10. Murdarın əslinin (“eyni-nəcasət”) təmizlənməsi

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
Şəriət hökmlərinin izahı
11. Murdar yemiş heyvanın təmizlənməsi (istibra”) 9. Təsirlənmə (“təbəiyyət”)

 


Məsələ 234: Heyvanın bədəni murdarlanarsa, murdarın əsli təmizləndikdən sonra onun bədəni paklanar. Məsələn, quşun dimdiyi qana batarsa və ya heyvan murdar bir şey üzərində oturarsa, qan və həmin bulaşıqlıq təmizləndikdən sonra heyvanın bədəni pak olur.

 


Məsələ 235: İnsan bədəninin ağız içi və burun içi kimi hissələri murdarlanarsa, murdarlıq təmizləndikdən sonra pak olar. Məsələn, əgər diş laylarından çıxan qan ağız suyu ilə təmizlənərsə və ya tüpürcəklə xaric edilərsə, ağızı suya çəkmək lazım deyil. Amma ağızda sü’ni diş olduqda vacib ehtiyata əsasən onu suya çəkmək lazımdır.


Məsələ 236:
Əgər qida ağızda və diş layları arasında qalarsa, ağıza daxil olan qanın həmin qidaya sirayat etdiyi bilinmədikdə qida pakdır. Amma əgər qan ona sirayat edərsə murdarlanar və onu udmaq haramdır.


Məsələ 237: Bədənin iç və çöl hissəsindən olduğu bilinməyən bir hissə, (Məsələn, dodağın bir hissəsi) murdarlanarsa onu suya çəkmək lazımdır.


Məsələ 238: Əgər murdar toz-torpaq bədən, libas, xalça və bu kimi şeyləri bulaşdırarsa, hər ikisi quru olduqda murdarlıq yaratmaz. Bu toz-torpağı çırpmaqla təmizləmək bəs edir. Arada sirayat etməyəcək həddə rütubət varsa da belədir. Amma əgər toz-torpaq və onun toxunduğu şeylərdən biri murdar olarsa murdarlıq yaranar. Toz-torpağın murdarlığına və ya yerin rütubətli olmasına şəkk varsa, onlar pak sayılır.

11. Murdar yemiş heyvanın təmizlənməsi (istibra”) 9. Təsirlənmə (“təbəiyyət”)
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma