İSRAFA DAİR RƏVAYƏTLƏR

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
İlahi bəndələrin səciyyələri
Rəvayətlərdə israf məsələsinə xüsusi yer ayrılır və dinin məsum rəhbərləri də bu ictimai bəlanın incəliklərinə diqqət yetirmişlər. Günümüzdə israfla bağlı imam Sadiqdən (ə) nəql olan yalnız bu bir rəvayətə əməl olunarsa, dünyada yoxsul tapılmaz. Təkcə israfın qabağını almaqla bütün yoxsulları təmin etmək olar! Həmin rəvayətə diqqətlə nəzər yetirək: “İçilən suyun artığını (stəkanın dibində qalan suyu) tullamaq, qonaqlıq (çöl) libasını evdə geyinmək və xurmanın toxumunu atmaq israfın ən aşağı həddi sayılır.”
Bu rəvayətə əsasən, israfa yol verilən hallar daha çoxdur. Məsələn, adi sudan istifadədə nə qədər israfa yol verilir. Odur ki, ilahi bəndələr içdikləri suyun da həddini qoruyur, onu israf etmirlər. Yalnız insanın çöl paltarı ilə ev paltarı ilə fərqlənməlidir; çöl paltarı insanın abır-həyasını qorumaq üçündür. (Buna görə də, ərəblər həmin paltara “əs-sovbus-sovn” – qoruyan paltar deyirlər.) İslama görə, çöl və qonaqlıq paltarını evdə geyinmək israfdır. Daha geniş mənada desək, müsəlman şəxs hər şeydən ən yaxşı şəkildə istifadə etməlidir. Məsələn, çörək bişirmək üçün adi xurma tumlarını da təndirə atmaq olar. Xüsusən, bizim zamanımızda heç bir şey istifadəsiz və faydasız deyildir. Hətta zibillər də gübrəyə çevrilir, yaxud yenidən istehsal edilir və kanalizasiya suları belə əkin sahələrini suvarmaq üçün müasir cihazlardan süzülərək saflaşdırılır.
İmam Sadiq (ə) bu hədisi o zaman buyurub ki, zibil tullantıları və çirkli suların istifadəsi üçün indiki imkanlar əsla mövcud deyildi. Bu da öz növbəsində bir möcüzədir! Cəmiyyətdən yoxsulluğu qaldırmaq üçün İslamın dəyərli göstərişləri çox olsa da, çağdaş dünyamızda, hətta müsəlmanlar və şiələr arasında belə hədsiz dərəcədə israfçılıqlara yol verilir. Böyük xətib və söz ustası mərhum Fəlsəfi deyirdi: “Günlərin birində bir məclisə dəvət olunmuşdum. İqtisad elmləri doktoru olan bir nəfər ayağa qalxıb, ölkənin iqtisadi vəziyyəti ilə bağlı çıxış etdi və ölkənin böhranda olduğunu bildirdi. Nəhayət, süfrə açıldı və qarşıya növbənöv yeməklər düzüldü. Cənab Doktor əlinə bir boşqab götürüb, onu həmin yeməklərlə doldurdu. Ondan bir neçə qaşıq yedikdən sonra əlini yeməkdən çəkərək siqaret çəkməyə başladı və külünü də boşqabda artıq qalanların üstünə tökdü! Mən bu səhnədən təəssüflənərək ona dedim: “Cənab Doktor, siz özünüz iqtisad üzrə söhbətinizlə başımızı ağrıtdınız. Axı, nə üçün boşqabınıza bu qədər yemək töküb onu yemirsiniz və hələ siqaretinizin külünü də onun üstünə tökərək başqalarının istifadəsinə mane olursunuz! Siz bu rəftarınızlamı ölkənin iqtisadiyyatını düzəltmək istəyirsiniz?”
Təəssüflər olsun ki, israf ümumdünyəvi bəlaya çevrilib. Maraqlıdır ki, bəzi inkişaf etmiş ölkələrdə mallarının qiymətini sabit saxlamaq üçün şirkət və fabriklər artıq qalan məhsullarını tullantı kimi atırlar.

 . “Təfsiri-nümunə”, 12-ci cild, səh.91.
 . “Mizanul-hikmət”, bölmə: 1802, hədis: 8496.
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma