EŞİDƏN QULAQ VƏ GÖRƏN GÖZ

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
İlahi bəndələrin səciyyələri
Rəhman Allahın həqiqi bəndələrinin on birinci səciyyəsi haqq sözü dinləyən qulağa və həqiqəti görən gözə malik olmalarıdır. Allah-Taala Qurani-Kərimdə bu xüsusiyyəti belə açıqlayır:
وَالَّذِينَ إِذَا ذُكِّرُوا بِآيَاتِ رَبِّهِمْ لَمْ يَخِرُّوا عَلَيْهَا صُمًّا وَعُمْيَانًا
“(Allahın həqiqi bəndələri) Rəbbinin (vəhy, Quran və moizə kimi) nişanələri xatırlandıqa, ona kar və kor (kimi) itaət etməzlər.”
Bu ayə ilə bağlı bir neçə məsələ diqqəti cəlb edir:
1. Rəbbin nişanələrini yada salanlar kimlərdir? Peyğəmbərlər və imamlardır, yoxsa alimlər və yaxud hər kəs? İlahi nişanələrin kimlər tərəfindən yada salınmasının həqiqi bəndələrə fərqi varmı?
Cavab: Ayədə “xatırladan” şəxsin kimliyi haqda söz açılmır. Odur ki, ilahi bəndələr Allahın nişanələri xatırlandığı zaman kar və kor deyillər, onların eşidən qulaqları, görən gözləri vardır.
2. “Rəbbin nişanələri” nədir?
Cavab: Bu haqda iki ehtimal var:
a) Məqsəd “təşrii nişanələr”dir, yəni Quran ayələri, vəhy və s.
b) Məqsəd “təkvini nişanələr”dir, yəni yaradılış aləmində Allahın əzəmət və böyüklüyünü, nizam-intizamı, elm, qüdrət və s. qəribəlikləri bildirən nişanələr nəzərdə tutulur. Əlbəttə, üçüncü ehtimal kimi hər iki qismi birgə nəzərə almaq da olar. Hər halda onlar Allahın təşrii və təkvini aləmə dair nişanələri xatırlanan zaman bunu eşidən qulaq və görən gözlə qarşılayarlar.
3. Ayədə qeyd olunan “summ” sözü “kar insanlar” mənasını daşıyan “əsəmm” sözünün, “umyan” sözü isə “kor insanlar” mənasını verən “əma” sözünün cəm formasıdır. Demək, ayədəki “ləm yəxirru ələyha summən və umyanən” – ibarəsi haqda deməliyik ki, bir sıra müsəlmanlar ilahi nişanələri görüb-eşitsələr də, onun möhtəvasından çox zahirinə qapılırlar. Belələri ilahi nişanələrə qarşı gözləri kor, qulaqları isə kar sayılır. Məsələn, o zaman Nəhrəvanda baş qaldıran “xəvaric” qrupu və ya indiki dövrdə zahir olan taliban və vəhhabilər eynilə bu tip insanlardır. Onları İslam və şəriətin yalnız zahiri maraqlandırır, nə qədər Quran tilavət etsələr də, gecələri ibadətlə keçirib alın və dizləri pinə bağlasa da, ilahi nişanə və ayələrin möhtəvasından bəhrəsizdirlər. Şübhəsiz, cahil və nadanların səhv, xəta və təhlükəsi düşmənlərlə müqayisədə olduqca çoxdur.
Rəhman Allahın həqiqi bəndələri isə haqqı tam mənası ilə eşidən, həqiqəti bütün aydınlığı ilə görən insanlardır.

 . “Furqan” surəsi, ayə 73.
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma