Dəfnin hökmləri

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
Şəriət hökmlərinin izahı
Dəfndə müstəhəb əməllərMeyyit namazının müstəhəb keyfiyyətləri


Məsələ 574: Meyyit elə dəfn olunmalıdır ki, qoxusu bayıra çıxmasın, vəhşi heyvanlar ona toxuna bilməsinlər. Əgər vəhşi heyvanın cəsədə toxunacağı ehtimal edilsə, qəbri kərpic və bu kimi şeylərlə hörmək lazımdır.


Məsələ 575: Meyyiti torpaqda dəfn etmək mümkün olmasa, vacibdir ki, dəfn əvəzinə bina və ya tabuta qoyulsun, ətrafı möhkəmləndirilsin.


Məsələ 576: Dəfn zamanı meyyiti qəbrə sağ çiyni üzərində qoymaq lazımdır. Onun üzü qibləyə olmalıdır.


Məsələ 577: Bir şəxs gəmidə ölsə, çürümə qorxusu olmasa və gəmidə saxlanması mümkün olsa, quruya çatınca gözləmək lazımdır. Onu gəmidə saxlamaq mümkün olmadıqda qüsül, hənut və kəfənləmədən sonra namaz qılınır, dəniz heyvanlarının toxuna bilməyəcəyi bir şeydə dənizə atılır. Bu da mümkün olmasa, onun ayağına ağır bir şey bağlanır və dənizə atılır. Meyyit elə bir yerə atılmalıdır ki, atılan kimi heyvanlara yem olmasın.


Məsələ 578: Əgər düşmənin qəbri açacağından, cəsədi çıxaracağından və ya ona bir zərər yetirəcəyindən qorxsalar, mümkün olduqda yuxarıda deyən şəkildə meyyit dənizə atılmalıdır

.
Məsələ 579: Lazım gəldikdə qəbir xərclərini, eləcə də meyyiti dənizə atmağın xərclərini meyyitin malından ödəmək olar.


Məsələ 580: Kafir qadın dünyasını dəyişsə və bətnində körpəsi ölsə, həmin körpənin atası müsəlman olduqda qadın qəbrə sol tərəfi üstündə arxası qibləyə qoyulur ki, uşaq üzü qibləyə qalsın. Hətta uşağın bədəninə ruh daxil olmazdan öncə vacib ehtiyata əsasən, bu göstərişə əməl olunmalıdır.

 
Məsələ 581: Müsəlmanı qeyri-müsəlman qəbristanlığında, kafiri müsəlman qəbristanlığında dəfn etmək olmaz. Vacib ehtiyata əsasən, müsəlmanı ona ehtiramsızlıq sayılacaq yerdə də dəfn etmək haramdır. (Məsələn, küllük, zibillik)


Məsələ 582: Meyyit qəsb olunmuş yerdə dəfn edilməməlidir. Meyyiti dəfn üçün vəqf edilməmiş yerdə dəfn etmək olmaz. (Məsələn, məscid, mədrəsə). Amma öncədən vəqfdə dəfn üçün yer nəzərdə tutulsa eybi yoxdur.


Məsələ 583: Meyyiti o zaman başqa meyyitin qəbrində dəfn etmək olar ki, əvvəlki ölünün cəsədi görünməsin. Yeri halal və ümumi vəqf olduqda bunun eybi yoxdur.


Məsələ 584: Vacib ehtiyata əsasən, meyyitdən ayrılan tük, dırnaq və diş kimi şeylər onunla birlikdə dəfn olunmalıdır. Amma bundan ötrü qəbir açılmamalıdır. Amma həyatda olduğu vaxt insanın bədənindən ayrılan dırnaq və dişləri onunla dəfn etmək vacib deyil. Amma bu iş görülsə daha yaxşıdır.


Məsələ 585: Bir şəxs quyuda ölsə və onu oradan çıxarmaq mümkün olmasa, quyunun ağzını bağlamaq və quyunu həmin şəxsə qəbir qərar vermək lazımdır. Quyu başqa birinə məxsus olduqda, onu bir yolla razı salmaq lazımdır.


Məsələ 586: Körpə ananın bətnində ölsə və onun bətində qalması ana üçün zərərli olsa, onu ən asan yolla çıxarmaq lazımdır. Körpəni doğramaq lazım gəlsə belə bu iş görülməlidir. Bu işi ilk növbədə ixtisası olan ər görməlidir. Ər bacarmasa, bu iş ixtisaslı qadına tapşırılmalıdır. Bu da mümkün olmasa, həmin işi bacaran məhrəm kişi körpəni çıxarmalıdır. Başqa yol qalmadıqda həmin işi mütəxəssis naməhrəm kişi görə bilər.


Məsələ 587: Ana ölsə və bətnindəki körpə sağ qalsa, həmin körpəni dərhal çıxarmaq lazımdır. Körpə yuxarıda qeyd olunan qaydada çıxarılmalıdır. Körpəni hansı tərəfdən sağlam çıxarmaq mümkünsə həmin tərəfdən də çıxarılmalıdır. Ölmüş ananın yarılmış bədəni yenidən tikilir. Bu iş peşəkar bir adamın nəzarəti altında görülür. Peşəkar olmadıqda meyyitin sol tərəfi yarılır və körpə dərhal çıxarılır.

Dəfndə müstəhəb əməllərMeyyit namazının müstəhəb keyfiyyətləri
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma