Şirkətin hökmləri

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
Şəriət hökmlərinin izahı
SÜLHŞİRKƏT (ŞƏRİK OLMAQ)


Məsələ 1826: Əgər bir neçə nəfər aldıqları muzdda bir-birləri ilə şərik olduqlarına müqavilə bağlasalar, məsələn, bir neçə dəllal əldə etdikləri bütün mənfəətləri birgə böləcəklərinə razılaşsalar, onların ortaqlığı düzgün deyil.


Məsələ 1827:
Əgər iki nəfər , hərənin öz e’tibarı ilə müəyyən bir mal alıb, onun qiymətinə özü borclu olmasını, lakin, malda və onun istifadəsində bir-biri ilə şərik olmalarını şərt etsələr, düzgün deyil. Amma onlardan birinin başqasını, malı onun üçün müştərək şəkildə almağa vəkil etməsinin maneəsi yoxdur, bu halda şirkətləri düzgündür.


Məsələ 1828: Şirkət müqaviləsi bağlamaq istəyən şəxslər həddi-büluğa çatmış və aqil olmalı, məqsədli və öz ixtiyarı ilə addım atmalıdırlar. Habelə, öz malında istifadə etmək hüququndan (öz malından istifadə etməyi bacarmayan, onu hədər yerə tələf edən ruhi xəstələr kimi) məhrum olmamalıdırlar.


Məsələ 1829:
Şirkət müqaviləsində, işləyən adamın çox qazanc götürməsini şərt etməyinin maneəsi yoxdur. Yaxud əksinə, işləməyən və yaxud az işləyən şəxsin çox qazanc götürməsini də şərt etmək (güzəşt və ayrı səbəblərə görə) olar. Amma, əgər bütün mənfəətləri bir nəfər götürsün, deyə şərt etsələr, düzgün deyil. Lakin, əgər bütün zərəri və yaxud onun əksər hissəsini bir nəfər ödəsin, deyə şərt etsələr, düzgündür.


Məsələ 1830:
Şəriklərin hər biri öz sərmayələrinə uyğun mənfəət aparır və yaxud zərər çəkirlər. (Lakin,) şirkət müqaviləsində xüsusi bir şərt qeyd etsələr, istisnadır. Bu baxımdan, sərmayəsi şərikinin sərmayəsindən iki dəfə çox olan şəxsin mənfəət və zərər payı da şərikinə nisbətdə iki bərabər olacaq. Amma, paylarının bərabər olmalarını şərt etmələrinin maneəsi yoxdur.


Məsələ 1831: Şirkət müqaviləsində hər ikisi birgə alqı-satqı edə bilmələrini, yaxud hər biri fərdi olaraq və yaxud da yalnız onlardan birinin müamilə etməsini şərt edə bilərlər. Hər halda, müqaviləyə əsasən əməl etməlidirlər. Əgər bunu müəyyən etməsələr, heç biri digərinin icazəsi olmadan o sərmayə ilə müamilə edə bilməz.


Məsələ 1832: Müamilə etmək üçün şirkət sərmayəsi ixtiyarında qoyulmuş şəxs eyni ilə müqavilə və qeyd edilən şərtlərə əsasən əməl etməlidir. Məsələn, əgər onunla nisyə verməməyi, filan müəssisə və yaxud şirkətlə alver etməməyi və yaxud nisyə verdikdə vəsiqə almağı şərt etsələr, həmin müqaviləyə əməl etməlidir. Əgər ona bu haqda şərt qoymayıblarsa, öz müamilələrini ümumi adətə uyğun olaraq yerinə yetirməlidir.


Məsələ 1833: Şirkət sərmayəsi ilə müamilə edən şəxs, onunla bağladıqları müqavilənin əksinə alqı-satqı etsə və müəyyən bir xəsarət ortaya çıxsa, zamindir. Həmçinin, onunla hər hansı bir müqavilə bağlamasalar və o, ümumi adətin əksinə əməl etsə, zamindir.


Məsələ 1834: Şirkət sərmayəsi ilə müamilə edən şəxs onun qorumasında səhlənkarlıq edib, ifrata varmayıbsa, hansısa hadisə zamanı sərmayənin hamısı və yaxud bir hissəsi tələf olsa, zamin deyil.


Məsələ 1835: Şirkət sərmayəsi ilə müamilə edən şəxs sərmayənin səhlənkarlıq və israfçılıq etmədən tələf olduğunu iddia etsə və qarşı tərəf isə onun xəyanət etdiyini iddia edib, dediyinə dəlil gətirməsə, əgər müamilə edən şəxs şəriət hakiminin yanında and içsə, onun sözü qəbul edilməlidir.


Məsələ 1836: Müamilələrdə şirkət lazımdır. Yəni, qarşı tərəflərdən heç biri birtərəfli olaraq müamiləni poza bilməz və habelə, şirkət müddəti bitməzdən öncə sərmayəni bölməyi xahiş etmək hüququna malik deyil. Əgər müqavilədə onun üçün belə bir hüquq nəzərdə tutulubsa, istisnadır.


Məsələ 1837: Əgər şəriklərdən biri ölsə və yaxud dəli və ya səfeh olsa, digər şəriklər şirkət malında təsərrüf edə bilməzlər. Lakin, müvəqqəti huşsuzluğun təsiri yoxdur.


Məsələ 1838: Əgər şərik nisyə olaraq bir şeyi özü üçün alsa, zərər və mənfəəti öünə aiddir. Əgər müqaviləyə uyğun, şirkət məqsədi ilə alsa, hər ikisinin malıdır.


Məsələ 1839: Əgər şirkətin sərmayəsi ilə müamilə etsələr, sonra şirkətin batil olması məlum olsa, bütün şəriklər o müamiləyə icazə verdikləri halda düzgündür və onun gəliri hamınındır. Bu arada şirkət üçün bir iş görən şəxslər öz zəhmətlərinin haqqını təbii halda ala bilərlər.

SÜLHŞİRKƏT (ŞƏRİK OLMAQ)
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma