9 YALANDAN ŞAHİDLİK ETMƏZLƏR!

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
İlahi bəndələrin səciyyələri
Rəhman Allahın həqiqi bəndələrinin doqquzuncu xüsusiyyəti odur ki, onlar heç vaxt azğın işlərin şahidi olmazlar. “Furqan” surəsinin 72-ci ayəsində buyurulur:
...وَالَّذِينَ لَا يَشْهَدُونَ الزُّورَ
“...və azğınlığın şahidi olmayanlardır.”
Ayədə qeyd olunan “zur” sözü ilə bağlı cüzi fərqlə iki təfsir qeyd edilmişdir:
1. Rəhman Allahın həqiqi bəndələri batil işlərə şahid durmazlar. “Zur” sözünün hər hansı “batil” iş və fikrə aid edildiyini nəzərə alaraq Allahın həqiqi bəndələrinin nə batil işlərə qoşulduqlarını, nə də batilə haqq don geyindirdiklərini güman etməliyik. Onlar ata, ana, bacı, qardaş, qohum-əqrəba, dost-tanış, yoldaş və həmkarların, bir sözlə, kiminsə razılığını Allahın razılığından üstün bilməzlər.
2. (Daha dəqiq nəzərə çarpan bu izaha əsasən,) Allahın həqiqi bəndələri batil məclislərdə iştirak etməzlər. Günaha qarışan hər hansı məclis “zur və batil məclisi” hesab edilir və ilahi bəndələr belə məclislərdə əsla iştirak etməzlər. Onlar ata-ana, qohum-əqrəba, dost-tanış, qonşu və həmkarlara görə, günah məclislərində hazır olmazlar. Onları təkcə Yaradanın razılığı maraqlandırır. Təəssüflər olsun ki, indiki zamanda şənliklərə daha çox günah qarışır və əksər toy məclisləri günahla yoğrulur. Hətta dinə uyğun adla bərpa olunan bəzi mərasimlər (Allahın razılıq meyarı ilə ölçüldükdə) günah məclislərindən heç də fərqlənmir, məsum imamların mövlud günləri ilə bağlı təşkil olunan yığıncaqlara musiqi və rəqs qarışır. Həmin yığıncaqlar zahirən ibadət və din rəhbərlərinə ehtiram məqsədlə qurulsa da, musiqi və rəqsə qarışdığından, sözsüz, dinə zidd və günah məclisləri sayılır! Deyirlər ki, siqaretin tüstüsü çəkənin özündən çox çəkməyənə zərərlidir!” Günah məclisində iştirak etmək də buna bənzəyir?
Təhsildə müvəffəq olmayan tələbə, gecə namazına dura bilməyən mömin, sədəqə verməyən və yoxsullara yardım etməyən müsəlman, namazda mənəvi halı olmayan, onun müstəhəb əməlləri və nafilələrinə qarşı hövsələsiz olan namazqılan, aclıq və susuzluqdan başqa bir şey qazanmayan oructutan, həcc mərasiminin əməllərini halsız görən hacı, xüms və zəkatı rəğbətsiz verən sərvətli və s. öz müvəffəqiyyətsizliyinin əsas səbəbini keçmiş əməllərində, Allaha itaətsizliklərində arayıb-axtarmalıdır.
İlahi, bizi günah və məsiyət məclislərindən uzaq et!

12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma