İMAM ƏLİ (Ə) VƏ İSRAFÇILAR

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
İlahi bəndələrin səciyyələri
Peyğəmbərin (s) canişini və müsəlmanların rəhbəri imam Əliyə (canlar ona fəda olsun) xəbər verdilər ki, təyin etdiyin vali cənab Osman ibn Hənif təntənəli qonaqlığa dəvət olunub. Həzrət bu hadisəni eşidən kimi, əlinə qələm alıb valisinə sərt bir məktub yazdı və onu bu işə görə danladı! Bu dəyərli məktubun üstündən min ildən çox keçsə də, hələ köhnəlməmişdir. “Quranın bacısı” ləqəbini alan “Nəhcül-bəlağə” vəhy kəlamı kimi, hələ də yenidir. Həmin məktubun bur hissəsində buyurulur: “Ey Osman! Əgər istəsəydim, balın, buğdanın təzəsini yeyər, ipəkdən paltarlar geyinərdim. Ancaq Hicazda bir çörək belə tapa bilməyən və toxluğun nə olduğunu dadmayan nə qədər insan var ikən, necə ləzzətə dala bilərəm?! Ətrafımda ac qarınlar, susuzluqdan yanan ciyərlər var ikən, gecəni necə tox yata bilərəm?!”
İmam Əli (ə) bu rəftarı ilə ən azı möhtacların dərdinə şərik olaraq bildirir ki, yaşayışınız münasib olmasa da, rəhbəriniz də arpa çörəkdən yaxşısını yemir! Görəsən, dünyada belə rəhbər tapmaq olarmı ki, öz hakimi və nümayəndəsini təntənəli qonaqlıqda iştirak etdiyinə görə sorğu-suala tutsun və özü də yalnız ümumcamaatın səthinə uyğun həyat tərzi keçirsin! Şübhəsiz, cavab mənfidir. Odur ki, dünya imam Əlinin (ə) əzəməti və böyük ruhu müqabilində baş əyir və böyük xristian alimi o həzrəti insanlığın ədalət şüarı adlandırır.

 . “Nəhcül-bəlağə”, məktub: 45.
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma