İMAM ƏLİNİN (Ə) NƏZƏRİNDƏ DÜNYA

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
İlahi bəndələrin səciyyələri
İmam Əli (ə) Təlhə və Zübeyrin qaldırdığı fitnəni yatırtmaq üçün ordusu ilə Bəsrəyə doğru hərəkət edib, İraqla Hicaz arasındakı məntəqələrin birində düşərgə saldı. İstirahət zamanı Həzrət cırılmış ayaqqabısını yamamağa başladı. Bu zaman İbn Abbas o həzrətin hüzuruna gəlib dedi: “Məkkəyə həccə gedən bir karvan bizə tərəf gəlir. Onların içərisində bir qrup şəxsiyyətli və tanınmış adamlar vardır. Xilafət məqamınızı və iqtidarınızı bildirmək üçün münasib fürsətdir. Bu haqda çıxış edərək onların mövqeyini cəlb edin!” Həzrət ayaqqabısını yamadığı halda soruşdu: “Səncə, yamadığım bu ayaqqabının qiyməti nə qədər olar?” İbn Abbas belə bir sual gözləmədiyindən dedi: “Ey möminlərin əmiri, mən sizinlə hökumətə dair mühüm məsələdən, xilafətinizin təsbitindən danışıram, siz isə köhnə ayaqqabınız barədə soruşursunuz? Onun bir qiyməti yoxdur, o qədər köhnədir ki, qiymət vermək olmaz.” Həzrət buyurdu: “Allaha and olsun, mənim nəzərimdə hakimiyyət bu yamaqlı köhnə ayaqqabılardan dəyərsizdir. Ey İbn Abbas, sən elə düşünürsən ki, mən siyasət vurğunuyam?! Ey İbn Abbas, elə təsəvvür edirsən ki, hakimiyyətimin möhkəmlənməsi üçün (hər nə yolla olur, olsun) bir addım atacağam?!
Allah eşqi və məhəbbəti ilə dolu olan qəlb hakimiyyəti bir cüt yamaqlı ayaqqabıdan dəyərsiz bilir! Şirk və Allahdan qeyrilərinə pərəstiş dünyaya hədsiz maraq və meyillərdən irəli gəlir və insan tamahkarlaşdıqca, Allahın evi sayılan qəlbi bütlərə sitayişin mərkəzinə çevrilir. Amma bütün dünyaya sahib olduğu halda, onu istənilən vaxt əldən verməyə hazır olan insan necə də aramlıqdadır! Bəli, bütün bunlar tövhid və allahpərəstliyin təsirləridir.
İmam Sadiq (ə) “Yalnız (əyri əqidə və əxlaqdan) salamat qurtaran (sağlam) bir qəlblə Allahın hüzuruna gələn kəsdən başqa!”  – ayəsinin təfsirində belə buyurur: “Allahdan başqa heç kimə və heç nəyə məhəbbət bəsləməyərək Allaha qovuşan qəlb “sağlam qəlb” sayılır.”
Təəssüflər olsun ki, hələ də dünyamız şirkin təzahürlərindən təmizlənməyib. Hətta ilahi dinlər içrə xristianlıqda “üçlük”, zərdüştlərdə “ikilik” əqidələri olduğu kimi qorunmaqdadır.
Bizim əqidəmizə görə, varlıq aləminə nə üç üqnüm, nə də xeyir və şər birgə hökmranlıq edir. Allah tərəfindən yalnız xeyir və yaxşılıqlar zahir olur, şər işlər isə yalnız insanlar tərəfindən baş verir.

 . “Şüəra” surəsi, ayə 89.
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma