Baxmağın hökmləri

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
Şəriət hökmlərinin izahı
Evlənmənin müxtəlif məsələləri Müvəqqəti evlənmənin hökmləri


Məsələ 2080: Ləzzət qəsdi ilə baxıb-baxmamasından asılı olmayaraq, kişinin naməhrəm qadının bədəninə baxması haramdır. Qadının da naməhrəm kişinin bədəninə baxması bu hökmlə eynidir. Lakin ləzzət qəsdi, fəsad və günaha səbəb olmadan qadının üzünə, biləyinə baxmağın eybi yoxdur. Naməhrəm kişinin bədəninin adətən örtmədiyi yerlərinə, məsələn, baş, boyun, ayaq və əlin bir hissəsinə baxmaq da yuxarıdakı hökmlə eynidir.


Məsələ 2081: Həddi- büluğa çatmayan qıza baxmaq ləzzət qəsdi ilə olmasa və baxmaq vasitəsi ilə günaha düşmək qorxusu olmasa, caizdir. Lakin vacib ehtiyata əsasən, adətən örtdüyü yerlərə, məsələn, baldır, qarın və bu kimi yerlərə baxılmasın.


Məsələ 2082: Qadının bədənini, saçını naməhrəmdən örtməsi vacibdir və müstəhəb ehtiyata əsasən, yaxşı- pisi seçən, şəhvəti oyanan həddi-büluğa çatmayan oğlanın yanında da (bədən və saçını) örtməlidir. Lakin üzün, əlin biləyə qədər örtülməsi vacib deyil.


Məsələ 2083: Başqasının cinsi orqanına güzgü, saf su və s.- vasitəsi ilə baxmasından, məhrəm, naməhrəm, kişi və yaxud qadın olmasından asılı olmayaraq, baxmaq haramdır və vacib ehtiyata əsasən, yaxşını pisdən seçə bilən uşağın cinsi orqanına da baxmamalıdırlar. Lakin ərlə arvad bir-birlərinin bütün bədənlərinə baxa bilərlər.


Məsələ 2084: Bir-birləri ilə məhrəm olan kişi və qadın (bacı- qardaş kimi) məhrəmlər arasında adət olan qədər bir-birlərinin bədəninə baxa bilərlər; bundan qeyri halda, ehtiyata əsasən, baxmamalıdırlar.


Məsələ 2085: Kişi ləzzət qəsdi ilə başqa kişinin bədəninə baxa bilməz və qadının da ləzzət qəsdi ilə başqa qadının bədəninə baxması haramdır.


Məsələ 2086: Kişinin naməhrəm qadının şəklini çəkməsi haram deyil. Əgər çarəsizlikdən qadının üz və əlindən başqa bədəninə baxmalı olsa, istisnadır.


Məsələ 2087: Qadın dini hicabını qoruduğu halda onun hicabsız şəklinə baxmağın iradı var. Əgər onu tanımasa və baxmaq nəticəsində bir fəsad üzə çıxmasa, istisnadır.


Məsələ 2088: Əgər həkim və yaxud tibb bacısı çarəsizlikdən xəstənin cinsi orqanına əl vurmalı olsa, əlinə əlcək və s. geyinməlidir. Həmçinin kişi həkim və tibb köməkçisi çarəsizlikdən qadının və yaxud qadın həkim və tibb bacısı kişinin bədəninə əl vurmalı olsa, (əlinə əlcək və s. geyinməlidir). Lakin, çarəsizlikdən və zəruri halda eybi yoxdur.


Məsələ 2089: Zəruri halda kişi həkimin naməhrəm qadına müayinə və müalicə üçün baxması caizdir.


Məsələ 2090: Vacib hicab məsələsində qadın bədəninin üz və əlinin biləyə qədər hissəsindən başqa yerini hər vasitə ilə örtə bilər, xüsusi paltar şərt sayılmır. Lakin dar, bədənə yapışan və habelə bəzək paltarlarını geyinməyin eybi var.


Məsələ 2091: Kişinin evlənmək istədiyi qadının bədəninə yaxşı- pis xüsusiyyətlərini öyrənmək məqsədi ilə baxması caizdir. Əgər bir dəfə baxmaqla məqsədi hasil olmasa, bir neçə dəfə, müxtəlif məclislərdə (onun bədəninə) baxa bilər.


Məsələ 2092: Ləzzət qəsdi və günaha düşməyə səbəb olmadığı halda naməhrəm qadının səsini eşitməyin eybi yoxdur. Lakin, qadın səsinin tonunu təhrik edici etməməlidir.


Məsələ 2093: Məhkəmədə şahid durmaq və bu qəbildən olan digər mühüm işlərlə əlaqədar naməhrəm qadını tanımaqdan ötrü ona baxmaq caizdir.

 

Evlənmənin müxtəlif məsələləri Müvəqqəti evlənmənin hökmləri
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma