Birinci şərt: Yerin halal olması;

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
Şəriət hökmlərinin izahı
İkinci şərt: HərəkətsizlikNamaz qılanın yeri


Vacib ehtiyat budur ki, namaz qılanın namaz qıldığı yer halal olsun. Demək, qəsbi yerdə və ya qəsbi xalça üzərində namaz qılmaq iradlıdır. Başqasının ixtiyarında olan icarəyə götürülmüş yer də belədir. Həmin yerdə icarəçinin icazəsi olmadan namaz qılmaq iradlıdır. Başqasına aid mülk də bu qəbildəndir. Məsələn, bir şəxs vəsiyyət etsə ki, onun malının üçdə biri müəyyən istiqamətdə xərclənsin, o dünyasını dəyişdikdən sonra üçdə bir ayrılanadək həmin yerdə namaz qılmaq olmaz.


Məsələ 793: Bir şəxs məsciddə daim müəyyən yerdə namaz qılırsa, başqası onun yerini qəsb etsə vacib ehtiyata əsasən, qıldıqları namazları təzələməlidir.


Məsələ 794:
Bir şəxs bir yerdə namaz qıldıqdan sonra həmin yerin qəsbi olduğunu bilsə, namazı düzgündür. Bir yerin qəsbi olduğunu bilib sonradan bunu unudan şəxsin də orada qıldığı namaz düzgündür. Amma namaz qılan şəxs özü qəsb etmiş olsa, orada namaz qılması iradlıdır.


Məsələ 795: Əgər bir şəxs bir yerin qəsbi olduğunu bilərsə, amma qəsbi yerdə namaz qılmaqla bağlı məsələdən xəbərsiz olarsa, orada qıldığı namazı vacib ehtiyata əsasən, təzələməlidir.


Məsələ 796: Vacib namazı süvari halda qılmağa məcbur olar şəxs miniyi, yəhəri, üzəngisi qəsbi olsa və suvari halda namaz qılmağa məcbur olmasa, həmin halda qıldığı namaz iradlıdır. Bu hökm müstəhəb namaza da aiddir.


Məsələ 797: Bir şəxs başqası ilə şərikli mülkə malik olarsa, nə qədər ki, payı ayrılmayıb, şərikindən icazəsiz orada namaz qıla bilməz.


Məsələ 798: Xüms və zəkatı verilməmiş pulla mülk alsa, həmin mülkdən istifadəsi haramdır və orada qıldığı namazlar iradlıdır. Mülkün haqqını ödəməyi boynuna götürdüyü halda, həmin məbləği xümsü və zəkatı verilməmiş pulla ödəmək istəsə, vacib ehtiyata əsasən, bu işdən çəkinməlidir.


Məsələ 799: Əgər müəyyən dəlillər əsasında mülk sahibinin razılığı mə’lum olsa, orada namaz qılmaq olar. Bu halda mülk sahibinin dillə razılığı olmaya da bilər. Amma dillə razılıq vermiş sahibin qəlbən razı olmadığı bilinərsə, orada namaz qılmaq olmaz.


Məsələ 800:
Xüms və ya zəkat borcu olan ölünün mülkündən istifadə etmək orada namaz qılmaq haramdır. Yalnız onun borcunu verdikdən sonra mülkündən istifadə etmək olar.


Məsələ 801: Xalqa borclu olan meyyitin mülkündə vərəsənin icazəsi ilə namaz qılmaq olar. Bir şərtlə ki, bu istifadə borcluların haqqına mane olmasın.


Məsələ 802: Meyyitin vərəsələrindən bə’ziləri sağır, divanə və ya itkin olarsa, onların mülkündən istifadə və orada namaz qılmaq haramdır. Amma meyyiti götürmək üçün cüz’i istifadənin eybi yoxdur.


Məsələ 803: Mehmanxana və hamam kimi yerlərdə oranın müsafirləri və müştəriləri namaz qıla bilər. Amma xüsusi mülklərdə sahibin icazəsi olmadan namaz qılmaq olmaz. Sahib istifadə icazəsi verdiyi zaman namaz qılınması ilə də razılaşdığı mə’lum olur. Necə ki, bir şəxsi qonaq çağıran şəxs ona namaz qılmaq icazəsi də verəsidir.


Məsələ 804: Hasara alınmamış böyük əkin yerlərində əkin olmadığı vaxt namaz qılmaq, əyləşmək, yatmaq və oradan cüzi istifadə etməyin eybi yoxdur. Həmin yerin yaşayış məntəqəsinə yaxın və ya uzaq olmasının fərqi yoxdur. Onun sahibləri yaşlı və ya az yaşlı şəxslər ola bilər. Amma əkin sahəsinin sahibi aydın şəkildə bildirsə ki, razı deyil və ya onun qəlbən razı olmadığını bilsək, həmin yerdən istifadə etmək haramdır, namaz qılınmasına irad var.

 

İkinci şərt: HərəkətsizlikNamaz qılanın yeri
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma