İMAM ƏLİ (Ə) – TƏKALLAHÇILIĞIN KAMİL NÜMUNƏSİ

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
İlahi bəndələrin səciyyələri
İmam Əlinin (ə) xəlifəliyinin ilk günlərindən başlayaraq keçmiş xəlifələr tərəfindən saysız-hesabsız hədiyyə və yardımlar alan fürsət qulları onun ədalətinə tab gətirə bilmədilər. Onlar Həzrətə etirazla dedilər: “Nə üçün keçmiş xəlifələrin yolunu getmir və “beytül-mal”ı onlar kimi bölmürsən?” Tövhidi özündə əks etdirən və qəlbinə bir an belə şirk daxil olmayan imam Əli (ə) buyurdu: “Allaha and olsun ki, mən dəvətikanı üzərində gecələməyi, əli-qolu zəncirlərlə bağlı sürünməyi bəndələrə zülm edib dünya malına əl uzatmış halda qiyamət günü Allaha və Peyğəmbərə qovuşmaqdan daha üstün bilirəm.”
Tarixə görə, o həzrət heç vaxt kiminsə mənafeyini nəzərə alıb Allahın yolundan çıxmamışdır: nə yaxın qohum-əqrəbasına şərait yaratmış, nə də düşmənin xeyrinə bir addım atmışdır. Onun həyatı bunu əks etdirən həqiqətlərlə doludur. Misal üçün, bu əhvalatlara nəzər salaq:
1. İmam Əli (ə) və gecə hədiyyəsi
İmam Əlinin (ə) xilafəti dövründə bir çox iğtişaşların səbəbkarı olan münafiq Əşəs ibn Qeys bir nəfərlə savaşdı. Bunu imam Əliyə (ə) xəbər verdilər. İmam (ə) onların arasında ertəsi gün hökm kəsəcəyini bildirdi. Gecə o həzrətin evinin qapısı arxasından bir səs eşidildi. Həzrət qapını açıb, əlində halva dolu bir qab tutan Əşəsi gördü. Həzrət ona bir nəzər saldıqdan sonra sərt baxışlarla buyurdu: “Bu rüşvətdir, yoxsa sədəqə? Əli rüşvət əhli deyil ki, onu haqdan döndərsin və sədəqə də biz haşimilərə haramdır.”  Möminlərin əmirinin bu rəftarından əl-ayağını itirən Əşəs dedi: “Heç biri deyil, hədiyyədir! Hər müsəlman başqa müsəlmana hədiyyə verə bilər.” (Təəssüflər olsun ki, bizim günümüzdə hədiyyə, ənam, şirinlik, haqq, hesab kimi rüşvətxorluq halları az deyildir.) İmam Əli (ə) min rəngə düşən Əşəsə buyurdu: “Ey Əşəs! Allahın dini ilə gəlib məni tələyəmi salmaq istəyirsən? Ağlını itirmisən, yoxsa sayıqlayırsan?! Əşəs! Əlindəki payın ilanın ağız suyuna qarışmış kimidir! Allaha and olsun, əgər bir qarışqaya zülm edib yeddi səmanı qazanacağamsa, ondan vaz keçərəm...”
2. Qızdırılmış dəmir
İmam Əli (ə) uzun illər sükutdan sonra, nəhayət, müsəlmanların xəlifəsi oldu. Böyük ailə sahibi olan yoxsul qardaşı Əqil “beytül-mal”dan artıq pay almaq üçün Mədinədən çıxıb hökumət mərkəzi olan Kufəyə doğru yola düşür. O, imam Əliyə (ə) qonaq olarkən Həzrət evin damında onun üçün süfrə açır. Amma bu süfrə digər süfrələrdən fərqlənir, əmir və padşahların süfrəsinə əsla bənzəmirdi! Odur ki, Əqil yemək yemədən qardaşına deyir: “Bu yeməyi meylim çəkmir (müşkülümü həll et, qayıdım Mədinəyə).” Həzrət buyurur: “Qardaş! Kufə bazarı yaxındır, dükanlar da qiymətli əşyalarla doludur. Gəl gedək dükanların birinə oğurluğa və nə istəyirsən götür get!” Əqil deyir: “Qardaşcan! Biz oğruyuqmu ki, belə bir işə əl ataq?” Həzrət buyurur: “Beytül-maldan artıq pay götürüb başqasına vermək oğurluq deyilmi?” Bu zaman imam Əli (ə) başqa bir təklif edir: “Eşitmişəm ki, Kufəyə tərəf bir karvan gəlir. Qılınclarımızı götürüb pusquda duraq və fürsət düşən kimi hücum edib, istədiyini əldə edək!” Əqil deyir: “Qardaşcan! Biz qulduruqmu ki, belə bir işə əl ataq?” Həzrət buyurur: “Nə üçün məndən haqqın olmayan oğurluq pay istəyirsən?”  Bu zaman Həzrət qızdırılmış dəmir parçasını qardaşının əlinə yaxınlaşdırır... Əqil o həzrətin bir an belə ədalət xəttindən çıxmağa razı olmadığını gördükdə, ayağa qalxıb gedir.
Bəli, tarixdə ölkə xəzinəsinə sahib olan bir hökmdarın ədalət üçün öz qardaşı ilə belə rəftar etdiyi görülməyib!

 . “Nəhcül-bəlağə”, xütbə: 224.
 . “Nəhcül-bəlağə”, xütbə: 224. Diqqət yetirmək lazımdır ki, malın zəkatı və fitrə zəkatı kimi vacib sədəqə seyidlərə haramdır, müstəhəb zəkat isə haram deyil!
 . “Biharul-ənvar”, 9-cu cild, səh.613, Təbriz çapı, “Dastan-rastan” kitabnıdan nəqlən, 1-ci cild, səh.130.
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma