiş olsa, vacib ehtiyata əsasən, o şikarın ətindən pəhriz etmək lazımdır.


Məsələ 2246: Əgər ov itindən başqa şahin və ov quşu bir heyvanı şikar etsə, o şikar halal deyil. Amma əgər heyvanın diri olduğu vaxt çatıb, şəriət qaydalarına əsasən başını kəssələr, halaldır.

Balıq ovuOv itləri ilə şikar etməyin şərtləri
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma