Meyyit namazının qaydası

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
Şəriət hökmlərinin izahı
Meyyit namazının müstəhəb keyfiyyətləriMeyyit namazı


Məsələ 570: Meyyit namazının beş təkbiri var və əgər namaz qılan şəxs aşağıdakı qaydada beş təkbir deyərsə bəs edər. Niyyət və təkbirdən sonra deyilir:
اَشهَدُ اَن لاَاِلَهَ اِلاَّالله وَاَنَّ مُحَمَّداً رَسُولُ اللهِ
“Əşhədu ənla ilahə illəllahu və ənnə Muhəmmədən rəsulullah.”
İkinci təkbirdən sonra deyilir:
أَلّلهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَاَلِ مُحَمَّدٍ
“Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd.”
Üçüncü təkbirdən sonra deyilir:
أَلّلهُمَّ اغفِرللمؤمِنِینَ وَالمؤمِنَاتِ
“Əllahum-məğfirlil mu’mininə vəl-mu’minat”.
Dördüncü təkbirdən sonra meyyit kişidirsə:
أَلّلهُمَّ اغفِر لِهَذَا المَیِّتِ
“Allahumməğfir lihazəl-məyyit” meyyit qadındırsa:
أَلّلهُمَّ اغفِر لِهَذهِ المَیِّتِ
“Allahumməğfir lihazihil-məyyit” deyilir.
Sonra beşinci təkbir söylənilir. Yaxşı olar ki, birinci təkbirdən sonra belə deyilsin:
أَشهَدُ اَن لاَاِلهَ إِلاَاللهُ وَحدَهُ لاَشَرِیکَ لَهُ وَاَشهَدُ اَنً مُحَمَّدًا عَبدُهُ وَرَسُولُهُ اَرسَلهُ بِالحَقِ بَشِیرًا وَنَذِیرًا بَینَ یَدَىِ السَاعِةِ
“Əşhədu ənla ilahə illəllahu vəhdəhu la şərikə ləhu və əşhədu ənnə Muhəmmədən əbduhu və rəsuluhu ərsələhu bil həqqi bəşirən bi nəzirən bəynə yədəyh saə”.
İkinci təkbirdən sonra deyilsin:
أَلّلهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ وَبَارِک عَلَى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ وَارحَم مُحَمَّدًا وَآلَ مُحَمَّداً کََاَفضَلِ مَاصَلَّیتَ وَبَارَکتَ وَتَرَحَّمتَ عَلَى اِبراهِیمَ وَآلِ اِبراهِیمَ اِنَّکَ حَمِیدً مَجِیدً وَصَلَّ عَلَى جَمٍیعِ الاَنبِیَاءِ وَ المُرسَلِینَ و الشهداء و الصدیقین و جمیع عباد الله الصالحین
“Allahummə səlli əla Muhəmmədin və ali Muhəmməd və barik əla Muhəmmədin və ali Muhəmməd və vərhəm Muhəmmədən və ali Muhəmməd kəəfzəli ma səlləytə və barəktə və tərhəmtə əla İbrahimə və ali İbrahimə innəkə həmidun məcid və səlli əla cəmiil ənbiyai vəl mursəlin vəşuhədai və siddiqin və cəmii ibadillahi salihin.”
Üçüncü təkbirdən sonra deyilsin:
أَلّلهُمَّ اغفِر لِلمؤمِنِینَ وَالمُؤمِنَاتِ وَالمُسلِمِینَ وَالمُسلِمَاتِ الاَحیَاءِ مِنْهُم وَالاَمواَتِ تَابِع بَینَنَا وَبَینَهُم بِاالخَیرَاتِ اِنَّکَ مجیب الدعوات اِنَّکَ عَلَى کُلَّ شَىءٍ قَدِیرً
“Allahumməğfirlil-mumininə vəl muminat vəl musliminə vəl muslimat əl əhyai minhum vəl əmvat tabi bəynəna və bəynəhum bilxəyrat innəkə mucibud-dəəvat innəkə əla kulli şəyin qədir.”
Dördüncü təkbirdən sonra meyyit kişidirsə belə deyilir:
أَلّلهُمَّ اِنَّ هَذا عَبدُکَ وَابنُ عَبدِکَ وَابنُ اَمَتِکَ نَزَلَ بِکَ وَاَنتَ خَیرُ مَنزُوُلِ بِهِ أَلّلهُمَّ اِتًا لاَنَعلَمُ مِنهُ اِلاَ خَیرَا وَاَنتَ اَعلَمُ بِهِ مَنًا أَلّلهُمَّ اِن کَانَ مُحسِنًا فَزِد فِى اِحسَانِهِ وَ اِن کَانَ مُسِیئًا فَتَجَاوَز عَنهُ وَاَغفِرلَهُ أَلّلهُمَّ اجعَلهُ عِندَکَ فِى اَعلَى عِلًیِّیِنَ وَاخُلُف عَلَى اَهلِهِ فِى الغَابِرِینَ وَارحَمهُ بِرَحمَتِکَ یَااَرحَمَ الرَّاحِمینَ
“Allahummə innə haza əbdukə vəbnu əbdikə vəbnu əmətikə nəzələ bikə və əntə xəyru mənzuri bihi allahummə inna la nəələmu minhu illa xəyrən və əntə əələmu bihi minnə Allahummə in kanə muhsinən fəzid fi ihsanihi və in kanə musiən fətəcavəh ənhu vəğfir və hu Allahumməcəlhu indəkə fi əla illiyyinə vəxluf əla əhdihi fil-ğabirinə vərhəmhu birəhmətikə ya ərhəmər-rahimin.”
Əgər meyyit qadındırsa dördüncü təkbirdən sonra belə deyilir:
أَلّلهُمَّ اِنَّ هَذِهِ اَمَتُکَ وَاَبنَتُ عَبدِکَ وَابنَتُ اَمَتِکَ نَزَلَت بِکَ وَاَنتَ خَیرُ مَنزُولِ بِهِ أَلّلهُمَّ اِنَّا لاَنَعلَمُ مِنهَا الاَّ خَیرَا وَانتَ اَعلَمُ بِهَا مِنًا أَلّلهُمَّ اِن کَانَت مُحسِنَةً فَزِد فِى اِحسَانِهَا وَاِن کَانَت مُسِیتُةً فَتَجَاوَز عَنهَا وَاغفِرلَهَا أَلّلهُمَّ اجعَلهَا عِندَکَ فِى اعلىَ عَلِّییِّن وَاخلُف عَلَى اَهلِهَا فِى الغابِرِنَ وَارحَمهَا بِرَحمَتِکَ یَا اَرحَمَ لرَّاحِمِنَ

“Allahummə innə hazihi əmətukə vəbnətu əbdikə vəbnətu əmətikə nəzələt-bikə və əntə xəyru mənzulin bihi. əllahummə inna la nəələmu minha illa xəyrən və əntə ələmu biha minna allahummə in kanət muhsinətən fəzid fi ihsaniha və in kanət musiətən fətəcavəz ənha vəxfir ləha Allahumməcəlha indəkə fi əla illiyyinə vəxluf əla əhliha fil-ğabilinə vərhəmha birəhmətikə ya ərhəmər rahimin.”
Sonra beşinci təkbir söylənilir.
Bu ardıcıllıqla əvəzliklər kişi cinsinə aid edilər. Namaz bir qadın bir neçə qadın meyyiti üçün qılındıqda əvəzliklər və adlar qadın cinsi üçün nəzərdə tutulur. Əgər həm kişi, həm də qadın meyyiti üçün qılınırsa, hər ikisi (ikilik) nəzərdə saxlanılır

.
Məsələ 571: Təkbirləri və duanı elə ardıcıl oxumaq lazımdır ki, namazın şəkli dəyişməsin. Vacib ehtiyata əsasən, namazın ortasında kimsə ilə danışılmasın.


Məsələ 572: Müstəhəbdir ki, meyyit namazı camaatla qılınsın. Amma camaatla meyyit namazı qılan şəxs bütün təkbirləri və duaları deməlidir. Qeyd olunduğu kimi, yuxarıdakı geniş duaları demək müstəhəbdir. Bir şəxs onları əzbər bilmirsə üzünə oxuya bilər.

Meyyit namazının müstəhəb keyfiyyətləriMeyyit namazı
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma