MÜASİR DÖVRDƏ İFFƏT VƏ SAFLIQ

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
İlahi bəndələrin səciyyələri
Sual: Hər yeri fitnə-fəsad bürüdüyü, hər günaha asanlıqla şərait yarandığı bu zamanda hansı bir çirkinlikdən qorunmaq mümkündür? Belə şəraitdə hətta baxışları belə idarə etmək çətindir? Allah-Taala belə hallar üçün güzəşt yeri qoyubmu?
Cavab: Şübhəsiz, hər dövrdə günahlardan çəkinmək, iffəti qorumaq mümkün olan işdir. Bununla belə, cəmiyyətdə sağlam şəraitin yaranması üçün iki mühüm məsələyə diqqət yetirilməlidir:
1. Təhrikedici amillərə qarşı mübarizə: Cavanlar gərək günah məclislərində iştirak etməsinlər, baxışlarını qorusunlar, əxlaqsız və pozğun adamlardan uzaqlaşsınlar və eyni zamanda ruhi və bədən tərbiyəsi ilə məşğul olsunlar ki, iffət və saflıqlarını qoruya bilsinlər. Lakin bu işlərə qurşandığı halda, iffətli olmaq istəyənlər, aydındır ki, müvəffəq olmayacaqlar.
İslamın öz ardıcıllarını günaha şərait yaranan məkanlardan çəkindirməsi, qumar və şərab məclislərinə getməyi qadağan etməsi onların nəfslə mübarizə qüdrətini itirərək, tədricən günaha aludə olacaqları ilə əlaqədardır. Məsələn, cəmiyyətlərdə boşanmanın çoxalmasının ən mühüm səbəblərindən biri təhrikedici amillərə zəmin yaranmasıdır. Əxlaqsız film və səhnələrə tamaşa edən ər-arvadın bir-birindən təvəqqesi çoxaldığı və onu aradan qaldıra bilmədiyi zaman isti münasibətləri pozulmağa başlayır və boşanma ilə nəticələnir. Aşkar günah və fitnə-fəsada şərait yaradan cəmiyyətdə əxlaqi pozğunluqlara düşmə təhlükəsi inkaredilməz bir həqiqət olsa da, belə amillərlə mübarizədən çəkinməyin özü günah sayılır. O zaman həzrət Yusif (ə) kimi “ismət” məqamına malik bir şəxs iffət və saflığını qorumağı yalnız onda görür və Züleyxanın çirkin niyyətindən agah olduqda, ilk öncə günah mühitindən uzaqlaşmağı qərara alır. Hətta Yusif peyğəmbər (ə) kimi yüksək iman dərəcəsinə malik olsaq da, fitnə-fəsad və günaha şərait yaradan mühitlərdən qaçıb qurtarmalıyıq və bu da cavanlara tövsiyə olunan ən münasib yoldur.
b) Evlənmə: Cavanları vaxtında evləndirmək, təntənəli toy mərasimləri, ağır xərc və risqlərdən çəkinmək lazımdır. Şübhəsiz, aşağı təvəqqelər buna yol açır və hər kəsdən gücü çatan həddə toy xərci və hazırlıq tələb olunur. Evlənməni hər hansı şərtlərlə çətinləşdirənlər iffətsiz əməllərə qurşanan cavanların günahlarına şərikdirlər.
Demək, bu iki meyarı əsas götürərək fitnə-fəsad və günah əsrində də iffət və saflığı qorumaq mümkündür.

 . “Cəvahirül-kəlam”, 29-cu cild, səh.308.
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma