Camaat namazı

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
Şəriət hökmlərinin izahı
Camaat namazının şərtləri “İsticari” namaz

 


Məsələ 1226: Camaat namazı böyük əhəmiyyət daşıyan müstəhəb əməllərdən, ən böyük dini göstəricilərdəndir. Rəvayatlərdə bu məsələyə xüsusi əhəmiyyət verilmişdir. Xüsusi ilə, məscidin qonşuları və məscidin azan səsini eşidən şəxsə tə’kidlə tövsiyə olunur. Yaxşı olar ki, insan bacardığı həddə namazını camaatla qılsın. Rəvayatdə bildirilir ki, bir şəxs İmam-camaata iqtida etsə, onun namazının hər rəkətinə 150 namazın savabı verilər. Əgər iqtida edən iki nəfər olsa bu savab 600 namazın savabına çatar. Namaz qılanların sayı artdıqca namazın da savabı artır. Əgər iqtida edənlərin sayı on nəfərə çatarsa, bu namazın savabını bütün göy kağız, dənizlər mürəkkəb, ağaclar qələm olsa, mələklər, insanlar və cinlər yazsa, onu yazıb başa vura bilməzlər.


Məsələ 1227: E’tinasızlıq səbəbindən camaat namazında iştirak etməmək haramdır.


Məsələ 1228: Müstəhəbdir ki, insan səbr edib, namazını camaatla qılsın. Camaatla qılınan namaz insanın fərdi qıldığı namazdan üstündür. Camaatın qısa qıldığı namaz fərdin uzun qıldığı namazdan fəzilətlidir.


Məsələ 1229: Namaz üçün cəmiyyət toplandıqda namazını fərdi qılmış şəxsin yenidən cəmiyyətlə qılması müstəhəbdir. Əgər sonradan birinci namazının batil olduğunu bilsə, ikinci namaz bəs edər.


Məsələ 1230: İmam-camaat namazını bir cəmiyyətlə qıldıqdan sonra ikinci cəmiyyətlə də qıla bilər. Amma iki dəfədən artıq qılmasına irad var. Beləcə, bir imam-camaat iki məsciddə cəmiyyət namazı qıla bilər.


Məsələ 1231: İnsanın namazdakı vasvasılığı onun namazı üçün nöqsandır. Bir şəxs namazı camaatla qılacağı təqdirdə vasvasılıqdan uzaq olacağını bilərsə, namazını camaatla qılmalıdır.


Məsələ 1232: “İstisqa”, yə’ni yağış namazı, imamın qeybi dövründə müstəhəb olan Fitr və Qurban bayramı namazlarından savayı heç bir müstəhəb namazı camaatla qılmaq olmaz.


Məsələ 1233: Yövmiyyə namazlarının istənilən birində imama iqtida etmək olar. Məsələn, imam günorta namazı qılırsa, ikindi namazını ona iqtida etmək olar. Amma imam ehtiyat üçün namazını təzələyərsə ona iqtida etmək olmaz. Amma hər ikisi ehtiyat üçün qılsa eybi yoxdur.


Məsələ 1234: Əgər imam-camaat qəza namazı qılıbsa, ona iqtida etmək olar. Amma namazını ehtiyat üçün qəza edirsə, ona iqtida etməyə irad var.


Məsələ 1235: İmamın nafilə və ya vacib namaz qıldığını bilmədən ona iqtida etmək olmaz.

Camaat namazının şərtləri “İsticari” namaz
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma