Ölünün hökmləri

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
Şəriət hökmlərinin izahı
6. Meyyit qüslüCan verənin hökmləri


Məsələ 515: Müstəhəbdir ki, insan öldükdən sonra onun ağzı, gözləri və çənəsi bağlanılsın. Ölünün əllərini yanına salmaq, ayaqlarını uzatmaq, üzünə bir parça çəkmək lazımdır. Cənazənin dəfni üçün mö’minləri xəbərdar etmək lazımdır. Nə qədər ki, cənazə öldüyü yerdən tərpədilməyib üzü qibləyə saxlanılsın. Onun dəfninə tələsmək lazımdır. Amma insanın öldüyünə yəqinlik yoxsa, səbr edib bunu müəyyənləşdirmək lazımdır.


Məsələ 516: Ölmüş qadın hamilə olsa onun bətnində sağ olan və ya sağ olması ehtimal edilən körpə çıxarılmalıdır. Bundan ötrü meyyitin sol tərəfi yarılıb, körpə çıxarıldıqdan sonra həmin yer tikilir. Bu işi bacaranlara əl çatırsa, onların nəzarəti altında hərəkət etmək lazımdır.


Məsələ 517: Müsəlmana qüsül vermək, onu kəfənləmək, ona namaz qılmaq və dəfn etmək kifayi vacibdir. Yə’ni bə’ziləri bu işi görərsə, başqalarının öhdəsindən götürülər. Əgər bu işi kimsə görməsə günaha yol verilmişdir. Bu işdə müsəlman firqələri arasında fərq qoyulmur.


Məsələ 518:
Yuxarıdakı işləri yerinə yetirən insan varsa, həmin işlər başqalarına vacib olmur. Amma həmin şəxs işi yarımçıq qoysa, başqaları onu tamamlamalıdır. Əgər başqa birinin bu işləri görüb-görmədiyinə şübhə varsa, insan özü addım atmalıdır.


Məsələ 519: Bir şəxs qüsül, kəfən, namaz və dəfnlə məşğul olsa, onun bu işləri düzgün yerinə yetirib-yetirmədiyini bilməsə, lazımınca yerinə yetirdiyini qəbul etməliyik. Amma səhvə yol verdiyinə əmin olsa, həmin işləri yenidən görməliyik.


Məsələ 520: Qüsül, kəfən, namaz və dəfn üçün meyyit sahibindən icazə almaq lazımdır. Sahiblik baxımından qadına daha yaxın olan onun əridir. Meyyitin irsindən pay alanlar bu işdə ərdən sonra gəlir. Əgər onun varisi kişi və qadın olsa, ehtiyat budur ki, hər ikisindən icazə alınsın.


Məsələ 521: Əgər bir şəxs özünü meyyitin sahibi kimi təqdim etsə və ya meyyit sahibindən icazə aldığını bildirsə, meyyitlə bağlı işlərdə ondan icazə alınmalıdır.


Məsələ 522: Əgər insan ölməzdən qabaq qəyyum olaraq başqa birini tə’yin etsə, məsələn, vəsiyyət etsə ki, filankəs mənə namaz qılsın, bu vəsiyyətə əməl etmək vacibdir. Müstəhəb ehtiyat budur ki, onun sahibindən də icazə alınsın. Amma insan ölməzdən qabaq bir şəxsə bu işlərlə bağlı tapşırıq verərsə, həmin şəxsə bu vəsiyyəti qəbul etmək vacib deyil. Əlbəttə ki, qəbul etmək daha yaxşıdır. Əgər qəbul etsə, ona əməl etməlidir.


Məsələ 523: Əgər meyyit sahibinin razı olduğu bilinsə, o bunu dilə gətirməsə də, zahirən razılığının müəyyən olması kifayat edir.

 

6. Meyyit qüslüCan verənin hökmləri
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma